20 Dekabr 2024 01:52
129
Fərmanlar
A- A+
"Gömrük orqanlarında xidmət haqqında" Əsasnamənin təsdiq edilməsi barədə", "Prokurorluq orqanlarında qulluqkeçmə haqqında", "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə", "Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası haqqında" Əsasnamənin təsdiq edilməsi barədə", "Ədliyyə orqanlarında qulluqkeçmə haqqında", "Miqrasiya orqanlarında qulluqkeçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə" və "Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2024-cü il 29 noyabr tarixli 80-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

"Gömrük orqanlarında xidmət haqqında" Əsasnamənin təsdiq edilməsi barədə", "Prokurorluq orqanlarında qulluqkeçmə haqqında", "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə", "Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası haqqında" Əsasnamənin təsdiq edilməsi barədə", "Ədliyyə orqanlarında qulluqkeçmə haqqında", "Miqrasiya orqanlarında qulluqkeçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə" və "Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2024-cü il 29 noyabr tarixli 80-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında


Azərbaycan Respublikası Prezidentinin Fərmanı


Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, "Gömrük orqanlarında xidmət haqqında" Əsasnamənin təsdiq edilməsi barədə", "Prokurorluq orqanlarında qulluqkeçmə haqqında", "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmətkeçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə", "Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası haqqında" Əsasnamənin təsdiq edilməsi barədə", "Ədliyyə orqanlarında qulluqkeçmə haqqında", "Miqrasiya orqanlarında qulluqkeçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə" və "Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2024-cü il 29 noyabr tarixli 80-VIIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Müəyyən edilsin ki:

1.1. Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Gömrük orqanlarında xidmət haqqında Əsasnamə"nin 58-ci maddəsinin birinci və ikinci cümlələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Əsasnamənin 58-ci maddəsinin birinci və ikinci cümlələrində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur;

1.3. "Prokurorluq orqanlarında qulluqkeçmə haqqında" Azərbaycan Respublikası Qanununun 18.9-cu maddəsinin birinci və ikinci cümlələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.4. həmin Qanunun 18.9-cu maddəsinin birinci və ikinci cümlələrində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur;

1.5. Azərbaycan Respublikasının 2001-ci il 29 iyun tarixli 168-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmətkeçmə haqqında Əsasnamə"nin 59-1-ci maddəsinin birinci və ikinci cümlələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.6. "Ədliyyə orqanlarında qulluqkeçmə haqqında" Azərbaycan Respublikası Qanununun 21.13-cü maddəsinin birinci və ikinci cümlələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.7. həmin Qanunun 21.13-cü maddəsinin birinci və ikinci cümlələrində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur; 

1.8. "Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında" Azərbaycan Respublikası Qanununun 21.15-ci maddəsinin birinci və ikinci cümlələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir.

2. "Gömrük orqanlarında xidmət haqqında" Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 dekabr tarixli 243 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 1, maddə 22 (Cild I); 2024, № 6 (I kitab), maddə 677) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

2.1. ikinci abzasda "və 39-cu maddəsində" sözləri 

", 39-cu maddəsində və 58-ci maddəsinin birinci və ikinci cümlələrində" sözləri ilə əvəz edilsin;

2.2. üçüncü-beşinci abzaslar müvafiq olaraq dördüncü-altıncı abzaslar hesab olunsun və aşağıdakı məzmunda üçüncü abzas əlavə edilsin:

"həmin Əsasnamənin 58-ci maddəsinin birinci və ikinci cümlələrində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur;".

3. "Prokurorluq orqanlarında qulluqkeçmə haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 18 iyul tarixli 534 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 7, maddə 471 (Cild I) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

3.1. ikinci abzasa "Qanununun" sözündən sonra "18.9-cu maddəsinin birinci və ikinci cümlələrində və" sözləri əlavə edilsin;

3.2. üçüncü-beşinci abzaslar müvafiq olaraq dördüncü-altıncı abzaslar hesab olunsun və aşağıdakı məzmunda üçüncü abzas əlavə edilsin:

"həmin Qanunun 18.9-cu maddəsinin birinci və ikinci cümlələrində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur;".

4. "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmətkeçmə haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 18 iyul tarixli 535 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, №7, maddə 472 (Cild I) 3-cü hissəsinin birinci abzasına "116-cı" sözlərindən əvvəl "59-1-ci maddəsinin birinci və ikinci cümlələrində," sözləri əlavə edilsin.

