08 Sentyabr 2024 03:38
869
Fərmanlar
A- A+
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyindəki xüsusi təyinatlı təhsil müəssisələrində təhsil almış hərbi qulluqçulara verilən güzəştli ipoteka kreditlərinə dövlət tərəfindən maliyyə dəstəyi göstərilməsi QAYDASI

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyindəki xüsusi təyinatlı təhsil müəssisələrində təhsil almış hərbi qulluqçulara verilən güzəştli ipoteka kreditlərinə dövlət tərəfindən maliyyə dəstəyi göstərilməsi QAYDASI

 

Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 7 sentyabr tarixli Fərmanı ilə təsdiq edilmişdir

 

1. Ümumi müddəalar
 
1.1.    Bu Qayda "Gənclərin hərbi sahədə təhsil almasının təşviq edilməsi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 14 dekabr tarixli 2381 nömrəli Fərmanının 7.3-cü bəndinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyindəki Heydər Əliyev adına Hərbi İnstitutun bakalavriat səviyyəsində, o cümlədən bakalavriat səviyyəsinin hazırlıq kursunda, Bakı Hərbi Kollecində, Gəncə Hərbi Kollecində və Naxçıvan Hərbi Kollecində (bundan sonra - xüsusi təyinatlı təhsil müəssisələri) təhsil almış hərbi qulluqçulara verilən güzəştli ipoteka kreditlərinə dövlət tərəfindən maliyyə dəstəyi göstərilməsinə dair tələbləri və digər təşkilati məsələləri müəyyən edir.
1.2.    Bu Qaydada nəzərdə tutulmuş hallar istisna olmaqla, bu Qaydanın 1.1-ci bəndində nəzərdə tutulan hərbi qulluqçulara güzəştli ipoteka kreditinin verilməsi proseduru və şərtləri Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 22 iyun tarixli 940 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası" (bundan sonra - İpoteka kreditinin verilməsi Qaydası) ilə müəyyən edilir.
1.3.     Bu Qaydada istifadə olunan anlayışlar İpoteka kreditinin verilməsi Qaydasında müəyyən edilmiş mənaları ifadə edir. 
1.4.    Bu Qaydanın müddəaları 2024-2025-ci tədris ilindən başlayaraq dövlətlərarası müqavilə əsasında xarici ölkələrin xüsusi təyinatlı təhsil müəssisələrində təhsil alan və məzun olduqdan sonra Azərbaycan Ordusunda 5 (beş) təqvim ili zabit və ya gizir (miçman) kimi həqiqi hərbi xidmət keçən Azərbaycan Respublikasının vətəndaşları olan hərbi qulluqçulara da şamil edilir.
 
2. Maliyyə dəstəyi göstərilməsi şərtləri

2.1. 2024-2025-ci tədris ilindən başlayaraq xüsusi təyinatlı təhsil müəssisələrində təhsil alan və məzun olduqdan sonra Azərbaycan Ordusunda 5 (beş) təqvim ili zabit və ya gizir (miçman) kimi həqiqi hərbi xidmət keçən hərbi qulluqçulara verilən güzəştli ipoteka kreditlərinə maliyyə dəstəyi göstərilir. 
2.2. Maliyyə dəstəyi bu Qaydanın 3.1-ci və 3.2-ci bəndlərinə uyğun olaraq güzəştli ipoteka kreditinin verildiyi tarixə ipoteka ilə yüklü edilən yaşayış sahəsinin qiymətinin bir hissəsi (bundan sonra - ilkin ödəniş) və aylıq annuitet ödənişlərinin (bundan sonra - annuitet ödənişləri) bir hissəsi üzrə yalnız bir yaşayış sahəsinin satın alınması məqsədilə müddəti azı 15 (on beş) il olan güzəştli ipoteka kreditləri üzrə göstərilir.

3. Maliyyə dəstəyinin həcmi

3.1. İlkin ödəniş İpoteka kreditinin verilməsi Qaydasının 3.1.6-cı yarımbəndinə əsasən müəyyən edilmiş güzəştli ipoteka kreditinin maksimal məbləğinin 15 faizindən yuxarı olmamaqla, güzəştli ipoteka kreditindən istifadə etməklə satınalınan yaşayış sahəsinin alqı-satqı müqaviləsi üzrə qiymətinin 15 faizi məbləğində verilir. 
3.2. Annuitet ödənişləri üzrə verilən maliyyə dəstəyi annuitet ödənişlərinin 50 faizi həcmində müəyyən edilir.
3.3. Güzəştli ipoteka krediti üzrə əsas borc məbləğinin bir hissəsi kredit müqaviləsində nəzərdə tutulmuş müddətdən əvvəl qaytarılarsa və ya borc restrukturizasiya edilərsə, annuitet ödənişləri üzrə maliyyə dəstəyi yenidən hesablanmış annuitet ödənişinin bu Qaydanın 3.2-ci bəndində nəzərdə tutulmuş həcmində müəyyən edilir.

