№ 95
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 908-VIQD nömrəli Qanununun tətbiqi və “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının 2018-ci il 24 aprel tarixli 1071-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 iyun tarixli 140 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 24 iyul tarixli 2237 nömrəli Fərmanının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 26 fevral tarixli 65 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 2, maddə 361 (Cild I) ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə tərəfindən yaradılan peşə təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:
1. 3.2.1-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:
“3.2.1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada peşə və ixtisaslara uyğun dərsliklərin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin hazırlanmasında iştirak etmək;”.
2. 4.15.6-cı yarımbəndə “6.7-ci bəndi” sözlərindən sonra “və 4.15.6-1-ci yarımbəndi” sözləri əlavə edilsin.
3. Aşağıdakı məzmunda 4.15.6-1-ci yarımbənd əlavə edilsin:
“4.15.6-1. dövlət peşə təhsili müəssisələrinə müəllimlərin və istehsalat təlimi ustalarının işə qəbul və yerdəyişməsi ilə bağlı qanunvericiliklə müəyyən edilmiş qaydalara uyğun olaraq qərarlar qəbul edir;”.
Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 21 fevral 2024-cü il