14 Noyabr 2025 00:34
8328
Fərmanlar
A- A+
"Azərbaycan Respublikasının Vergi Məcəlləsində və "Gömrük tarifi haqqında" Azərbaycan espublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 24 oktyabr tarixli 277-VIIQD nömrəli Qanununun tətbiqi və "Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

"Azərbaycan Respublikasının Vergi Məcəlləsində və "Gömrük tarifi haqqında" Azərbaycan espublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 24 oktyabr tarixli 277-VIIQD nömrəli Qanununun tətbiqi və "Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında


Azərbaycan Respublikası Prezidentinin Fərmanı


Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, "Azərbaycan Respublikasının Vergi Məcəlləsində və "Gömrük tarifi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 24 oktyabr tarixli 277-VIIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Müəyyən edilsin ki:

1.1. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 106.1.13-2-ci (hər iki halda),199.7-1-ci (hər iki halda) və 207.3-1-ci (hər iki halda) maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan RespublikasınınPrezidenti həyata keçirir;

1.2. həmin Məcəllənin 106.1.13-2-ci (hər iki halda), 199.7-1-ci (hər iki halda) və207.3-1-ci (hər iki halda) maddələrində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur;

1.3. həmin Məcəllənin 106.1.13-2-ci, 199.7-1-ci və 207.3-1-ci maddələrində"sənaye parkı" dedikdə Qaradağ Sənaye Parkı, "sənaye parkının rezidenti" dedikdə isə gəmiqayırma fəaliyyəti iləməşğul olan Qaradağ Sənaye Parkının rezidenti nəzərdə tutulur.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti "Azərbaycan Respublikasının Vergi Məcəlləsində və "Gömrük tarifi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 24 oktyabr tarixli 277-VIIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.

3. "Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (III kitab), maddə 616 (Cild I); 2024, № 5 (I kitab), maddə 513, № 6 (I kitab), maddələr 653, 661, № 8, maddə 947, № 12 (I kitab), maddə 1289, (II kitab), maddə 1375; 2025, № 4 (I kitab), maddələr 331, 334, № 5, maddə 461, № 6, maddə 541, № 8, maddə 747) 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

3.1.1.1-ci bəndə "106.1.13-cü,"sözlərindən sonra "106.1.13-2-ci (hər iki halda),"sözləri, "199.7-ci," sözlərindən sonra "199.7-1-ci (hər iki halda)," sözləri, "207.3-cü,"sözlərindən sonra "207.3-1-ci (hər iki halda)," sözləri əlavə edilsin və həmin bənddən "165.1.7-ci (hər iki halda)," sözləri çıxarılsın;

3.2.1.2-ci bəndə "106.1.13-cü," sözlərindən sonra "106.1.13-2-ci (hər iki halda),"sözləri, "199.7-ci," sözlərindən sonra "199.7-1-ci (hər iki halda)," sözləri və "207.3-cü,"sözlərindən sonra "207.3-1-ci (hər iki halda)," sözləri əlavə edilsin;

3.3.1.48-ci bənddə "164.1.28-ci və 165.1.7-ci" sözləri "106.1.13-2-ci, 164.1.28-ci, 199.7-1-ci və 207.3-1-ci" sözləri ilə əvəz edilsin.

4. Bu Fərmanın 1-ci və 3-cü hissələri 2025-ci il yanvarın 1-dən tətbiq edilir.


İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 13 noyabr 2025-ci il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dünya bazarında qazın qiyməti artır

13:57
10 Mart

Nazir Məcnun Məmmədov Xızı və Abşeronda quşçuluq müəssisələrinin fəaliyyəti ilə tanış olub  

13:55
10 Mart

Azərbaycan Avropaya enerji tədarükündə strateji rolunu gücləndirir  

13:51
10 Mart

Böyük Britaniyada uşaqların sosial mediadan istifadəsinə qadağa qoyulmasını nəzərdə tutan təklif qəbul olunmayıb  

13:44
10 Mart

WSJ: Tramp 2028-ci il üçün xələfini müəyyənləşdirir

13:32
10 Mart

Kardinal: Romadakı iftar mərasimi daha məqbul dünya qurmaq istəyən insanları bir araya gətirib 

13:18
10 Mart

Dövlət büdcəsinin ötən iki ay üzrə icrasında profisit qeydə alınıb

13:12
10 Mart

Romada üç monoteist dinin nümayəndələrinin iştirakı ilə iftar süfrəsi açılıb 

13:08
10 Mart

Bölgələrdə yağıntılar sabah gündüz tədricən kəsiləcək  

12:52
10 Mart

Alimlər qlobal temperatur artımının sürətlənməsi prosesini qeydə alıblar

12:45
10 Mart

Dünya bazarında neftin 1 barelinin qiyməti 100 dolları ötdü

12:43
10 Mart

FHN əhalini Yel çərşənbəsində yanğın təhlükəsizliyi qaydalarına əməl etməyə çağırıb 

12:41
10 Mart

Bakıda orta aylıq əməkhaqqı 8 faizdən çox artıb

12:38
10 Mart

Bir qrup Çin vətəndaşı İrandan təxliyə olunub 

12:23
10 Mart

NATO Türkiyənin Malatya vilayətində “Patriot” kompleksləri yerləşdirir

12:12
10 Mart

Azərbaycanın humanitar təşəbbüsü: Suriyada iftar tədbirləri və yardım aksiyası

12:08
10 Mart

Avropa İttifaqı enerji qiymətlərinin artmasından narahatdır

11:43
10 Mart

Yaxın Şərqdəki vəziyyətlə bağlı BƏƏ-dən azərbaycanlıların təxliyəsi davam edir

11:31
10 Mart

Yanvarda paytaxt əhalisi ödənişli xidmətlər üçün 740 milyon manat xərcləyib  

11:30
10 Mart

İran: Hücumlar başa çatanadək neft blokadası davam edəcək

11:29
10 Mart

Dünya bazarında qızıl və gümüş bahalaşıb

11:28
10 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!