20 Dekabr 2024 01:54
999
Qanunlar
A- A+
"Gömrük orqanlarında xidmət haqqında" Əsasnamənin təsdiq edilməsi barədə", "Prokurorluq orqanlarında qulluqkeçmə haqqında", "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmətkeçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə", "Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası haqqında" Əsasnamənin təsdiq edilməsi barədə", "Ədliyyə orqanlarında qulluqkeçmə haqqında", "Miqrasiya orqanlarında qulluqkeçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə" və "Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

"Gömrük orqanlarında xidmət haqqında" Əsasnamənin təsdiq edilməsi barədə", "Prokurorluq orqanlarında qulluqkeçmə haqqında", "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmətkeçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə", "Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası haqqında" Əsasnamənin təsdiq edilməsi barədə", "Ədliyyə orqanlarında qulluqkeçmə haqqında", "Miqrasiya orqanlarında qulluqkeçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə" və "Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə


Azərbaycan Respublikasının Qanunu


Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 19-cu bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-IQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 1, maddə 12 (Cild I); 2024, № 6 (I kitab), maddə 636, № 8, maddə 934) ilə təsdiq edilmiş "Gömrük orqanlarında xidmət haqqında Əsasnamə"də aşağıdakı dəyişikliklər edilsin:

1.1. 17-ci maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

"Sınaq müddəti müəyyən edilmiş şəxslər müvafiq vəzifəyə xüsusi rütbə verilmədən təyin olunur və onlar həmin müddət ərzində yalnız vəzifə maaşı alırlar.";

1.2. 20-ci maddənin birinci hissəsinə "müəyyən edilmir" sözlərindən sonra "və həmin şəxslər müvafiq vəzifəyə təyin olunmaqla, gömrük orqanlarında daimi qulluğa qəbul edilirlər" sözləri əlavə edilsin;

1.3. 32-ci maddənin ikinci hissəsi aşağıdakı redaksiyada verilsin:

"Gömrük orqanlarının sərəncamında olan, yaxud intizam tənbehi verilmiş, həmçinin barələrində cinayət işi başlanmış və ya xidməti intizamın pozulması ilə əlaqədar xidməti araşdırma aparılan işçilər vəzifəyə təyin olunana, intizam tənbehi götürülənə, ibtidai istintaqda cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilənə və ya məhkəmənin hökmü ilə bəraət alanadək, yaxud xidməti araşdırma qurtaranadək növbəti xüsusi rütbələrə təqdim edilmirlər.";

1.4. aşağıdakı məzmunda 33-1-ci maddə əlavə edilsin:

"33-1. Gömrük orqanlarının sərəncamında olan (intizam tənbehi qaydasında vəzifədən azad edilərək sərəncamda olan işçilər istisna olmaqla), həmçinin barəsində cinayət işi başlanmış və ya xidməti intizamın pozulması ilə əlaqədar xidməti araşdırma aparılan işçi vəzifəyə təyin olunduqda, ibtidai istintaqda cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verildikdə və ya məhkəmənin hökmü ilə bəraət aldıqda, yaxud xidməti araşdırma nəticəsində müsbət rəy aldıqda onun növbəti xüsusi rütbə alması üçün xidmət müddəti əvvəlki xüsusi rütbədə xidmət müddətinin bitdiyi vaxtdan başlanaraq hesablanır.";

1.5. 58-ci maddə aşağıdakı redaksiyada verilsin:

"58. Gömrük orqanlarında xidmət keçən və ya əvvəllər xidmət keçmiş şəxslər dövlət qulluğuna və ya digər dövlət orqanlarında dövlət qulluğunun xüsusi növünə işə qəbul edilərkən, onların gömrük orqanlarındakı xidmət illəri həmin orqanlarda qulluq (xidmət) illərinə daxil edilir və həmin şəxslərə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı olaraq uyğunlaşdırılması qaydasına əsasən müvafiq ixtisas dərəcəsi, xüsusi, hərbi və ya diplomatik rütbə verilir. Dövlət qulluğunda və ya digər dövlət orqanlarında dövlət qulluğunun xüsusi növündə işləyən və ya əvvəllər işləmiş şəxslər gömrük orqanlarına xidmətə qəbul edildikdə, onların qulluq (xidmət) illəri gömrük orqanlarında xidmət illərinə daxil edilir və həmin şəxslərə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı olaraq uyğunlaşdırılması qaydasına və bu Əsasnaməyə əsasən müvafiq xüsusi rütbə verilir.".

