10 Aprel 2026 08:15
162
SİYASƏT
A- A+
Azərbaycan tolerantlığın unikal ünvanıdır

Azərbaycan tolerantlığın unikal ünvanıdır


ABŞ-nin Beynəlxalq Dini Azadlıq Komissiyasının (BDAK) "2026-cı il İllik Hesabatı"nda 2025-ci ildə Azərbaycanda dini vəziyyətə dair əsassız iddialar yer alıb. Hesabatda Azərbaycanda dini azadlığın pozulması və dini icmalara təzyiq göstərilməsi kimi halların olduğu ilə bağlı həqiqəti əks etdirməyən məlumatlar verilib. 

BDAK-ın qərəzli hesabatı ilə əlaqədar Azərbaycandakı dini konfessiya rəhbərləri bəyanat yayıblar. Bəyanatda qeyd olunub ki, hesabatdakı iddialar ölkədəki reallıqlara uyğun gəlmir, əksinə, ölkəmizin daxildə və qlobal səviyyədə dini tolerantlığın təşviqi istiqamətində göstərdiyi əhəmiyyətli səyləri nəzərə alınmayıb. Bəyanatda bildirilib ki, ölkəmizdə guya dini azadlığın pozulması və dini icmalara təzyiq göstərilməsi kimi Azərbaycana qarşı əsassız iddialar müəyyən qrupların qərəzli lobbiçilik mövqeyini əks etdirir. "BDAK-ın bu yanaşması Prezident Donald Trampın hakimiyyətə qayıdışından sonra müxtəlif sahələr üzrə ikitərəfli münasibətlərin gücləndirilməsi və ötən ilin 8 avqustunda Vaşinqtonda onun tarixi rolu ilə Azərbaycan və Ermənistan arasında sülh gündəliyinin irəlilədilməsi fonunda xüsusilə məyusedicidir... Azərbaycan özünün əsrlərə dayanan müxtəliflik və multikulturalizm ənənəsi ilə fərqli mədəniyyətlər və dinlər arasında dialoqun, qarşılıqlı anlaşmanın və etimadın təşviqinə hər zaman sadiqdir. Azərbaycan Konstitusiyası ayrı-seçkiliyi açıq şəkildə qadağan edir və dinindən və etiqadından asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyini təmin edir. Bu hüquqi təminatlardan əlavə, Azərbaycan bütün vətəndaşlara dini, etnik və mədəni mənsubiyyətlərini qorumaq və daha da inkişaf etdirmək üçün şərait yaradır", - deyə bəyanatda qeyd olunub. 

Milli Məclisin deputatı Ceyhun Məmmədov mövzu ilə bağlı qəzetimizə açıqlamasında bildirib ki, Azərbaycana qarşı qərəzli hesabatların hazırlanmasına son qoyulmalıdır: "Uzun illərdir Azərbaycanın daxili işinə qarışaraq, ölkəmizlə bağlı ədalətsiz hesabatlar hazırlanır və Azərbaycan bir sıra məsələlərdə ittiham olunur.  Azərbaycan dünyanın ən tolerant və multikultural ölkələrindən biridir. Böyük dini mərkəzlərin rəhbərləri Azərbaycanla bağlı dəfələrlə müsbət fikirlərini bildiriblər. Eyni zamanda Azərbaycanda mövcud olan tolerantlığın, multikulturalizmin xaricə ixrac olunmasının mümkünlüyündən, önəmindən bəhs ediblər. Azərbaycanda müxtəlif dinlərdən olan xalqların birgəyaşayışı dünyanın, demək olar ki, heç bir yerində yoxdur. Azərbaycan sözün həqiqi mənasında tolerantlıq nümunəsidir". 

Deputat diqqətə çatdırıb ki, Azərbaycanda istər müsəlmanlar, istər xristianlar, istərsə də yəhudilər və digərləri bir-birləri ilə sülh, əmin-amanlıq şəraitində yaşayırlar. Ölkəmizdə dini azadlığın pozulması, dini icmalara təzyiqlərin olması ilə bağlı yayılan məlumatların heç bir əsası yoxdur. Bu cür yanaşmalar bəzi lobbi qruplarının qərəzli mövqeyini əks etdirir. Azərbaycanda heç bir münaqişə, qarşıdurma yoxdur. Müxtəlif dinlərin nümayəndələri də ölkəmiz haqqında ən yüksək fikirlərini söyləyirlər. 

Beynəlxalq Dini Azadlıq Komissiyası tərəfindən yayılan hesabatın qərəzli sənəd olduğunu deyən C.Məmmədov bu cür hesabatlara son qoymağın vacib olduğunu bildirib: "Əgər onlara dəqiq informasiya lazımdırsa, bu məlumatı biz də təqdim edə bilərik. Həmçinin gəlib müşahidə də edə bilərlər. Bu gün Azərbaycanla ABŞ arasında münasibətlər ən yüksək səviyyədədir. Ölkəmizə qarşı bu cür iddialar, ittihamlar ikitərəfli münasibətlərə də xələl gətirir. Eyni zamanda Azərbaycan həqiqətlərini də təhrif edir. Ona görə tövsiyə edirik ki, gəlsinlər, görsünlər və belə qərəzli münasibətə son qoysunlar".


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İranın Ali Rəhbəri: Hörmüz boğazına nəzarət yeni səviyyəyə qaldırılacaq

09:59
10 Aprel

Azərbaycan neftinin qiyməti 125 dolları ötüb

09:51
10 Aprel

Əfsanəvi futbolçumuzun yubiley poçt markaları dövriyyəyə buraxılıb

09:45
10 Aprel

“Hizbullah” PUA-larla İsrailin şimalındakı hərbi obyektə hücum edib

09:43
10 Aprel

Uzunömürlülüyün sirri 

09:40
10 Aprel

CNN: ABŞ Hörmüz boğazı ilə bağlı NATO-nun konkret öhdəliklərində israr edir  

09:39
10 Aprel

Kuba Prezidenti: ABŞ ilə danışıqlar heç bir ilkin şərt olmadan aparılmalıdır

09:38
10 Aprel

Zelenski: Pasxa bayramında atəşkəsə uyğun hərəkət edəcəyik

09:37
10 Aprel

“Gernika” rəsm əsəri İspaniyada siyasi mübahisənin mərkəzinə çevrilib

09:36
10 Aprel

Yaşıllıq sağlamlıqdır

09:35
10 Aprel

Avropa Liqası: İngiltərə klubları səfərdən uğurlu nəticə ilə qayıdır

09:33
10 Aprel

"Vətəndaşlar növbəlilik əsasında su ilə təmin olunurlar"

09:33
10 Aprel

Hücumlardan sonra Səudiyyə Ərəbistanının ixrac gücü gündə 700 min barel azalıb  

09:32
10 Aprel

Xamenei: Tehran “Müqavimət oxu”nun hissələrini vahid bir qurum kimi görür  

09:30
10 Aprel

Torpaq sürüşməsi üzündən kəndimiz boşalır

09:30
10 Aprel

Putin Pasxa bayramı münasibətilə atəşkəs elan edib

09:27
10 Aprel

Misir və Kipr arasında qaz tədarükü üzrə 15 illik saziş imzalanıb

09:26
10 Aprel

Bakı funikulyoru - bir neçə dəqiqəlik yol, 65 illik tarix 

09:25
10 Aprel

Ağsaqqallıq təkcə yaşla ölçülmür

09:20
10 Aprel

Müraciətlərimizə diqqətlə yanaşılır

09:17
10 Aprel

Vətən sevgisi ilə ürəklərə köçənlərə dərin hörmət

09:15
10 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!