5. "Ədliyyə orqanlarında qulluqkeçmə haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 iyul tarixli 430 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 7, maddə 594 (Cild I); 2024, № 5 (I kitab), maddə 523) aşağıdakı dəyişikliklər edilsin:

5.1. 2.1-ci bəndə "23.4-1-ci" sözlərindən əvvəl "21.13-cü maddəsinin birinci və ikinci cümlələrində," sözləri əlavə edilsin;

5.2. aşağıdakı məzmunda 2.1-1-ci bənd əlavə edilsin:

"2.1-1. həmin Qanunun 21.13-cü maddəsinin birinci və ikinci cümlələrində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur;";

5.3. 2.7-ci bənd ləğv edilsin.

6. "Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 13 avqust tarixli 314 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 8, maddə 719 (Cild I) 2.1-ci bəndinə "26.1-ci" sözlərindən əvvəl "21.15-ci maddəsinin birinci və ikinci cümlələrində," sözləri əlavə edilsin.

7. Azərbaycan Respublikasının Nazirlər Kabineti "Gömrük orqanlarında xidmət haqqında" Əsasnamənin təsdiq edilməsi barədə", "Prokurorluq orqanlarında qulluqkeçmə haqqında", "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmətkeçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə", "Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası haqqında" Əsasnamənin təsdiq edilməsi barədə", "Ədliyyə orqanlarında qulluqkeçmə haqqında", "Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə" və "Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2024-cü il 29 noyabr tarixli 80-VIIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.


İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 19 dekabr 2024-cü il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İlk şəffaf ekranlı naqilsiz televizor satışa çıxıb

15:01
20 Dekabr

Məntiqli süni intellekt təqdim edilib

14:55
20 Dekabr

2025-ci ildə Çin tranzit daşımaları üçün Azərbaycana daha əlverişli şərait yaradacaq

14:34
20 Dekabr

Braziliya məktəblərində mobil telefondan istifadə qadağan edilib

14:15
20 Dekabr

“Kitabxana işi haqqında” və “Muzeylər haqqında” qanunlarda mühüm yeniliklər tətbiq edilir  

14:13
20 Dekabr

Baş Prokurorluğa yeni səlahiyyət verilir

14:12
20 Dekabr

Dağlıq ərazilərdə qar yağacaq - Proqnoz

13:41
20 Dekabr

Gürcüstanda etiraz aksiyaları zamanı 171 polis əməkdaşı xəsarət alıb

13:40
20 Dekabr

Yunanıstan Türkiyəyə 1000-dən çox qədim sikkə qaytarıb

13:37
20 Dekabr

İlin əvvəlindən Darien Gap bölgəsində 55 nəfər həlak olub

13:24
20 Dekabr

Aİ Suriyadakı siyasi dəyişikliklərə yanaşmasını formalaşdırıb

13:24
20 Dekabr

Ankara ABŞ-nin “Qazprombank”a qarşı sanksiyalarından zərər çəkməyəcək

13:23
20 Dekabr

WSJ: Cozef Baydenin müşavirləri dörd il ərzində ona “nəzarət ediblər”

13:09
20 Dekabr

Səfir: Çin və Azərbaycan arasında ikitərəfli ticarətin həcmi 3,1 milyard ABŞ dollarına çatıb

12:47
20 Dekabr

Müdafiə naziri Türkiyə nümayəndə heyəti ilə görüşüb

12:25
20 Dekabr

İşğaldan azad olunmuş ərazilərə avtobus reyslərinə yanvar ayı üçün biletlər satışa çıxarılacaq  

11:58
20 Dekabr

Xankəndidə 50 ildən sonra badminton üzrə ölkə çempionatı keçiriləcək - EKSKLÜZİV

11:56
20 Dekabr

Bu ilin 11 ayında 174 min pensiya, müavinət və təqaüd proaktiv qaydada təyin olunub

11:52
20 Dekabr

Şəkidə “Yaşıl dünya naminə həmrəylik” düşərgəsi 

11:45
20 Dekabr

“Sülh quruculuğu təşəbbüsünə dair Beynəlxalq Gənclər Forumu”

11:42
20 Dekabr

IV Azərbaycan karyera inkişaf forumu keçirilib

11:33
20 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!