Maddə 2. "Prokurorluq orqanlarında qulluqkeçmə haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 7, maddə 452 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:

2.1. aşağıdakı məzmunda 5.4-2-ci maddə əlavə edilsin:

"5.4-2. Prokurorluğa qulluğa qəbul zamanı elmlər doktoru elmi dərəcəsi olan şəxslər üçün stajorluq və sınaq müddəti müəyyən edilmir və həmin şəxslər müvafiq vəzifəyə təyin olunmaqla, prokurorluq orqanlarında daimi qulluğa qəbul edilirlər.";

2.2. 18.9-cu maddə aşağıdakı redaksiyada verilsin:

"18.9. Prokurorluq orqanlarında qulluq keçən və ya əvvəllər qulluq keçmiş şəxslər dövlət qulluğuna və ya digər dövlət orqanlarında dövlət qulluğunun xüsusi növünə qulluğa (xidmətə) qəbul edilərkən, onların prokurorluq orqanlarındakı qulluq illəri həmin orqanlarda qulluq (xidmət) illərinə daxil edilir və həmin şəxslərə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı olaraq uyğunlaşdırılması qaydasına əsasən müvafiq ixtisas dərəcəsi, xüsusi, hərbi və ya diplomatik rütbə verilir. Dövlət qulluğunda və ya digər dövlət orqanlarında dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) keçən və ya əvvəllər qulluq (xidmət) keçmiş şəxslər prokurorluq orqanlarına qulluğa qəbul edildikdə, onların qulluq (xidmət) illəri prokurorluq orqanlarında qulluq illərinə daxil edilir və həmin şəxslərə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı olaraq uyğunlaşdırılması qaydasına və bu Qanuna əsasən müvafiq rütbə verilir.";

2.3. 32.5-ci maddə ləğv edilsin.

Maddə 3. Azərbaycan Respublikasının 2001-ci il 29 iyun tarixli 168-IIQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 7, maddə 453 (Cild I); 2024, № 8, maddə 934) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmətkeçmə haqqında Əsasnamə"də aşağıdakı dəyişikliklər edilsin:

3.1. 26-cı maddəyə "müəyyən edilmir" sözlərindən sonra "və həmin şəxslər daxili işlər orqanlarında daimi xidmətə qəbul edilirlər" sözləri əlavə edilsin;

3.2. 40-cı maddənin birinci cümləsinə "əlaqədar" sözündən sonra "və ya attestasiyanın nəticələrinə görə" sözləri əlavə edilsin;

3.3. 59-1-ci maddə aşağıdakı redaksiyada verilsin:

"59-1. Daxili işlər orqanlarında xidmət keçən və ya əvvəllər xidmət keçmiş şəxslər dövlət qulluğuna və ya digər dövlət orqanlarında dövlət qulluğunun xüsusi növünə qulluğa (xidmətə) qəbul edilərkən, onların daxili işlər orqanlarındakı xidmət illəri həmin orqanlarda qulluq (xidmət) illərinə daxil edilir və həmin şəxslərə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı olaraq uyğunlaşdırılması qaydasına əsasən müvafiq ixtisas dərəcəsi, xüsusi, hərbi və ya diplomatik rütbə verilir. Dövlət qulluğunda və ya digər dövlət orqanlarında dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) keçən və ya əvvəllər qulluq (xidmət) keçmiş şəxslər daxili işlər orqanlarına xidmətə qəbul edildikdə, onların qulluq (xidmət) illəri daxili işlər orqanlarında xidmət illərinə daxil edilir və həmin şəxslərə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı olaraq uyğunlaşdırılması qaydasına və bu Əsasnaməyə əsasən müvafiq xüsusi rütbə verilir.";

3.4. aşağıdakı məzmunda 71-1-ci maddə əlavə edilsin:

"71-1. Daxili işlər orqanlarının sərəncamında olan, həmçinin barəsində cinayət işi başlanmış və ya xidməti yoxlama keçirilən əməkdaş vəzifəyə təyin olunduqda, ibtidai istintaqda cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verildikdə və ya məhkəmənin hökmü ilə bəraət aldıqda, yaxud xidməti yoxlama nəticəsində müsbət rəy aldıqda onun növbəti xüsusi rütbə alması üçün xidmət müddəti əvvəlki xüsusi rütbədə xidmət müddətinin bitdiyi vaxtdan başlanaraq hesablanır.";

3.5. 135-ci maddənin birinci hissəsinin 6-cı bəndində "4" rəqəmi "6" rəqəmi ilə əvəz edilsin.

