12 Noyabr 2024 01:29
2453
Qanunlar
A- A+
Azərbaycan Respublikasının Vergi Məcəlləsində, "Sosial sığorta haqqında" və "Tibbi sığorta haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikasının Vergi Məcəlləsində, "Sosial sığorta haqqında" və "Tibbi sığorta haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə


Azərbaycan Respublikasının Qanunu


Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci və 27-ci bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının Vergi Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (I kitab), maddə 583 (Cild I); 2024, № 2, maddə 138, № 4, maddə 365, № 5 (I kitab), maddə 498, № 6 (I kitab), maddələr 630, 638; Azərbaycan Respublikasının 2024-cü il 24 may tarixli 1163-VIQD nömrəli, 25 iyun tarixli 1186-VIQD nömrəli, 28 iyun tarixli 1192-VIQD və 1195-VIQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:

1.1.  58.2-ci maddədən "və ya yük" sözləri çıxarılsın;

1.2.  221.4.7-ci maddə üzrə:

1.2.1. birinci hissənin birinci cümləsindən "və yük" sözləri çıxarılsın;

1.2.2. ikinci hissənin birinci cümləsindən "(yük daşımalarını həyata keçirən vergi ödəyiciləri istisna olmaqla)" sözləri çıxarılsın;

1.2.3. dördüncü hissə ləğv edilsin.

Maddə 2. "Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 5, maddə 348  (Cild I); 2024, № 5 (I kitab), maddə 498, № 6 (I kitab), maddə 630) aşağıdakı dəyişikliklər edilsin: 

2.1.  14.5-ci maddə üzrə:

2.1.1. 14.5.1-ci maddənin birinci abzasına "sahibkarlıq" sözündən əvvəl "bu Qanunun 14.5.7-ci maddəsi istisna olmaqla," sözləri, "üzrə -" sözündən sonra "2026-cı il yanvarın 1-dək" sözləri əlavə edilsin;

2.1.2.  14.5.1-1-ci maddəyə "üçün" sözündən sonra "2026-cı il yanvarın 1-dək" sözləri əlavə edilsin;

2.1.3.  14.5.1-1.10-cu maddədən "və yük" sözləri çıxarılsın;

2.1.4. 14.5.1-2-ci maddənin birinci abzasında  birinci halda "maddəsində" sözü "və 14.5.7-ci maddələrində" sözləri ilə əvəz edilsin və həmin maddəyə "məbləği" sözündən sonra "2026-cı il yanvarın 1-dək" sözləri əlavə edilsin;

2.1.5. 14.5.5-ci maddəyə "gəlirlərinin" sözündən əvvəl "2026-cı il yanvarın   1-dək" sözləri əlavə edilsin;

2.1.6. aşağıdakı məzmunda 14.5.7-ci maddə əlavə edilsin:

"14.5.7. fərdi qaydada (muzdlu işçi cəlb etmədən) avtomobil nəqliyyatı vasitəsilə yük daşıma fəaliyyəti üzrə - 2026-cı il yanvarın 1-dək minimum aylıq əməkhaqqının 6 faizi miqdarında.";

2.2. 14.6-1-ci maddəyə "haqqı" sözündən sonra "2026-cı il yanvarın 1-dək" sözləri əlavə edilsin;

2.3. 15-ci maddənin üçüncü abzasından ", habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş dəniz nəqliyyatında ezamiyyə xərcləri əvəzinə üzücü heyətin üzvlərinə sutkalıq ödənişlərin" sözləri çıxarılsın.

Maddə 3. "Tibbi sığorta haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 1, maddə 4 (Cild I) 15-11.4-cü maddəsinin birinci və ikinci cümlələrindən "və yük" sözləri çıxarılsın. 


İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 8 oktyabr 2024-cü il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qırğız Respublikasının ölkəmizdəki səfiri ilə COP29-un nəticələri müzakirə edilib  

22:53
13 Dekabr

Ədliyyə naziri Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyib  

22:49
13 Dekabr

DİA-da Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunan silsilə tədbirlər keçirilib  

22:38
13 Dekabr

NATO Müdafiə Kollecinin “Ali kurs” heyəti Azərbaycanda səfərdə olub

20:51
13 Dekabr

Xocalıya köçən sakin: Vətən ana qucağı kimi əzizdir

20:42
13 Dekabr

Parlamentin iclasında “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanuna dəyişikliklər müzakirə ediləcək  

20:36
13 Dekabr

Keçmiş məcburi köçkün: Ən böyük arzumuz gerçəkləşib – Vətənimizə qovuşmuşuq

20:30
13 Dekabr

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

20:21
13 Dekabr

DGK sədri Salyanda vətəndaşlarla görüşüb

20:19
13 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib

19:20
13 Dekabr

Fələstin Prezidenti Mahmud Abbas İtaliyada müxtəlif görüşlər keçirib

18:47
13 Dekabr

Qida məhsullarının ticarəti sahəsində çalışan sahibkarların müraciətləri dinlənilib

18:16
13 Dekabr

MOK-da II Təhlükəsiz İdman Forumu keçirilib

18:06
13 Dekabr

Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

18:01
13 Dekabr

Gürcüstan nümayəndə heyəti hərbi təhsil müəssisələrində olub  

18:00
13 Dekabr

Leyla Əliyeva Kiqali Soyqırımı Memorialını ziyarət edib

17:59
13 Dekabr

Dövlət Xidməti: “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna dəyişikliklər təşəbbüsü Milli Məclisdə baxışdadır  

17:58
13 Dekabr

Əlahiddə Ümumqoşun Ordunun komandanı Türkiyəyə səfər edib

17:57
13 Dekabr

Fəxri konsul: İrlandiyada Azərbaycanı təmsil etmək böyük şərəfdir

17:56
13 Dekabr

XXXII Ümumrespublika seminarının açılış mərasimi keçirilib

17:55
13 Dekabr

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

17:54
13 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!