№ 212
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 12 avqust tarixli 128 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 8, maddə 539 (Cild I); 2024, № 9, maddə 1101; 2025, № 11, maddə 1092, № 12 (II kitab), maddə 1257; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2026-cı il 25 iyun tarixli 200 nömrəli Qərarı) ilə təsdiq edilmiş “İkinci Dünya müharibəsi iştirakçılarının, şəhid ailələrinin, Çernobıl AES-də qəzanın nəticələrinin köçürmə zonasında ləğv edilməsinin iştirakçılarının, eləcə də köçürülmə günü ana bətnində olan uşaqlar da daxil olmaqla, uzaqlaşdırma və köçürmə zonalarından köçürülmüş uşaqların, habelə 1986-cı il aprelin 26-dan sonra doğulmuş və Çernobıl AES-də qəzanın nəticələrinin ləğv edilməsinin iştirakçısı olmuş, yaxud Çernobıl qəzası nəticəsində zərər çəkmiş və birbaşa radioaktiv şüalanmaya məruz qalmaq ehtimalı olmuş valideynlərin birindən olan uşaqların, valideyn himayəsindən məhrum olmuş uşaqların, fövqəladə hallarda insanların xilas edilməsində və tibbi yardım göstərilməsində iştirak edərkən ziyan çəkmiş vətəndaşların sanatoriya-kurort müalicəsi ilə təmin edilməsi Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
1.1. 3-cü hissədə “hesablanması və ödənilməsi haqqında Əsasnamə”nin 135-ci” sözləri “təyin edilməsi, hesablanması və ödənilməsi Qaydası”nın 8.2-ci” sözləri ilə əvəz edilsin;
1.2. 9-cu hissənin üçüncü cümləsində “hesablanması və ödənilməsi haqqında Əsasnamə”nin 141-ci” sözləri “təyin edilməsi, hesablanması və ödənilməsi Qaydası”nın 8.8-ci” sözləri ilə əvəz edilsin.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 25 sentyabr tarixli 211 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 9, maddə 937 (Cild I); 2025, № 11, maddə 1090) ilə təsdiq edilmiş “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərin sanatoriya-kurort müalicəsi ilə təmin edilməsi Qaydası”nın 9-cu hissəsinin üçüncü cümləsində “hesablanması və ödənilməsi haqqında Əsasnamə”nin 141-ci” sözləri “təyin edilməsi, hesablanması və ödənilməsi Qaydası”nın 8.8-ci” sözləri ilə əvəz edilsin.
3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 23 dekabr tarixli 406 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 12, maddə 1530 (Cild I); 2024, № 3, maddə 314, № 5 (II kitab), maddələr 611, 617; 2025, № 9, maddə 870, № 11, maddə 1091) ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin dərman preparatları, tibbi xidmət və ölkə hüdudları daxilində sanatoriya-kurort müalicəsi ilə təmin olunması Qaydası”nın 4.10-cu bəndinin üçüncü cümləsində “hesablanması və ödənilməsi haqqında Əsasnamə”nin 141-ci” sözləri “təyin edilməsi, hesablanması və ödənilməsi Qaydası”nın 8.8-ci” sözləri ilə əvəz edilsin.
4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 30 iyul tarixli 368 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024, № 7, maddə 929; 2025, № 5, maddə 507, № 9, maddələr 858, 870, № 11, maddə 1093; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2026-cı il 25 iyun tarixli 200 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Sosial ödənişlərin təyin edilməsi, ödənilməsi, ödənişinin dayandırılması və sosial ödəniş işlərinin mühafizəsi Qaydası”nın 1.2-ci bəndində “hesablanması və ödənilməsi haqqında Əsasnamə”yə” sözləri “təyin edilməsi, hesablanması və ödənilməsi Qaydası”na” sözləri ilə əvəz edilsin.
5. Bu Qərar 2026-cı il mayın 1-dən tətbiq edilir.
Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, “ 10 ” “ iyul ” 2026-cı il