Maddə 4. Azərbaycan Respublikasının 2002-ci il 29 mart tarixli 283-IIQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 5, maddə 217 (Cild I); 2024, № 7 maddə 749) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası haqqında Əsasnamə"nin 3.1.7-ci maddəsində "və diplomatik rütbələrin ixtisas dərəcələri ilə" sözləri ", diplomatik rütbələrin və ixtisas dərəcələrinin" sözləri ilə əvəz edilsin. 

Maddə 5. "Ədliyyə orqanlarında qulluqkeçmə haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, 

№ 7, maddə 586 (Cild I); 2024, № 5 (I kitab) maddə 502) aşağıdakı dəyişikliklər edilsin:

5.1. 4.1-ci maddədə "milliyyətindən" sözü "etnik mənsubiyyətindən" sözləri ilə əvəz edilsin;

5.2. 6.5-ci maddədə "üçün habelə qanunvericiliklə nəzərdə tutulmuş digər hallarda" sözləri ", dövlət notariusu vəzifəsinə təyin olunan, habelə dövlət qulluğunun xüsusi növünə aid dövlət orqanlarında xüsusi, hərbi və diplomatik rütbə nəzərdə tutulan vəzifələrdə daimi qulluğa (xidmətə) qəbul edilməklə xidmət (qulluq) keçən və ya əvvəllər xidmət (qulluq) keçmiş şəxslər üçün" sözləri ilə əvəz edilsin və həmin maddəyə "müəyyən edilmir" sözlərindən sonra "və həmin şəxslər müvafiq vəzifəyə təyin olunmaqla, ədliyyə orqanlarında daimi qulluğa qəbul edilirlər" sözləri əlavə edilsin;

5.3. 12.2-ci maddəyə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:

"Növbəli işdə - gündüz, axşam və gecə növbələri üçün eyni müddətli iş vaxtı müəyyən edilir.";

5.4. 18.5-ci və 20.3-cü maddələr ləğv edilsin; 

5.5. 21.13-cü maddə aşağıdakı redaksiyada verilsin:

"21.13. Ədliyyə orqanlarında qulluq keçən və ya əvvəllər qulluq keçmiş şəxslər dövlət qulluğuna və ya digər dövlət orqanlarında dövlət qulluğunun xüsusi növünə qulluğa (xidmətə) qəbul edilərkən, onların ədliyyə orqanlarındakı qulluq illəri həmin orqanlarda qulluq (xidmət) illərinə daxil edilir və həmin şəxslərə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı olaraq uyğunlaşdırılması qaydasına əsasən müvafiq ixtisas dərəcəsi, xüsusi, hərbi və ya diplomatik rütbə verilir. Dövlət qulluğunda və ya digər dövlət orqanlarında dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) keçən və ya əvvəllər qulluq (xidmət) keçmiş şəxslər ədliyyə orqanlarına qulluğa qəbul edildikdə onların qulluq (xidmət) illəri ədliyyə orqanlarında qulluq illərinə daxil edilir və həmin şəxslərə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı olaraq uyğunlaşdırılması qaydasına və bu Qanuna əsasən müvafiq xüsusi rütbə verilir.";

5.6. aşağıdakı məzmunda 21.23-1-ci maddə əlavə edilsin:

"21.23-1. Ədliyyə orqanlarının sərəncamında olan (intizam tənbehi qaydasında vəzifədən azad edilərək sərəncamda olan işçilər istisna olmaqla), həmçinin barəsində cinayət işi başlanmış və ya xidməti yoxlama keçirilən işçi vəzifəyə təyin olunduqda, ibtidai istintaqda cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verildikdə və ya məhkəmənin hökmü ilə bəraət aldıqda, yaxud xidməti yoxlama nəticəsində müsbət rəy aldıqda onun növbəti xüsusi rütbə alması üçün qulluq müddəti əvvəlki xüsusi rütbədə qulluq müddətinin bitdiyi vaxtdan başlanaraq hesablanır.";

5.7. 23.9-cu maddə aşağıdakı redaksiyada verilsin:

