18 Dekabr 2024 03:06
118
Fərmanlar
A- A+
"Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə

"Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə


Azərbaycan Respublikası Prezidentinin Fərmanı


Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

"Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanında (Azərbaycan  Respublikasının  Qanunvericilik  Toplusu,  2019,  № 6, maddə 1050 (Cild I); 2024, № 6 (I kitab), maddə 654) aşağıdakı dəyişikliklər edilsin:

1. Aşağıdakı məzmunda 10-cu hissə əlavə edilsin:

"10. Bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilmiş Qaydanın 3.1-1-ci bəndi 2030-cu il yanvarın 1-dək qüvvədədir.".

2. Həmin Fərmanla təsdiq edilmiş "Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası" üzrə:

2.1. 1-ci hissə üzrə:

2.1.1.  1.2.9-cu yarımbəndə "aparılmasına," sözündən sonra "aqrotexniki xidmətlərdən istifadə edilməsinə," sözləri əlavə edilsin;

2.1.2. aşağıdakı məzmunda 1.2.9-1-ci yarımbənd əlavə edilsin: 

"1.2.9-1. dincə qoyulmuş torpaq subsidiyası - bu Qaydanın 1.2.9-cu yarımbəndinə uyğun olaraq əkin subsidiyasına görə müraciət edilmiş torpaqlarda kənd təsərrüfatı bitkilərinin Şuranın müəyyən etdiyi dövr ərzində ardıcıl olaraq becərilməsindən sonra həmin torpaqların münbitliyinin bərpası və alaq otlarının azaldılması məqsədilə 1 (bir) il müddətinə dincə qoyulan sahəsinin hər hektarına görə verilən subsidiya;";

2.1.3.  1.2.12-ci yarımbəndə "buzova" sözündən sonra "və balağa (camış balasına)" sözləri əlavə edilsin.

2.2. 2-ci hissə üzrə:

2.2.1.  2.4.1-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

"2.4.1. əkin subsidiyasının tətbiqi üçün vahid əkin sahəsi elan edilən yerlərin siyahısının, regionlar üzrə bitkilərin siyahısının və onlara tətbiq edilən əkin əmsallarının, həmçinin "Aqrar sığorta haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq aqrar sığorta predmetinə aid bitkilərdən sığortalanması tələb olunanların (bundan sonra - sığortalanmalı olan bitkilər) siyahısının (bu Qaydanın 2.5-1-ci bəndi nəzərə alınmaqla) və onların əkin sahələrinin minimum ölçüsünə dair tələblərin təsdiqi;";

2.2.2. aşağıdakı məzmunda 2.4.1-1-ci və 2.4.3-1-ci yarımbəndlər əlavə edilsin:

"2.4.1-1. dincə qoyulmuş torpaq subsidiyasının tətbiqi üçün ərazilərin siyahısının, həmin ərazilərin ardıcıl becərilmə dövrlərinin və onlara tətbiq edilən dincə qoyulmuş torpaq əmsallarının təsdiqi;";

"2.4.3-1. bitkiçilik sahəsində subsidiyaların tətbiqi üçün torpağın sahəsi və keyfiyyət parametrləri, çoxillik bitkilərin əkin ili, əkilən toxum və tinglər, aqrotexniki tədbirlərin aparılması, müasir suvarma sistemlərinin tətbiqi nəzərə alınmaqla əmsalların fərqləndirilməsi;";

2.2.3.  2.5-1-ci bənd aşağıdakı redaksiyada verilsin: 

"2.5-1. Bu Qaydanın 2.4.1-ci yarımbəndinə uyğun olaraq Şura tərəfindən əkin subsidiyasının tətbiqi üçün sığortalanmalı olan bitkilərin siyahısı təsdiq edilərkən həmin bitkilərin ixracyönümlü olması və ya ərzaq təhlükəsizliyinin təmin edilməsindəki rolu əsas götürülür.".

2.3. 3-cü hissə üzrə:

2.3.1.  3.1-1-ci bənddə "İstifadəsində olan 10 hektar və daha çox torpaq sahəsində (sahələrində) bu" sözləri "Bu" sözü ilə əvəz olunsun və həmin bəndə "bitkinin" sözündən sonra "minimum ölçüdən az olmayan əkin sahəsində" sözləri əlavə edilsin;

2.3.2. aşağıdakı məzmunda 3.4-1-ci bənd əlavə edilsin:

"3.4-1. Dincə qoyulmuş torpaq subsidiyasının məbləği aşağıdakı qaydada hesablanır:

baza məbləği x dincə qoyulmuş torpaq əmsalı = dincə qoyulmuş torpaq subsidiyası

dincə qoyulmuş torpaq əmsalı - müəyyən ərazilər üzrə dincə qoyulmuş torpaqlar üçün Şuranın müəyyən etdiyi göstərici.";