4. Maliyyə dəstəyi göstərilməsi proseduru
 
4.1.    Maliyyə dəstəyi göstərilməsi ilə bağlı Azərbaycan Respublikasının Müdafiə Nazirliyi (bundan sonra - Nazirlik), Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu (bundan sonra - Fond) və müvəkkil bank arasında informasiya mübadiləsi Elektron Hökumət İnformasiya Sistemi üzərindən "Elektron ipoteka və kredit zəmanət" sistemi (bundan sonra - elektron sistem) vasitəsilə həyata keçirilir və bu məqsədlə Nazirliyə elektron sistemdən istifadə imkanı yaradılır.
4.2.    Maliyyə dəstəyi göstərilməsi üçün dövlət büdcəsində nəzərdə tutulan vəsait Nazirliyin bu məqsədlə açılmış bank hesabında saxlanılır. 
4.3.    İpoteka kreditinin verilməsi Qaydasına əsasən, müvəkkil bank tərəfindən güzəştli ipoteka kreditinin verilməsinə ilkin razılıq barədə qərar elektron sistemdə yerləşdirildiyi gün güzəştli ipoteka krediti almaq istəyən hərbi qulluqçunun (bundan sonra - borcalan) maliyyə dəstəyi göstərilməsinə dair müraciəti elektron sistem vasitəsilə real vaxt rejimində Nazirliyə göndərilir.
4.4.    Nazirlik 5 (beş) iş günü müddətində maliyyə dəstəyi göstərilməsinə dair müraciətin bu Qaydanın tələblərinə uyğunluğunu yoxlayır, maliyyə dəstəyi göstərilməsinə dair razılıq və ya bu Qaydanın 6.1.1-6.1.3-cü yarımbəndləri ilə müəyyən edilmiş imtina əsasları aşkarlanarsa, imtina barədə əsaslandırılmış qərar qəbul edir. Həmin qərar qəbul edildiyi gün elektron sistemdə yerləşdirilir və real vaxt rejimində elektron sistem vasitəsilə borcalana da göndərilir. 
4.5.    Müvəkkil bank tərəfindən borcalana güzəştli ipoteka kreditinin verilməsinə razılıq verildiyi təqdirdə, həmin qərar elektron sistem vasitəsilə real vaxt rejimində Nazirliyə və borcalana göndərilir. Nazirlik 1 (bir) iş günü müddətində bu Qaydanın 3.1-ci bəndinə uyğun hesablanmış ilkin ödəniş üzrə vəsaiti borcalanın müvəkkil bankda bu məqsədlə açılmış bank hesabına köçürür.
4.6.    Bu Qaydanın 4.5-ci bəndinə əsasən Nazirlik tərəfindən hərbi qulluqçunun müvəkkil bankda bu məqsədlə açılmış bank hesabına köçürülmüş vəsaitin təyinatından kənar məqsədlərlə istifadəsinə məhdudiyyət qoyulmasına dair müddəanın nəzərdə tutulması bank hesabı müqaviləsində təmin edilir.
4.7.    İpoteka kreditinin verilməsi Qaydasına uyğun olaraq güzəştli ipoteka rəsmiləşdirilmədikdə və (və ya) yaşayış sahəsinin alqı-satqı prosesi başa çatmadıqda, bank hesabı müqaviləsinə uyğun olaraq, müvəkkil bank göstərilən halların baş verdiyi gündən 10 (on) iş günü müddətində ilkin ödəniş üzrə vəsaiti Nazirliyin bu məqsədlə açılmış bank hesabına geri qaytarır.
4.8.    Güzəştli ipoteka krediti hesabına alınmış yaşayış sahəsi üzrə kredit və alqı-satqı müqavilələrinin surətləri elektron sistem vasitəsilə müvəkkil bank tərəfindən Nazirliyə göndərilir.
4.9.    Nazirlik borcalanlar və güzəştli ipoteka kreditləri ilə bağlı bu Qaydaya əlavə olunmuş formaya uyğun məlumatları elektron sistemdən real vaxt rejimində əldə edir.
4.10.    Nazirlik annuitet ödənişlərinə maliyyə dəstəyi üzrə vəsaiti bu Qaydanın 4.9-cu bəndində nəzərdə tutulan məlumatlar əsasında ödəniş ayından əvvəlkiayın son 10 (on) günündə borcalanın müvəkkil bankda bu məqsədlə açılmış bank hesabına köçürür.
4.11.    Nazirlik növbəti ayın annuitet ödənişləri üzrə maliyyə dəstəyi verilərkən ötən ayın annuitet ödənişinin borcalan tərəfindən ödənilməsini bu Qaydanın 4.9-cu bəndində nəzərdə tutulmuş məlumatlar əsasında yoxlayır.
4.12.    Bu Qaydanın 7.1-ci bəndinə əsasən maliyyə dəstəyi göstərilməsi dayandırıldıqda, yaxud yenidən bərpa edildikdə Nazirlik 3 (üç) iş günü müddətində elektron sistem vasitəsilə Fonda, müvəkkil banka və borcalana bildiriş göndərir.
4.13.    Maliyyə dəstəyi göstərilməsindən imtina edilmiş hərbi qulluqçuların maliyyə dəstəyi göstərilməsindən imtinaya əsas olmuş hallar aradan qalxdıqdan sonra, təkrar müraciət etmək hüququ vardır.

