13 İyul 2026 22:29
394
SİYASƏT
A- A+
Sahibə Qafarova Böyük Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri ilə görüşüb

Sahibə Qafarova Böyük Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri ilə görüşüb

Milli Məclisin sədri Sahibə Qafarova iyulun 13-də Britaniya Parlamentinin üzvü, Böyük Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Bob Bləkmən ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə parlamentlərarası əlaqələrin ölkələrimiz arasında ikitərəfli və çoxtərəfli münasibətlərin mühüm hissələrindən biri olduğu vurğulanaraq, qanunverici orqanlarımız arasında sıx əlaqələrin qurulması və qarşılıqlı təmasların genişləndirilməsindən razılıq bildirilib. Spiker Sahibə Qafarova özünün Birləşmiş Krallığa səfərlərini və Birləşmiş Krallıq Parlamentinin İcmalar Palatasının sədri Ser Lindsi Hoyl ilə görüşlərini, həmçinin parlamentarilər arasında qarşılıqlı səfərləri xatırladaraq qeyd edib ki, bu təmaslar parlamentlərimiz arasında mövcud olan əlaqələrin daha da inkişafına xidmət edir.

Tərəflər, həmçinin dostluq qrupları arasında müsbət dialoq və görüşlərin, eləcə də beynəlxalq parlament təşkilatları çərçivəsində əməkdaşlığın önəmini vurğulayıblar.

Böyük Britaniya Parlamentinin üzvü Bob Bləkmən Azərbaycana növbəti səfəri, ölkəmizdə və paytaxt Bakıda gördükləri haqqında müsbət təəssüratlarını bölüşüb. O, Birləşmiş Krallığın Azərbaycanla əlaqələrin inkişafına böyük önəm verdiyini vurğulayaraq, bu istiqamətdə parlamentlərin rolunu qeyd edib.

Görüşdə, həmçinin hazırda regionda mövcud olan vəziyyət, Azərbaycan və Ermənistan arasında sülh prosesi haqqında da danışılıb. Spiker Sahibə Qafarova qonağa işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən nəhəng yenidənqurma və bərpa işləri haqqında məlumat verib.

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında

01:17
13 Avqust

E.İ.Sultanovun Azərbaycan Respublikasının Latviya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında

01:16
13 Avqust

E.İ.Sultanovun Azərbaycan Respublikasının İsveç Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında

01:15
13 Avqust

Z.R.Əhmədovun Azərbaycan Respublikasının İsveç Krallığında, eyni zamanda Danimarka Krallığında, Finlandiya Respublikasında və Norveç Krallığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında

01:14
13 Avqust

N.E.Mustafayevanın Azərbaycan Respublikasının Latviya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında

01:13
13 Avqust

Naxçıvan Muxtar Respublikası ərazisində əsaslı təmir olunacaq kəndlərarası, şəhər və kəndlər ərazilərindəki avtomobil yollarının SİYAHISI

01:12
13 Avqust

Aktau şəhərindəki logistika kompleksi şəbəkəsi Azərbaycanı da əhatə edəcək  

22:09
12 Avqust

Süni intellekt həllərinin təhlükəsizlik auditi artıq zərurətə çevrilir   

22:07
12 Avqust

Naxçıvanın yeni dövrü: logistika qovşağı, sənaye və regional inkişaf 

22:05
12 Avqust

“Azərkosmos” şəhər təsərrüfatının idarə edilməsində “WebGIS” platformasını tətbiq edir  

20:30
12 Avqust

Bu ilin ikinci Günəş tutulması başlayıb  

20:25
12 Avqust

Parlamentlərdə gənclərin təmsilçiliyi diqqət mərkəzindədir  

20:20
12 Avqust

Prezident İlham Əliyevin Naxçıvana səfəri Gürcüstan mətbuatının diqqət mərkəzində olub  

20:15
12 Avqust

Uşaq Səfirlər Məclisinin məzunlarına təşəkkürnamələr, yeni üzvlərə kartlar təqdim olunub  

20:10
12 Avqust

Naxçıvanın yeni inkişaf salnaməsi yazılır ŞƏRH  

20:05
12 Avqust

Xocavənddə buldozer minaya düşüb, 2 nəfər xəsarət alıb  

20:02
12 Avqust

Mütəxəssis: Xəzər dənizinin səviyyəsinin enməsi 2040-2050-ci illərə qədər davam edəcək  

19:05
12 Avqust

Naxçıvan regional və beynəlxalq nəqliyyat sisteminin mühüm qovşaqlarından birinə çevrilir ŞƏRH  

19:00
12 Avqust

Azərbaycan Batumidə keçirilən musiqi festivalında təmsil olunub  

18:55
12 Avqust

Pakistanlı ekspert: Azərbaycanın coğrafi mövqeyi iqtisadi və strateji təsir imkanlarına çevrilə bilər  

18:50
12 Avqust

Politoloq: Naxçıvanın qarşısında böyük inkişaf imkanları açılır  

18:46
12 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!