2.3.3.  3.8.1-ci yarımbəndə "çoxillik əkmələr" sözlərindən sonra ", habelə dincə qoyulmuş torpaqlar" sözləri əlavə edilsin;

2.3.4.  3.12-ci bənd üzrə:

2.3.4.1. birinci cümləyə "çoxillik əkmələr" sözlərindən sonra ", dincə qoyulmuş torpaq subsidiyası ilə bağlı dincə qoyulmuş torpaq sahələri" sözləri əlavə edilsin;

2.3.4.2. ikinci və üçüncü (hər iki halda) cümlələrə ismin müvafiq hallarında "kart hesabı" sözlərindən sonra ismin müvafiq hallarında "(hüquqi şəxsin cari hesabı)" sözləri əlavə edilsin;

2.3.5.  3.13-cü bəndə "aparılması," sözündən sonra "aqrotexniki xidmətlərdən istifadə edilməsi," sözləri əlavə edilsin.

2.4. 4-cü hissə üzrə: 

2.4.1.  4.1-ci bəndə "buzova" sözündən sonra "və balağa (camış balasına)" sözləri əlavə edilsin;

2.4.2.  4.4.4-cü yarımbənddə "iyun" sözü "sentyabr" sözü ilə əvəz edilsin.

2.5. 5-ci hissə üzrə:

2.5.1.  5.1.2-ci yarımbəndə "çoxillik əkmələrin" sözlərindən sonra ", habelə dincə qoyulmuş torpaq sahələrinin" sözləri əlavə edilsin;

2.5.2.  5.1.3-cü yarımbəndə "yerlərdə," sözündən sonra "dincə qoyulmuş torpaq sahələrində," sözləri əlavə edilsin;

2.5.3.  5.2-ci bəndin birinci abzas?na "əkmələrə" sözündən sonra ", habelə dincə qoyulmuş torpaq sahələrinə" sözləri əlavə olunsun və həmin abzasda "subsidiyası" sözü "və dincə qoyulmuş torpaq subsidiyaları" sözləri ilə əvəz edilsin;

2.5.4.  5.4-cü bəndin üçüncü cümləsində "DAİM-in mütəxəssisi" sözləri "Agentliyin və ya DAİM-in digər mütəxəssisləri" sözləri ilə əvəz edilsin.


İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 17 dekabr 2024-cü il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə

03:06
18 Dekabr

"Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası"nda dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 1 sentyabr tarixli 1436 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə

03:05
18 Dekabr

"Cargo Dragon" kosmik gəmisi Florida yaxınlığında suya enib

23:36
17 Dekabr

FİFA Junioru ilin ən yaxşı futbolçusu elan edib  

23:11
17 Dekabr

Yaponiya sahillərində güclü zəlzələ baş verib

23:07
17 Dekabr

AFFA-nın İcraiyyə Komitəsinin iclası keçirilib 

22:51
17 Dekabr

AVRO-2026: Azərbaycan - Isveç - 3:3

22:49
17 Dekabr

Donald Tusk: Dünya Ukraynanın mümkün məğlubiyyəti ilə bağlı spekulyasiya etməməlidir  

22:15
17 Dekabr

A. Lukaşenko yeddinci dəfə prezidentliyə namizədliyini irəli sürür

22:14
17 Dekabr

Milanda açıq havada siqaret çəkmək qadağan olunacaq

22:11
17 Dekabr

Qadın voleybolçular arasında ilin son oyunlarının tarixi müəyyənləşib

22:06
17 Dekabr

Futzal millimiz AVRO-2026-nın əsas mərhələsində İsveçlə görüşəcək

22:04
17 Dekabr

İcma: İrqçi mühakimələr yürüdən dairələr Azərbaycanın daxili işlərinə müdaxilədən əl çəkməlidir  

21:57
17 Dekabr

Kitabxana və muzeylərin fəaliyyəti ilə bağlı qanunvericiliyə dəyişikliklər plenar iclasa tövsiyə olunub  

19:21
17 Dekabr

Ceyhun Bayramov: Azərbaycan AQEM-in transformasiyasına və dayanıqlı inkişafa töhfə verəcək

19:19
17 Dekabr

Polis Akademiyasında təhsil almaq istəyən abituriyentlər üçün müsabiqə elan edilir  

19:17
17 Dekabr

Vyetnam nümayəndə heyəti Ümummilli Lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

18:09
17 Dekabr

Nazir: Asiyada daha təhlükəsiz, dayanıqlı və səmərəli infrastrukturun təşviqi üçün çalışacağıq

17:34
17 Dekabr

Ceyhun Bayramov: Azərbaycan AQEM Sədrliyini sülh, sabitlik və dayanıqlı inkişafa möhkəm sadiqliyinə əsaslanaraq quracaq  

17:33
17 Dekabr

“Qalib ölkənin qalibləri“ mükafatlandırılıb

17:32
17 Dekabr

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

17:30
17 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!