25 İyul 2024 01:39
6582
Qanunlar
A- A+
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında


Azərbaycan Respublikasının Qanunu


Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (I kitab), maddə 202 (Cild I); 2024, № 1, maddə 18, № 2, maddə 135, № 4, maddə 362; Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1116-VIQD nömrəli, 5 aprel tarixli 1127-VIQD nömrəli, 19 aprel tarixli 1134-VIQD nömrəli və 7 may tarixli 1148-VIQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:

1. 43.1-ci maddədən “353.5,” rəqəmləri çıxarılsın.

2. 96.1.6-cı, 150.11-ci (hər iki halda), 529.1-ci, 529.2-ci və 529.3-cü maddələrdə “353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın” sözləri “353.1, 353.2, 353.4 və ya 353.5-ci maddələrində nəzərdə tutulan inzibati xətaların” sözləri ilə əvəz edilsin.

3. 122.1-ci maddənin birinci cümləsində “353.2” rəqəmləri “353.1, 353.2, 353.4, 353.5” rəqəmləri ilə əvəz edilsin.

4. 127-1-ci maddə aşağıdakı redaksiyada verilsin:

“Maddə 127-1. İriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsi ilə əlaqədar inzibati xəta hadisəsi elektron tərəzilər və foto və ya videoqeydiyyat funksiyalarına malik texniki vasitələrin köməyi ilə aşkar edildikdə icraatın aparılması qaydası

127-1.1. Bu Məcəllənin 353.1, 353.2, 353.4 və ya 353.5-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi ilə əlaqədar inzibati tənbeh vermə haqqında elektron qərar hərəkətdə olan nəqliyyat vasitəsinin qabarit, çəki və kütlə parametrlərini ölçən elektron tərəzilərin və foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin məlumatları əsasında bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş qaydada çıxarılır. Bütün elektron tərəzilər və foto və ya video qeydiyyat funksiyalarına malik texniki vasitələr, habelə iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin hərəkətinə icazələrin verilməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzi informasiya sisteminə inteqrasiya edilməlidir.

127-1.2. İnzibati tənbeh vermə haqqında elektron qərar qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələblərin pozulması ilə əlaqədar xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə elektron qaydada dərhal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) ən yaxın nəzarət məntəqəsinə göndərilir.

127-1.3. Bu Məcəllənin 353.1, 353.2, 353.4 və ya 353.5-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədildiyi nəqliyyat vasitəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əməkdaşı tərəfindən nəzarət məntəqəsində saxlanılır və inzibati tənbeh vermə haqqında elektron qərarın və xüsusi texniki vasitələrin məlumatlarının kağız daşıyıcıda surətləri nəqliyyat vasitəsini idarə edən şəxsə təqdim olunur.

127-1.4. Bölünən yükləri daşıyan iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinə münasibətdə qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələblər pozulduqda, hərəkətin davam etdirilməsi üçün yükgöndərən (daşıyıcı) tərəfindən nəqliyyat vasitəsindən normadan artıq yükün boşaldılması və yükün digər nəqliyyat vasitəsilə daşınması təmin edilməlidir.

127-1.5. Nəqliyyat vasitəsində olan normadan artıq yükün boşaldılması və digər nəqliyyat vasitəsilə daşınması təmin edildikdən sonra, saxlanılmış nəqliyyat vasitəsinin qabarit, çəki və kütlə parametrləri nəzarət məntəqəsində quraşdırılmış xüsusi texniki vasitələrlə saxlanılmış nəqliyyat vasitəsini idarə edən şəxsin iştirakı ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əməkdaşları tərəfindən ölçülərək göstəricilər real vaxt rejimində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzi informasiya sisteminə ötürülür.

127-1.6. İriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinə münasibətdə icazə verilən qabarit parametrlərinə, habelə bölünməyən yükləri daşıyan iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinə münasibətdə qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələblər pozulduqda, hərəkətin davam etdirilməsi üçün yükgöndərən (daşıyıcı) tərəfindən yükün həmin və ya digər nəqliyyat vasitəsilə hərəkətinə icazənin alınması təmin edilməlidir.

127-1.7. Bu Məcəllənin 353.1, 353.2, 353.4 və ya 353.5-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmiş nəqliyyat vasitəsini idarə edən şəxs inzibati cəriməni (müvafiq olaraq hesablanmış dəbbə pulu daxil olmaqla) və nəqliyyat vasitəsinin nəzarət məntəqəsində saxlanılması üçün haqqı həmin yerdə bank, poçt, plastik kart, elektron ödəmə sistemləri və ya internet vasitəsilə ödəyə bilər. Bu halda saxlanılmış nəqliyyat vasitəsi onu idarə edən şəxsə bu Məcəllənin 127-1.6-cı maddəsində qeyd olunan hallar istisna olmaqla dərhal qaytarılır.

127-1.8. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) inzibati cəriməni və nəqliyyat vasitəsinin nəzarət məntəqəsində saxlanılması üçün haqqı nəzarət məntəqəsində bank, poçt, plastik kart, elektron ödəmə sistemləri və ya internet vasitəsilə ödəmək üçün şərait yaratmalıdır.”.