5. Sonradan maliyyələşmə

5.1.    2024-2025-ci tədris ilindən başlayaraq xüsusi təyinatlı təhsil müəssisələrində təhsil aldıqdan sonra məzun olan Azərbaycan Ordusunun hərbi qulluqçuları həqiqi hərbi xidmət müddətinin 5 (beş) təqvim ilini tamamlamadan güzəştli ipoteka krediti hüququndan istifadə etdikləri təqdirdə, onlar aşağıdakı şərtlərlə Nazirliyə yazılı formada ərizə ilə müraciət edərək sonradan maliyyə dəstəyi (bundan sonra - sonradan maliyyələşmə) ala bilərlər:
5.1.1. həqiqi hərbi xidmət müddətinin 5 (beş) təqvim ilini tamamladıqda;
5.1.2. güzəştli ipoteka krediti bu Qaydanın 2-ci hissəsinin tələblərinə uyğun olduqda.
5.2.    Sonradan maliyyələşməyə aşağıdakılar aiddir:
5.2.1. bu Qaydanın 3.1-ci bəndində nəzərdə tutulmuş həcmdə yaşayış sahəsinin satın alındığı tarixə müəyyən edilmiş ilkin ödənişin hərbi qulluqçuya birdəfəlik ödənilməsi;
5.2.2. maliyyə dəstəyi göstərilməsinintəsdiq edildiyi tarixədək hərbi qulluqçu tərəfindən ödənilmiş annuitet ödənişlərinin bu Qaydanın 3.2-ci bəndində nəzərdə tutulmuş həcmdə hərbi qulluqçuya birdəfəlik ödənilməsi;
5.2.3. maliyyə dəstəyi göstərilməsinintəsdiq edildiyi tarixdən sonra annuitet ödənişlərinin bu Qaydanın 3.2-ci bəndində nəzərdə tutulmuş həcmdə aylıq olaraq ödənilməsi.
5.3.    Nazirlik sonradan maliyyələşmə ilə bağlı edilmiş müraciətə 15 (on beş) iş günü müddətində baxır və müraciət üzrə tələbin bu Qaydaya uyğunluğunu yoxlayır. Sonradan maliyyələşməyə dair razılıq barədə və ya bu Qaydanın 6.1.1-6.1.3-cü yarımbəndləri ilə müəyyən edilmiş imtina əsasları aşkarlanarsa,imtina barədə əsaslandırılmışqərar qəbul edilir.Həmin qərar qəbul edildiyi gün elektron sistemdə yerləşdirilir və elektron sistem vasitəsilə hərbi qulluqçuya da göndərilir. 
5.4.    Sonradan maliyyələşməyə dair razılıq verildiyi təqdirdə, həmin hərbi qulluqçu bu Qaydaya uyğun olaraq borcalan hesab edilir. 
5.5.    Nazirlik:
5.5.1. bu Qaydanın 5.2.1-ci yarımbəndində nəzərdə tutulmuş ilkin ödənişi razılıq verildiyi tarixdən 5 (beş) iş günü müddətində borcalanın təqdim etdiyi müvafiq bank hesabına köçürür;
5.5.2.  bu Qaydanın 5.2.2-ci yarımbəndində nəzərdə tutulmuş maliyyə dəstəyini razılıq verildiyi tarixdən növbəti təqvim ilinin 1-ci rübü ərzində borcalanın təqdim etdiyi müvafiq bank hesabına köçürür;
5.5.3. bu Qaydanın 5.2.3-cü yarımbəndində nəzərdə tutulmuş maliyyə dəstəyini güzəştli ipoteka krediti ilə bağlı müqaviləyə uyğun olaraq hər ayın son 10 (on) günündə borcalanın kreditə xidmət edən müvəkkil bankda bu məqsədlə açılmış hesabına köçürür.

