26 İyun 2025 03:34
1467
Qanunlar
A- A+
Azərbaycan Respublikasının Meşə Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində, "İcra haqqında" və "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikasının Meşə Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində, "İcra haqqında" və "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə


Azərbaycan Respublikasının Qanunu


Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 6-cı, 10-cu, 11-ci, 13-cü və 15-ci bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikası Meşə Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 3, maddə 139 (Cild I); 2024, № 3, maddə 250) 37-ci maddəsində aşağıdakı dəyişikliklər edilsin:

1.1. adında "təsərrüfatının aparılması" sözləri "təsərrüfatı" sözü ilə əvəz edilsin;

1.2. birinci hissə aşağıdakı redaksiyada verilsin:

"Meşə fondunda meşə təsərrüfatı və meşədən istifadə ilə əlaqədar olmayan tikinti işlərinin aparılması bu Məcəllənin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə, "Ətraf mühitin mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanununa, dağ-mədən işlərinin aparılması isə "Yerin təki haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.";

1.3. ikinci hissə ləğv edilsin.

Maddə 2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 4 (I kitab), maddə 250 (Cild I); 2024, № 2, maddə 138, № 4, maddə 365, № 5 (I kitab), maddə 493, № 7, maddə 744, № 12 (I kitab), maddə 1281; 2025, № 1, maddə 17, № 3, maddə 216; Azərbaycan Respublikasının 2025-ci il 18 mart tarixli158-VIIQD və 161-VIIQD nömrəli qanunları) 139-1.1.10-cu maddəsində aşağıdakı dəyişikliklər edilsin:

2.1. 139-1.1.10.1-ci maddədən "verilməsi barədə qərar" sözləri çıxarılsın;

2.2. 139-1.1.10.2-ci maddədə "sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd" sözləri "göndərilən məlumat" sözləri ilə əvəz edilsin.

Maddə 3. Azərbaycan Respublikası Vergi Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (I kitab), maddə 583 (Cild I); 2024, № 2, maddə 138, № 4, maddə 365, № 5 (I kitab), maddə 498, № 6 (I kitab), maddələr 630, 638, № 7, maddə 747, № 8, maddələr 932, 933, 934, № 10, maddə 1118, № 11, maddə 1182, № 12 (I kitab), maddə 1282, (II kitab), maddə 1345; 2025, № 2, maddə 96, № 3, maddə 214; Azərbaycan Respublikasının 2025-ci il 28 fevral tarixli 144-VIIQD nömrəli, 18 mart tarixli 158-VIIQD və 161-VIIQD nömrəli, 11 aprel tarixli 172-VIIQD və 175-VIIQD nömrəli, 1 may tarixli 190-VIIQD nömrəli qanunları) 90.3.3.9-cu maddəsində "və tikintiyə icazənin surətləri" sözləri "surəti və tikintiyə icazə" sözləri ilə əvəz edilsin. 

Maddə 4. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 9, maddə 838 (Cild I); 2024, № 3, maddə 247; 2025, № 1, maddə 14, № 3, maddə 215) aşağıdakı dəyişikliklər edilsin:

4.1. 75.14-cü maddənin birinci cümləsi aşağıdakı redaksiyada verilsin:

"Tikintiyə icazə verildiyi andan dərhal icazədə nəzərdə tutulmuş məlumatların Tikintilərin Dövlət Reyestrinə ötürülməsi təmin edilir.";

4.2. 80.6-cı maddənin birinci cümləsi aşağıdakı redaksiyada verilsin:

"Bu Məcəllənin 80.4-cü maddəsinin ikinci cümləsinə əsasən tikinti obyektlərinə münasibətdə 10 gün müddətində layihəyə dair iradın sifarişçiyə təqdim edilməməsi ilə bağlı tikinti işlərinə başlamaq hüququ yarandıqda həmin müddətin bitdiyi andan dərhal bu barədə məlumatın Tikintilərin Dövlət Reyestrinə ötürülməsi təmin edilir.";

4.3. 92-2.1.1-ci və 92-2.1.2-ci maddələrdə "tikintiyə icazə icraatı zamanı" sözləri "səyyar araşdırma zamanı tikintiyə icazə icraatı başa çatmamış" sözləri ilə əvəz edilsin;