"23.9. Bu Qanunun 23.5-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, bu Qanunun 40.1.4-cü, 40.1.5-ci, 40.1.7-ci və ya 40.1.10-cu maddələrinə əsasən, yaxud pensiyaya çıxması ilə bağlı öz arzusu ilə işdən çıxma barədə yazılı ərizə verdiyinə görə ədliyyə orqanlarında qulluq keçməsinə xitam verilmiş ədliyyə orqanı işçisinə vəzifə maaşının 6 misli məbləğində birdəfəlik müavinət verilir.";

5.8. 36.8-ci maddənin üçüncü cümləsində və 40.1.5-ci maddədə "dörd" sözü "altı" sözü ilə əvəz edilsin;

5.9. aşağıdakı məzmunda 40.1.2-1-ci maddə əlavə edilsin:

"40.1.2-1. stajorluq və ya sınaq müddətini müvəffəqiyyətlə keçə bilmədikdə;".

Maddə 6. Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 12, maddə 972 (Cild I) ilə təsdiq edilmiş "Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə"nin 21-ci maddəsində "üçün, habelə qanunvericiliklə nəzərdə tutulmuş digər hallarda" sözləri ", dövlət qulluğunun xüsusi növünə aid dövlət orqanlarında xüsusi, hərbi və diplomatik rütbə nəzərdə tutulan vəzifələrdə daimi qulluğa (xidmətə) qəbul edilməklə xidmət (qulluq) keçən və ya əvvəllər xidmət (qulluq) keçmiş şəxslər üçün" sözləri ilə əvəz edilsin.

Maddə 7. "Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 8, maddə 714 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:

7.1. 4.1-ci maddədə "milliyyətindən" sözü "etnik mənsubiyyətindən" sözləri ilə əvəz edilsin;

7.2. 6.3-cü maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

"Sınaq müddətini müvəffəqiyyətlə keçməmiş işçinin qulluq keçməsinə bu Qanuna uyğun olaraq xitam verilir.";

7.3. 6.5-ci maddədə "üçün, habelə qanunvericiliklə nəzərdə tutulmuş digər hallarda" sözləri ", dövlət qulluğunun xüsusi növünə aid dövlət orqanlarında xüsusi, hərbi və diplomatik rütbə nəzərdə tutulan vəzifələrdə daimi qulluğa (xidmətə) qəbul edilməklə xidmət (qulluq) keçən və ya əvvəllər xidmət (qulluq) keçmiş şəxslər üçün" sözləri ilə əvəz edilsin və həmin maddəyə "müəyyən edilmir" sözlərindən sonra "və həmin şəxslər müvafiq vəzifəyə təyin olunmaqla, fövqəladə hallar orqanlarında daimi qulluğa qəbul edilirlər" sözləri əlavə edilsin;

7.4. 12.2-ci maddəyə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:

"Növbəli işdə - gündüz, axşam və gecə növbələri üçün eyni müddətli iş vaxtı müəyyən edilir.";

7.5. 13.9-cu maddənin ikinci hissəsinin ikinci cümləsində və 33.1.5-ci maddədə "dörd" sözü "altı" sözü ilə əvəz edilsin;

7.6. 19.1-ci maddə üzrə:

7.6.1. birinci cümlə çıxarılsın;

7.6.2. ikinci cümlədən "Həmin orqanlardan və" sözləri çıxarılsın və həmin cümlədə "xüsusi (hərbi)" sözləri "hərbi" sözü ilə əvəz edilsin;

7.7. 20.2-ci maddə ləğv edilsin;

7.8. 21.15-ci maddə aşağıdakı redaksiyada verilsin:

"21.15. Fövqəladə hallar orqanlarında xidmət keçən və ya əvvəllər xidmət keçmiş şəxslər dövlət qulluğuna və ya digər dövlət orqanlarında dövlət qulluğunun xüsusi növünə qulluğa (xidmətə) qəbul edilərkən, onların fövqəladə hallar orqanlarındakı xidmət illəri həmin orqanlarda qulluq (xidmət) illərinə daxil edilir və həmin şəxslərə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı olaraq uyğunlaşdırılması qaydasına əsasən müvafiq ixtisas dərəcəsi, xüsusi, hərbi və ya diplomatik rütbə verilir. Dövlət qulluğunda və ya digər dövlət orqanlarında dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) keçən və ya əvvəllər qulluq (xidmət) keçmiş şəxslər fövqəladə hallar orqanlarına qulluğa qəbul edildikdə, onların qulluq (xidmət) illəri fövqəladə hallar orqanlarında xidmət illərinə daxil edilir və həmin şəxslərə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı olaraq uyğunlaşdırılması qaydasına və bu Qanuna əsasən müvafiq xüsusi rütbə verilir.";