6. Maliyyə dəstəyi göstərilməsindən imtina halları

6.1.    Maliyyə dəstəyi göstərilməsindən Nazirlik aşağıdakı hallarda imtina edir:
6.1.1. hərbi qulluqçu bu Qaydanın 1.1-ci və ya 1.4-cü bəndlərində müəyyən edilmiş tələblərə uyğun olmadıqda;
6.1.2. yaşayış sahəsinin satın alınması məqsədilə verilən güzəştli ipoteka kreditinin müddəti 15 (on beş) ildən az olduqda;
6.1.3. hərbi qulluqçu "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 41.0.1-ci, 41.0.5-ci, 41.0.6-cı, 41.0.7-ci, 41.0.8-ci, 41.0.9-cu, 41.0.10-cu, 42.0.3-cü və ya 42.0.5-ci maddələrində nəzərdə tutulan hallarla əlaqədar ehtiyata və ya istefaya buraxılmış olduqda.

7. Maliyyə dəstəyinin dayandırılması və ya ona xitam verilməsi

7.1.    Bu Qaydanın 3.2-ci bəndində nəzərdə tutulan maliyyə dəstəyi aşağıdakı hallarda dayandırılır:
7.1.1. borcalan "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 41.0.1-ci, 41.0.5-ci, 41.0.6-cı, 41.0.7-ci, 41.0.8-ci, 41.0.9-cu, 41.0.10-cu, 42.0.3-cü və ya 42.0.5-ci maddələrində nəzərdə tutulan hallarla  əlaqədar ehtiyata və ya istefaya buraxıldıqda;
7.1.2. ötən ayın annuitet ödənişi 30 (otuz) gün müddətində borcalan tərəfindən ödənilmədikdə.
7.2.    Bu Qaydanın 7.1.1-ci yarımbəndinə əsasən maliyyə dəstəyi dayandırılan borcalan yenidən xidmətə qəbul edilərsə, xidmətə qəbul edildiyi gündən maliyyə dəstəyi göstərilməsi bərpa olunur.
7.3.    Bu Qaydanın 7.1.2-ci yarımbəndinə əsasən maliyyə dəstəyi yalnız həmin ay  üçün dayandırılır.
7.4.    Maliyyə dəstəyinin dayandırılmasından bərpa edilməsinədək keçən müddətdə borcalan tərəfindən ödənilmiş annuitet ödənişləri üzrə ona hesablanan maliyyə dəstəyi üzrə vəsait 10 (on) iş günü müddətində birdəfəlik olaraq onun bu Qaydanın 4.10-cu bəndinə uyğun açılmış bank hesabına köçürülür.
7.5.    Bu Qaydanın 7.1.1-ci yarımbəndində nəzərdə tutulan hallar olmadıqda, borcalan ehtiyata və ya istefaya buraxıldıqdan sonra da annuitet ödənişləri üzrə ona verilən maliyyə dəstəyi davam etdirilir.
7.6.    Borcalan ölərsə və ölüm halı İpoteka kreditinin verilməsi Qaydasında nəzərdə tutulmuş sığorta təminatından kənar qalarsa, borcalanın vərəsəsi annuitet ödənişlərini ödədiyi halda, həmin şəxs bu Qaydaya əsasən borcalan hesab edilir və bu Qaydaya müvafiq olaraq maliyyə dəstəyindən yararlanır. Həmin şəxslə bağlı müvafiq məlumatlar müvəkkil bank tərəfindən elektron sistem vasitəsilə Nazirliyə göndərilir.
7.7.    Güzəştli ipoteka kreditindən istifadə etməklə satınalınan yaşayış sahəsi özgəninkiləşdirildikdə və ya borcalanların güzəştli ipoteka kreditləri üzrə öhdəlikləri tam yerinə yetirildikdə maliyyə dəstəyinə xitam verilir.

8. Yekun müddəa

Maliyyə dəstəyi göstərilməsi üçün bu Qaydaya uyğun tələb olunan sənədlərin və ya məlumatların Nazirlik tərəfindən elektron sistem vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda, onların təqdim edilməsi "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 30.5-ci maddəsinə uyğun olaraq Fond tərəfindən təmin edilir. Həmin sənədlər Fond tərəfindən kağız daşıyıcıda və ya elektron sənəd formasında təqdim edilə bilər.
 