4.4. 102-ci maddə üzrə:

4.4.1.102.6-cı maddənin birinci cümləsindən "sifarişli poçt göndərişi ilə" sözləri və həmin maddənin ikinci cümləsi çıxarılsın;

4.4.2. 102.7-ci maddənin birinci cümləsi aşağıdakı redaksiyada verilsin:

"Tikinti obyektlərinin istismarına icazə verildiyi andan, habelə məlumatlandırma icraatının tətbiq olunduğu tikinti obyektlərinin tikintisinin başa çatması barədə sifarişçi tərəfindən məlumat verildikdən sonra, dərhal bu məlumatların Tikintilərin Dövlət Reyestrinə ötürülməsi təmin edilir.";

4.5. 103.2-ci maddə ləğv edilsin.

Maddə 5. "İcra haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 3, maddə 114 (Cild I); 2024, № 4, maddə 365; 2025, № 1, maddə 1, № 2, maddə 100; Azərbaycan Respublikasının 2025-ci il 18 mart tarixli 158-VIIQD nömrəli, 11 aprel tarixli 172-VIIQD nömrəli və 1 may tarixli 189-VIIQD nömrəli qanunları) 61.5.2-ci maddəsində "icazənin surəti" sözləri "icazə" sözü ilə əvəz edilsin.

Maddə 6. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 8, maddə 603 (Cild I); 2025, № 1, maddə 16, № 2, maddə 100) 8.0.10-cu maddəsində aşağıdakı dəyişikliklər edilsin:

6.1. 8.0.10.1-ci maddədən "verilməsi barədə qərar" sözləri çıxarılsın;

6.2. 8.0.10.2-ci maddədə "sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd" sözləri "göndərilən məlumat" sözləri ilə əvəz edilsin.


İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti  


Bakı şəhəri, 3 iyun 2025-ci il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ölkəmizin enerji sektorunda daha bir yenilik

08:40
17 Dekabr

Böyük futbol Azərbaycana gəlir

08:35
17 Dekabr

Ermənistanda revanşistlərin siyasi dayaqları yoxdur

08:30
17 Dekabr

Avropa İttifaqı yenidən sülhə qarşı

08:25
17 Dekabr

Misri qılıncdan döyüş PUA-larınacan

08:20
17 Dekabr

Doktorantların və gənc tədqiqatçıların XXVIII Respublika elmi konfransı (NASCO XXVIII) başlayıb

08:15
17 Dekabr

Əmək Məcəlləsi təkmilləşdirilir

08:10
17 Dekabr

YAP Sədrinin müavini Tahir Budaqov Türkiyədə səfərdə olub

08:05
17 Dekabr

"Konstitusiya və Suverenlik İli"nin humanizm səhifəsi

08:00
17 Dekabr

Məcburi audit subyektləri rəhbərlərinin nəzərinə!

01:42
17 Dekabr

Azercell abunəçilərinin nəzərinə

01:40
17 Dekabr

Ağacan Abiyevin şərəfinə boks turnirinin açılış mərasimi olub

23:21
16 Dekabr

Qahirədə beynəlxalq konfransda Azərbaycandakı tolerantlıq mühitindən danışılıb

23:14
16 Dekabr

FIFA ilin ən yaxşılarını açıqlayıb

22:28
16 Dekabr

Azərbaycan Pakistanın neft-qaz infrastrukturunun inkişafına mühüm töhfə verə bilər  

21:22
16 Dekabr

Elektron siqaretlərin dövriyyəsinin qadağan edilməsini nəzərdə tutan qanun layihəsi plenar iclasa tövsiyə olunub

20:03
16 Dekabr

Ruben Vardanyanın məhkəmə istintaqı yekunlaşıb

19:50
16 Dekabr

Milli Məclisin növbəti plenar iclası keçirilib, 10 məsələ müzakirə olunub YENİLƏNİB 

19:48
16 Dekabr

Bahar Muradova: Azərbaycanın əhali və ailə siyasəti uzunmüddətli strateji yanaşmaya əsaslanır  

19:38
16 Dekabr

“Qarabağ” Antalyada təlim-məşq toplanışı keçəcək  

19:29
16 Dekabr

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında amnistiya barədə qərar layihəsi müzakirə olunub  

19:27
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!