№ 288
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 20 fevral tarixli 358-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 16 mart tarixli 622 nömrəli Fərmanının 2.2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Qiymətli metalların və qiymətli daşların sertifikatlaşdırılma qaydaları, onlardan hazırlanan məhsulların (zərgərlik və digər məişət məmulatları istisna olmaqla) növlərinin siyahısını, sertifikatlaşdırılma formalarını, habelə bu məhsul növlərinin sertifikatlaşdırılmasını tələb edən hallar”ın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 60 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 2, maddə 135 (Cild I); Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2026-cı il 22 iyun tarixli 192 nömrəli Qərarı) aşağıdakı dəyişikliklər edilsin:
1.1. adına və 1-ci hissəyə “zərgərlik” sözündən əvvəl “emal edilməmiş almazlar,” sözləri əlavə edilsin;
1.2. həmin Qərarla təsdiq edilmiş “Qiymətli metalların və qiymətli daşların sertifikatlaşdırılma qaydaları, onlardan hazırlanan məhsulların (zərgərlik və digər məişət məmulatları istisna olmaqla) növlərinin siyahısını, sertifikatlaşdırılma formalarını, habelə bu məhsul növlərinin sertifikatlaşdırılmasını tələb edən hallar” üzrə:
1.2.1. adına, 1-ci, 4-cü və 9-cu hissələrə “zərgərlik” sözündən əvvəl “emal edilməmiş almazlar,” sözləri əlavə edilsin;
1.2.2. “Qiymətli metalların və qiymətli daşların sertifikatlaşdırılma qaydaları, onlardan hazırlanan məhsulların (zərgərlik və digər məişət məmulatları istisna olmaqla) növlərinin siyahısını, sertifikatlaşdırılma formalarını, habelə bu məhsul növlərinin sertifikatlaşdırılmasını tələb edən hallar”a Əlavə - “Qiymətli metallardan və qiymətli daşlardan hazırlanan məhsul (zərgərlik və digər məişət məmulatları istisna olmaqla) növlərinin siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:
1.2.2.1. yuxarı sağ küncünə və adına “zərgərlik” sözündən əvvəl “emal edilməmiş almazlar,” sözləri əlavə edilsin;
1.2.2.2. 3-cü sətir ləğv edilsin.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 27 avqust tarixli 232 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 8, maddə 1030 (Cild I); 2024, № 3, maddə 314, № 5 (II kitab), maddə 612, № 9, maddələr 1090, 1106, № 12 (II kitab), maddə 1460; 2025, № 9, maddə 868) ilə təsdiq edilmiş “Gömrük ekspertizasının aparılması Qaydaları”nın 3.3.8-ci yarımbəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 3.3.9-cu yarımbənd əlavə edilsin:
“3.3.9. “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən emal edilməmiş almazlara dair Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin rəyinin surəti.”.
3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 3 oktyabr tarixli 286 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 10, maddə 1207 (Cild I); 2024, № 3, maddə 314, № 5 (II kitab), maddə 612, № 12 (II kitab), maddə 1460; 2025, № 9, maddə 868) ilə təsdiq edilmiş “Təminatdan istifadə etməklə gömrük borcunun ödənilməsinin təmin edilməsi Qaydaları”nın 8.3-cü bəndinə “sənədlərlə,” sözündən sonra “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən emal edilməmiş almazlara dair Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin rəyi ilə,” sözləri, “çıxarış” sözündən sonra “, rəy” sözü əlavə edilsin.
4. Bu Qərar Azərbaycan Respublikasının “Kimberli Prosesinin Sertifikatlaşdırma Sxemi”nə qoşulduğu gündən qüvvəyə minir.
Əli Əsədov,
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 9 sentyabr 2026-cı il