 

"Azərbaycan Respublikası Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyindəki xüsusi təyinatlı təhsil müəssisələrində təhsil almış hərbi qulluqçulara verilən güzəştli ipoteka kreditlərinə dövlət tərəfindən maliyyə dəstəyi göstərilməsi Qaydası"na Əlavə

 

"Elektron ipoteka və kredit zəmanət" sistemində borcalanlar və güzəştli ipoteka kreditləri üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə təqdim olunmalı məlumatlar

 

Sıra

№-si

Borcalanın fərdi identifikasiya nömrəsi

Borcalanın soyadı, adı, atasının adı

İpoteka ilə yüklü edilmiş əmlakın ünvanı

İpoteka ilə yüklü edilmiş əmlakın qiyməti

(manatla)

Güzəştli ipoteka krediti üzrə borcun ümumi məbləği

(manatla)

Güzəştli ipoteka kreditinin ilkin ödənişi üzrə ümumi məbləğ

(manatla)

Güzəştli ipoteka kreditinin ilkin ödənişi üzrə maliyyə dəstəyinin məbləği

(manatla)

Güzəştli ipoteka krediti üzrə borcun qalıq məbləği

(manatla)

Növbəti annuitet ödənişinin məbləği

(manatla)

Ötən ayın ödənilmiş annuitet ödənişinin məbləği

(manatla)

 1.

 

 

 

 

 

 

 

 

 

 

 2.

 

 

 

 

 

 

 

 

 

 

 3.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi"nin təsdiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında

03:14
29 Sentyabr

Sağlamlıq turizminin inkişafında Naftalan neftinin rolunun artırılması ilə bağlı əlavə tədbirlər haqqında

03:13
29 Sentyabr

"Xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı uyğunlaşdırılması Qaydası"nın təsdiq edilməsi haqqında

03:13
29 Sentyabr

Xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı uyğunlaşdırılması QAYDASI

03:12
29 Sentyabr

"Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında

03:11
29 Sentyabr

Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 17 noyabr tarixli 2356 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə

03:10
29 Sentyabr

“Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 979-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 23 aprel tarixli 1142-VIQD nömrəli Qanununun və “Azərbaycan Respublikasının “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 2023-cü il 14 iyul tarixli 979-VIQD nömrəli və “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 979-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında” 2024-cü il 23 aprel tarixli 1142-VIQD nömrəli qanunlarının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 3 iyun tarixli 81 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında

03:08
29 Sentyabr

"Yelo Bank" ASC-nin səhmdarlarının nəzərinə

03:08
29 Sentyabr

IBA Çempionlar Gecəsi: Azərbaycanın daha iki boksçusu qələbə qazanıb  

00:05
29 Sentyabr

Türkiyənin 2100-cü ilə qədər iqlim modeli hazırlanır  

23:15
28 Sentyabr

Şahmat üzrə Vüqar Həşimov Memorialının bağlanış mərasimi keçirilib

21:06
28 Sentyabr

Azərbaycanda daha bir maliyyə piramidası şəbəkəsi ifşa edildi 

20:25
28 Sentyabr

“Eternity-2024” çoxmillətli komanda-qərargah təlimi başa çatıb

20:23
28 Sentyabr

Şuşada keçirilən şahmat üzrə Vüqar Həşimov Memorialının qalibi bəlli olub

19:46
28 Sentyabr

XİN: Peter Stanonun Aİ-nin Ermənistandakı Missiyasının mandatı barədə səsləndirdiyi fikirlər əsassızdır  

19:41
28 Sentyabr

Azərbaycanda torpağın bir kateqoriyadan digərinə keçirilməsi üçün əsaslar müəyyənləşib

19:40
28 Sentyabr

Azərbaycanda torpağın məqsədli təyinatının dəyişdirilməsi üçün əsaslar müəyyənləşib

19:36
28 Sentyabr

Dövlət sərhədini pozmağa cəhd göstərən 22 nəfər saxlanılıb

18:33
28 Sentyabr

Qərbi Azərbaycan İcması Aİ-nin nümayəndəsi Peter Stanonun qeyri-konstruktiv bəyanatını pisləyib

18:30
28 Sentyabr

Dünyanın ən yaxşı 10 qapıçısı - SİYAHI

16:57
28 Sentyabr

"Naxçıvan rəhbərliyindən xahiş edirəm ki, komandanı Naxçıvana qaytarsınlar"

16:52
28 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!