23 Noyabr 2024 02:10
1746
Qanunlar
A- A+
"Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında", "Konstitusiya Məhkəməsi haqqında" və "Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi haqqında

"Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında", "Konstitusiya Məhkəməsi haqqında" və "Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi haqqında


Azərbaycan Respublikasının Qanunu


Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 5-ci bəndlərini və 95-ci maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının 1996-cı il 17 may tarixli 74-IQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 2, maddə 107 (Cild I) ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi"nə aşağıdakı məzmunda 21-2-ci maddə əlavə edilsin:

"Maddə 21-2. Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının Milli Məclis tərəfindən müəyyən olunan üzvlərinin seçilməsi

Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının Milli Məclis tərəfindən müəyyən olunan üzvləri deputatlar, Azərbaycan Respublikası Hesablama Palatasının üzvləri və Azərbaycan Respublikasının Milli Məclisi Aparatının rəhbərliyi sırasından seçilir.

Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının Milli Məclis tərəfindən müəyyən olunan üzvləri Milli Məclisin sədrinin təqdimatı əsasında Milli Məclisin azı 63 deputatının səs çoxluğu ilə seçilir.

Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının tərkibinə daxil edilməsi üçün irəli sürülən namizədlərin seçilməsi Milli Məclisin qərarı ilə rəsmiləşdirilir.".

Maddə 2. "Konstitusiya Məhkəməsi haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 1, maddə 9 (Cild I) 6.8-ci maddəsinə "keçirilməsi" sözündən sonra ", habelə Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının Konstitusiya Məhkəməsi tərəfindən müəyyən olunan üzvlərinin seçilməsi" sözləri əlavə edilsin.

Maddə 3. Azərbaycan Respublikasının 2005-ci il 3 may tarixli 906-IIQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 6, maddə 470 (Cild I) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında" Əsasnamədə aşağıdakı dəyişikliklər edilsin:

3.1.  3-cü maddə ləğv edilsin;

3.2.  aşağıdakı məzmunda 7.8-1-ci və 7.8-2-ci maddələr əlavə edilsin:

"7.8-1. dövlət orqanlarında və digər qurumlarda aparılan korrupsiya risklərinin qiymətləndirilməsini təhlil edir və nəticələrinə uyğun olaraq tövsiyələr verir;

7.8-2. korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlər və korrupsiya risklərinin qiymətləndirməsinin nəticələri barədə ictimaiyyətə məlumat verir;";

3.3. 9-cu maddə aşağıdakı redaksiyada verilsin: 

"9. Komissiya 15 üzvdən ibarətdir. Komissiyanın 5 üzvü müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən, 5 üzvü Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən, 5 üzvü isə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən müəyyən edilir."; 

3.4. aşağıdakı məzmunda 9-1  9-11-ci maddələr əlavə edilsin: 

"9-1. Komissiya üzvlərinin səlahiyyət müddəti 5 ildir.

9-2. Komissiyanın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən üzvləri hüquq-mühafizə orqanlarının rəhbərləri və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) vəzifəli şəxsləri sırasından təyin edilirlər. 

9-3. Komissiyanın Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən müəyyən olunan üzvləri deputatlar, Azərbaycan Respublikası Hesablama Palatasının üzvləri və Azərbaycan Respublikasının Milli Məclisi Aparatının rəhbərliyi sırasından seçilir.

9-4. Komissiyanın Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən təyin edilən üzvləri məhkəmə, prokurorluq, ədliyyə orqanları və Vəkillər Kollegiyasının nümayəndələrindən ibarətdir.

9-5. Komissiyanın fəaliyyətinə rəhbərliyi və işinin təşkilini Komissiyanın sədri həyata keçirir. Komissiyanın sədri onun tərkibindən Komissiya üzvlərinin sadə səs çoxluğu ilə seçilir.

9-6. Komissiya üzvlərinin səlahiyyətlərinə aşağıdakı hallarda vaxtından əvvəl xitam verilir:

9-6.1. öz arzusu ilə;

9-6.2. tutduğu vəzifədən azad edildikdə;

9-6.3. barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair qanuni qüvvəyə minmiş qərarı olduqda;

9-6.4. Azərbaycan Respublikasının vətəndaşlığına xitam verildikdə, başqa dövlətin vətəndaşlığını qəbul etdikdə və ya başqa dövlət qarşısında öhdəlik götürdükdə;

9-6.5. Komissiyanın nüfuzuna xələl gətirə biləcək hərəkətlərə yol verdikdə;

9-6.6. fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyəti məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təsdiq edildikdə;

9-6.7. vəfat etdikdə, yaxud məhkəmə tərəfindən ölmüş və ya xəbərsiz itkin düşmüş elan edildikdə.