7.9. aşağıdakı məzmunda 21.25-1-ci və 33.1.2-1-ci maddələr əlavə edilsin:

"21.25-1. Fövqəladə hallar orqanlarının sərəncamında olan (intizam tənbehi qaydasında vəzifədən azad edilərək sərəncamda olan işçilər istisna olmaqla), həmçinin barəsində cinayət işi başlanmış və ya xidməti yoxlama keçirilən işçi vəzifəyə təyin olunduqda, ibtidai istintaqda cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verildikdə və ya məhkəmənin hökmü ilə bəraət aldıqda, yaxud xidməti yoxlama nəticəsində müsbət rəy aldıqda onun növbəti xüsusi rütbə alması üçün xidmət müddəti əvvəlki xüsusi rütbədə xidmət müddətinin bitdiyi vaxtdan başlanaraq hesablanır.";

"33.1.2-1. sınaq müddətini müvəffəqiyyətlə keçə bilmədikdə;".


İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 29 noyabr 2024-cü il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Türkiyə və Rusiyanın XİN başçıları Suriyadakı son vəziyyəti müzakirə ediblər

20:48
23 Yanvar

AQTA sədri sahibkarların müraciətlərini dinləyib

20:46
23 Yanvar

Polis Abşeronda əməliyyat keçirib: axtarışda olan 11 nəfər saxlanılıb

20:45
23 Yanvar

Türkiyədə yanğınla bağlı son məlumat açıqlanıb

20:44
23 Yanvar

Parlamentin Elm və təhsil komitəsinin cari ilin yaz sessiyası üçün iş planı təsdiqlənib

20:43
23 Yanvar

Azərbaycan 56-cı Qahirə Beynəlxalq Kitab Sərgisində təmsil olunur

20:41
23 Yanvar

İslamabadda Azərbaycan və Pakistan arasında Birgə Komissiyanın 8-ci sessiyası işə başlayıb

20:04
23 Yanvar

Hərbi geyim formasının qanunla nəzərdə tutulmamış hallarda daşınmasına görə cərimələr artırılır

20:00
23 Yanvar

Qaradağ seçki dairəsi üzrə növbəti treninqlər təşkil olunub

18:01
23 Yanvar

Cahit Bağçı: Səfir kimi Azərbaycandakı fəaliyyətimi hər zaman qürurla xatırlayacağam  

18:00
23 Yanvar

Qərbi Azərbaycan İcması Ermənistan hökumətinin irqçi siyasətini sərt şəkildə qınayıb  

17:59
23 Yanvar

Qanunvericiliyə hərbi geyim formasını daşımaq hüququ ilə bağlı dəyişiklik edilir

17:58
23 Yanvar

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanuna dəyişiklik ediləcək  

17:57
23 Yanvar

Mixail Qusmanın “Hakimiyyət formulu” müsahibələr toplusunun beşinci cildi çapdan çıxıb

17:54
23 Yanvar

Xarici ölkələrdə yaşayan Qərbi azərbaycanlılarla bağlı yeni layihələrə start verilib

17:53
23 Yanvar

Azərbaycan idmançılarının Paris Olimpiadasında qazandığı medallarla bağlı Beynəlxalq Olimpiya Komitəsinə müraciət edilib  

17:52
23 Yanvar

Türkiyə eksperti: Qərbin Cənubi Qafqazda sabitliyə töhfə verməyə hazır olduğuna dair vədləri səmimi deyil  

17:52
23 Yanvar

Gürcüstan hökuməti növbəti iki il üçün iqtisadi islahatlar proqramını Avropa Komissiyasına təqdim edib  

17:50
23 Yanvar

Çadlı tələbə: Azərbaycanın təhsil sistemində müstəqil tədqiqatlara daha çox önəm verilir 

17:49
23 Yanvar

Yeniyetmə taekvondoçularımızın təlim-məşq toplanışı başlayıb

17:47
23 Yanvar

Azərbaycanın və Pakistanın Quru Qoşunları arasında Qərargah danışıqlarının keçirilməsinə dair Təlimat imzalanıb  

17:33
23 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!