20 Yanvar 2025 20:56
167
CƏMİYYƏT
A- A+
Azərbaycan Ordusunda 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilib 

Azərbaycan Ordusunda 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilib 


Müdafiə nazirinin təsdiq etdiyi plana əsasən, 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar Azərbaycan Ordusunda şəxsi heyətin maarifləndirilməsi və vətənpərvərlik nümunələrinin təbliğ edilməsi istiqamətində silsilə tədbirlər keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, yanvarın 20-də saat 12:00-da faciənin 35-ci ildönümü ilə əlaqədar Azərbaycan Ordusunun bütün qoşun növləri, Əlahiddə Ümumqoşun Ordu, hərbi birlik və birləşmələr, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrində şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirlər çərçivəsində hərbi qulluqçular Şəhidlər xiyabanlarını ziyarət edib, hərbi hissə, müəssisə və təşkilatlarda 20 Yanvar faciəsinə həsr olunmuş sənədli filmlər, videoçarxlar və kitab sərgiləri nümayiş etdirilib.

Mərasimlərdə xalqımıza qarşı məqsədli şəkildə törədilmiş 20 Yanvar faciəsinin tarixi əhəmiyyətindən danışılıb, Ümummilli Lider Heydər Əliyev və Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin baş vermiş hadisələr barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində həyata keçirdiyi siyasətin uğurları barədə ətraflı məlumat verilib.

Çıxış edənlər həmin tarixi dövrdə milli azadlıq uğrunda mübarizəyə qalxmış oğul və qızlarımızın fədakarlığı, xalqımızın qəhrəmanlığı barədə xatirələrini tədbir iştirakçıları ilə bölüşüblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Zelenskidən Trampa təbrik mesajı: Ukraynalılar həqiqi sülhə nail olmaq üçün amerikalılarla birlikdə işləməyə hazırdırlar  

00:34
21 Yanvar

Tramp qısa müddətdə Meksika körfəzinin adını Amerika körfəzi olaraq dəyişdirəcəyini açıqlayıb

00:17
21 Yanvar

Tramp: Amerikanın qızıl dövrü başlayır

23:03
20 Yanvar

Donald Tramp ABŞ-ın yeni prezidenti qismində and içib

22:58
20 Yanvar

Prezident İlham Əliyev Davosda “OliverWyman Group” şirkətinin Baş icraçı direktoru ilə görüşüb

22:03
20 Yanvar

Prezident İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə verib YENİLƏNƏCƏK

21:08
20 Yanvar

Bayden və Tramp andiçmədən əvvəl Ağ evdə görüşüblər

21:06
20 Yanvar

Qazaxıstan nəşri 20 Yanvar faciəsindən yazıb

21:05
20 Yanvar

Azərbaycan könüllüləri Şəhidlər xiyabanını ziyarət ediblər

21:03
20 Yanvar

İtaliya saytı 20 Yanvar faciəsindən yazıb

20:59
20 Yanvar

Putin Trampı təbrik edib

20:58
20 Yanvar

Varşavada 20 Yanvar faciəsinin ildönümü qeyd olunub

20:57
20 Yanvar

Azərbaycan Ordusunda 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilib 

20:56
20 Yanvar

İtaliya mediası 20 Yanvar faciəsindən yazır

20:55
20 Yanvar

20 Yanvar faciəsinə həsr olunmuş silsilə tədbirlər keçirilib  

20:53
20 Yanvar

ANAMA nümayəndələri Şəhidlər xiyabanını ziyarət ediblər

20:51
20 Yanvar

Qərbi Azərbaycan İcmasının kollektivi 20 Yanvar şəhidlərinin xatirəsini yad edib  

20:50
20 Yanvar

İtaliyalı senator 20 Yanvar faciəsi ilə bağlı paylaşım edib

20:49
20 Yanvar

Fərid Səfərli Azərbaycana qaytarılıb

20:48
20 Yanvar

Latın Amerikası mətbuatı 20 Yanvar faciəsindən yazıb

20:47
20 Yanvar

“Adjara.PS” portalında “1990-cı il 20 Yanvar faciəsi öyrənilməli və olduğu kimi gələcək nəsillərə çatdırılmalıdır” adlı məqalə dərc olunub

20:41
20 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!