5. 152.5-ci maddədə “353.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta” sözləri “353.1, 353.2, 353.4 və ya 353.5-ci maddələrində nəzərdə tutulan inzibati xətalar” sözləri ilə əvəz edilsin.

6. 339.5-ci maddədə “353.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş” sözləri “353.1, 353.2, 353.4 və ya 353.5-ci maddələrində nəzərdə tutulan inzibati xətalar haqqında işlər” sözləri ilə əvəz edilsin.

7. 353-cü maddə üzrə:

7.1. 353.1-ci maddənin dispozisiyasına “pozmaqla” sözündən sonra “(eni üzrə 0,15 metr və daha artıq, uzunluğu üzrə 0,20 metr və daha artıq, hündürlüyü üzrə 0,20 metr və daha artıq)” sözləri əlavə edilsin;

7.2. 353.2-ci maddənin dispozisiyasına “aşmaqla” sözündən sonra “(icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq)” sözləri əlavə edilsin;

7.3. 353.3-cü maddənin dispozisiyasına “aşmaqla” sözündən sonra “(eni üzrə 0,15 metr və daha artıq, uzunluğu üzrə 0,20 metr və daha artıq, hündürlüyü üzrə 0,20 metr və daha artıq, icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq)” sözləri əlavə edilsin və həmin maddənin sanksiyası aşağıdakı redaksiyada verilsin:

“vəzifəli şəxslər min beş yüz manat məbləğində, hüquqi şəxslər dörd min manat məbləğində cərimə edilir.”;

7.4. 353.5-ci maddənin sanksiyasında “nəqliyyat vasitələrini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılmaqla” sözləri “fiziki şəxslər” sözləri ilə əvəz edilsin;

7.5. 353.6-cı maddənin sanksiyası aşağıdakı redaksiyada verilsin:

“vəzifəli şəxslər iki min beş yüz manat məbləğində, hüquqi şəxslər yeddi min manat məbləğində cərimə edilir.”.

 

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 28 iyun 2024-cü il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qazaxıstan COP29-da karbon neytrallığına nail olmaq planlarını təqdim edib  

23:05
22 Noyabr

“COP29 - İqlim, Planet və Biz” kitabının təqdimatı olub  

23:03
22 Noyabr

Qubada lll İdman Festivalının təntənəli açılış mərasimi olub YENİLƏNİB 

23:01
22 Noyabr

Xankəndi şəhərində ilk solo konsert keçirilib

22:59
22 Noyabr

Eduardo Reyes: Ümid edirəm ki, biz COP29-da meşələr üzrə mühüm razılıq əldə edəcəyik VİDEO  

22:57
22 Noyabr

COP29-un pakistanlı iştirakçısı: İqlim dəyişikliyinə görə hava şəraitinin ekstremal dəyişməsi müşahidə olunur  

22:56
22 Noyabr

Nazir Rəşad Nəbiyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi naziri ilə görüşüb  

22:55
22 Noyabr

Çində keçirilən Dünya İnternet Konfransında Azərbaycanın yaşıl inkişafından danışılıb  

22:49
22 Noyabr

Prezident Ərdoğan: Bakıda keçirilən COP29-da iqlim dəyişikliklərinin qorxuducu həddə çatdığını bir daha gördük  

22:40
22 Noyabr

COP29-un nigeriyalı ekofəalı: Gənclər iqlim prosesində qərarların verilməsində iştirak etməlidirlər VİDEO

22:03
22 Noyabr

Moskvada MDB İqtisadi Şurasının iclası keçiriləcək  

21:41
22 Noyabr

Keniyalı mütəxəssis: COP29 iqlim dəyişikliyi ilə mübarizəyə mühüm töhfə verir  

21:36
22 Noyabr

Steysi Çesok: Azərbaycan COP29 konfransının təşkilində yüksəksəviyyəli yanaşma nümayiş etdirir

21:12
22 Noyabr

Novelli Ottavio: COP29 əlaqələr qurmaq, təcrübə mübadiləsi aparmaq üçün yaxşı platformadır  

20:51
22 Noyabr

Koreyalı nümayəndə: COP29-dan gözləntilərim, demək olar ki, özünü doğruldub

20:21
22 Noyabr

“Afrika danışıqlar qrupu ixracat dəstəyi” şirkətinin təmsilçisi: COP29-da təşkilatçılıq yüksək səviyyədədir  

20:17
22 Noyabr

“Hitaçi” şirkətinin nümayəndəsi: COP29-da öz texnologiyalarımızı nümayiş etdirmək şərəfdir

20:11
22 Noyabr

Avstriyada bir fəhlə 30 kq qızıl sikkə tapıb  

20:09
22 Noyabr

Rusların ev almağa maraq göstərdiyi beş ölkənin adı açıqlanıb  

19:40
22 Noyabr

Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib

19:33
22 Noyabr

ESA 74 milyon kilometr məsafədən Günəşin fotoşəkillərini çəkib

19:29
22 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!