9-7. Komissiya üzvü Komissiyadakı vəzifələrinin icrası ilə maraqları arasında ziddiyyət yarana biləcəyi hallarda həmin maraqlar barəsində Komissiyanın sədrinə məlumat verməli və Komissiya üzvlərinin rəyi öyrənilməlidir. Komissiyanın üzvü Komissiya sədrinin və Komissiyanın digər üzvlərinin rəyinə uyğun olaraq, onun marağının yarandığı məsələ ilə bağlı çıxış etməməli və səsvermədə iştirak etməməlidir. 

9-8. Komissiya ictimai (ödənişsiz) əsaslarla fəaliyyət göstərir. 

9-9. Komissiya korrupsiyaya qarşı mübarizə sahəsində hüquqi bazanın təkmilləşdirilməsi üzrə işin təşkili və birgə tədbirlərin həyata keçirilməsi, sahə üzrə tədqiqat, təhlil materiallarının hazırlanması, dövlət proqramlarının monitorinqi və qiymətləndirilməsi, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində müvafiq tədbirlərin yerinə yetirilməsi, habelə maarifləndirmənin həyata keçirilməsi üçün dövlət orqanlarının (qurumlarının) müvafiq sahə üzrə nümayəndələrindən ibarət işçi qruplar yarada bilər.

9-10. İşçi qrupların tərkibinə müvafiq sahələr üzrə qeyri-hökumət təşkilatları, media subyektləri və özəl sektorun nümayəndələri, müstəqil ekspertlər daxil edilə bilər.

9-11. İşçi qrupların hazırladığı sənədlər Komissiyanın iclaslarında müzakirəyə çıxarıla və müvafiq qərarlar qəbul edilə bilər.";

3.5. 10-cu maddənin ikinci cümləsində ", lakin üç ayda bir dəfədən az olmayaraq" sözləri "bu Əsasnamənin 13-cü maddəsində nəzərdə tutulmuş Reqlamentlə müəyyən edilmiş qaydada" sözləri ilə əvəz edilsin.

Maddə 4. Keçid müddəa

Bu Qanun qüvvəyə minənədək təyin edilmiş Komissiya üzvlərinin Azərbaycan Respublikasının 2005-ci il 3 may tarixli 906-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamə"nin 9-1-ci maddəsi ilə müəyyən edilən səlahiyyət müddəti bu Qanun qüvvəyə mindiyi gündən hesablanır.


İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 22 oktyabr 2024-cü il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Goran Təlim Mərkəzində yararsız döyüş sursatları məhv ediləcək

11:54
17 Yanvar

“Türkiye” qəzeti: Ermənistan tez və ya gec Prezident İlham Əliyevin bütün tələblərini yerinə yetirəcək

11:41
17 Yanvar

“YAŞAT” Fondu şəhid Cavidan Ağayevin anasının əməliyyat xərclərini ödəyib

11:17
17 Yanvar

Ötən gün 34 kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb  

11:15
17 Yanvar

MSK bələdiyyə seçkiləri ilə əlaqədar aşağı seçki komissiyaları üçün treninqlərə başlayıb  

10:56
17 Yanvar

Çində əhalinin sayında azalma ardıcıl üçüncü ildir davam edir  

10:53
17 Yanvar

Ötən il TƏBİB-in Çağrı Mərkəzinə 100 mindən çox zəng daxil olub

10:48
17 Yanvar

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycana səfərə gəlib

10:42
17 Yanvar

“Azeri Light” markalı neft ucuzlaşıb

10:24
17 Yanvar

DİN: Ötən gün 71 cinayətin üstünün açılması təmin olunub

10:22
17 Yanvar

Roma Papası yıxılaraq qolundan zədələnib

10:06
17 Yanvar

Ruben Vardanyanın məhkəməsi başlayır

09:41
17 Yanvar

Azərbaycanda hərbi cinayətlərdə ittiham olunan ermənilərin məhkəməsi başlayır

09:35
17 Yanvar

Türkiyə XİN: ABŞ-ın Cənubi Kiprlə bağlı qərarını qınayırıq

09:31
17 Yanvar

Xankəndidə 20 Yanvar faciəsi qurbanları anılıb

09:19
17 Yanvar

Mifopoetik ənənələrdə çillələr

09:15
17 Yanvar

Paytaxtda müasir nəqliyyat sisteminin qurulması davam edir

09:10
17 Yanvar

Bakı Limanı Xəzər regionunda əsas logistika qovşağı kimi fəaliyyətini genişləndirib

09:05
17 Yanvar

Cəbrayıl daha 153 sakinini qarşıladı

09:00
17 Yanvar

Qanlı Yanvardan bütöv Azərbaycana uzanan azadlıq yolu

08:55
17 Yanvar

Paşinyan hakimiyyətini çətin günlər gözləyir

08:50
17 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!