24 Noyabr 2024 02:30
1575
Nazirlər Kabineti
A- A+
“Azərbaycan Respublikası Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyindəki xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi, vəsaitlərin hesablarda yerləşdirilməsi və idarə edilməsi, habelə hesabda yığılan vəsaitin idarə olunmasından əldə edilən gəlirlər də daxil olmaqla həmin vəsaitlərin ödənilməsi Qaydası”nın təsdiq edilməsi haqqında

“Azərbaycan Respublikası Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyindəki xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi, vəsaitlərin hesablarda yerləşdirilməsi və idarə edilməsi, habelə hesabda yığılan vəsaitin idarə olunmasından əldə edilən gəlirlər də daxil olmaqla həmin vəsaitlərin ödənilməsi Qaydası”nın təsdiq edilməsi haqqında


№ 493


Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI


Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Gənclərin hərbi sahədə təhsil almasının təşviq edilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 14 dekabr tarixli 2381 nömrəli Fərmanının 7.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyindəki xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi, vəsaitlərin hesablarda yerləşdirilməsi və idarə edilməsi, habelə hesabda yığılan vəsaitin idarə olunmasından əldə edilən gəlirlər də daxil olmaqla həmin vəsaitlərin ödənilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. Bu Qərar 2024/2025-ci tədris ilindən başlayaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyindəki Heydər Əliyev adına Hərbi İnstitutun bakalavriat səviyyəsinə, o cümlədən bakalavriat səviyyəsinin hazırlıq kursuna, Bakı Hərbi Kollecinə, Gəncə Hərbi Kollecinə, Naxçıvan Hərbi Kollecinə, Heydər Əliyev adına Hərbi Liseyə və Cəmşid Naxçıvanski adına Hərbi Liseyə qəbul olunmuş və həmin müəssisələrdə təhsil alan kursantlara şamil edilir.

3. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi:

3.1. “Azərbaycan Ordusunun hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə”də bu Qərarın 1-ci hissəsi ilə təsdiq edilən Qaydaya uyğun dəyişikliklərin Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırmaqla 10 (on) gün müddətində həyata keçirilməsini təmin etsin;

3.2. bu Qərardan irəli gələn digər məsələləri həll etsin.

4. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Müdafiə Nazirliyi bu Qərardan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görsünlər.

5. Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 6 oktyabr tarixli 2328 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının layihələrinin hazırlanması, razılaşdırılması, qəbul edilməsi və dərc edilməsi qaydası haqqında Əsasnamə”nin 3.5-ci bəndinə uyğun edilə bilər.


Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri


Bakı şəhəri, “ 23 ” “ noyabr ” 2024-cü il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Səhiyyə nazirinin müavini: Üç nəfər ağır vəziyyətdə olan yaralının müalicəsi Aktau şəhərində davam edir

20:27
26 Dekabr

Tacikistanın xarici işlər naziri Azərbaycan səfirliyinə gedərək başsağlığı verib  

20:16
26 Dekabr

Təyyarə qəzasında həlak olan 4 nəfərin nəşi bu gün Bakıya gətiriləcək 

20:05
26 Dekabr

Qvineya-Bisau Respublikasının Prezidenti Umaru Sisoku Embalodan  

19:56
26 Dekabr

Təyyarə qəzası ilə əlaqədar Milli Məclisin ünvanına çoxsaylı başsağlıqları gəlib  

19:36
26 Dekabr

Azərbaycanın Batumidəki baş konsulluğunda xatirə kitabı açılıb  

19:35
26 Dekabr

Təyyarə qəzası nəticəsində xəsarət almış vətəndaşlar Bakıya gətirilib

19:33
26 Dekabr

Beynəlxalq ictimaiyyətdən Azərbaycana başsağlığı mesajları gəlməkdə davam edir YENİLƏNİB  

19:28
26 Dekabr

Azərbaycanın İtaliyadakı səfirliyində matəm günü ilə bağlı xatirə kitabı açılıb

19:21
26 Dekabr

Aktau yaxınlığında baş verən təyyarə qəzasında həlak olan daha 10 nəfərin şəxsiyyəti müəyyənləşib  

19:20
26 Dekabr

Beynəlxalq axtarışa verilmiş daha iki şəxs Azərbaycana gətirilib  

19:06
26 Dekabr

Təyyarə qəzasında həyatını itirənlərin xatirəsi Londonda da yad edilir 

19:05
26 Dekabr

Rusiya Federasiyası Dağıstan Respublikasının rəhbəri Sergey Məlikovdan

19:02
26 Dekabr

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib

18:59
26 Dekabr

Banqladeş Xalq Respublikası Müvəqqəti Hökumətinin Baş müşaviri Məhəmməd Yunusdan

18:55
26 Dekabr

Pakistanın Baş naziri Şahbaz Şərif Azərbaycanın İslamabaddakı səfirliyində olub  

18:54
26 Dekabr

Sankt-Peterburqun qubernatoru Azərbaycana məxsus təyyarənin qəzaya uğraması ilə bağlı başsağlığı verib  

18:25
26 Dekabr

Aktauda olan Fövqəladə Hallar Nazirliyinin xüsusi təyyarəsi Bakıya yola düşüb  

18:22
26 Dekabr

Polşa Respublikasının Prezidenti Andjey Dudadan

18:19
26 Dekabr

Matəm günü ilə əlaqədar Azərbaycanın Fransadakı səfirliyində də xatirə kitabı açılıb

18:16
26 Dekabr

Təyyarə qəzası nəticəsində həlak olanların xatirəsi Moldovada anılır

18:12
26 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!