20 Yanvar 2025 20:53
594
CƏMİYYƏT
A- A+
20 Yanvar faciəsinə həsr olunmuş silsilə tədbirlər keçirilib  

20 Yanvar faciəsinə həsr olunmuş silsilə tədbirlər keçirilib  


20 Yanvar faciəsinin 35-ci ildönümündə “Böyük Qayıdış” Gənclər Təşkilatının İdarə Heyətinin üzvlərinin, Vətən müharibəsi qazilərinin, Qayıdış Könüllülərinin və üzv gənclərin iştirakı ilə Şəhidlər xiyabanı ziyarət olunub.

Təşkilatdan AZƏRTAC-a verilən məlumata görə, ölkəmizin suverenliyi və müstəqilliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla və qürurla yad edilib, qəhrəman Vətən övladlarının xatirəsinə ucaldılmış “Əbədi məşəl” abidəsinin önünə və şəhid məzarlarına gül dəstələri qoyulub.

Faciənin 35-ci ildönümü ilə əlaqədar Milli Azərbaycan Tarixi Muzeyində "20 Yanvar – Qəhrəmanlıq salnaməsi" adlı anım tədbiri keçirilib. Tədbirdə Milli Azərbaycan Tarixi Muzeyinin elmi katibi, tarix üzrə fəlsəfə doktoru, dosent Sevinc Nəsirova, Gənclər Fondunun şöbə müdiri Pərviz Mirələmli, “Böyük Qayıdış” Gənclər Təşkilatının sədri Nail Şükürov, 1990-cı ilin Qanlı Yanvar hadisələrini əks etdirən fotoçəkilişlərin müəlliflərindən biri olan fotomüxbir Rasim Sadıxov və Vətən müharibəsi qazisi Həsən Yaqubov çıxış edərək həmin gecə baş verənlər, həmçinin həmin dövrdə Azərbaycanda ictimai-siyasi vəziyyət, milli azadlıq hərəkatı və xalqımızın mübarizlik ruhu haqqında gənclərə ətraflı məlumat veriblər. Tədbirin yekununda gənclər muzeyin 20 Yanvar faciəsinə və Vətən müharibəsinə aid kolleksiyalarından ibarət bölmələri ilə tanış olublar.

Bundan başqa, "20 Yanvar: Xatirələrdən gələcəyə" adlı panel müzakirəsi keçirilib. “Böyük Qayıdış” Gənclər Təşkilatının İdarə Heyətinin üzvü, Aprel döyüşləri qazisi Əhliyət Mehdiyevin moderatorluğu ilə keçirilən tədbirdə 20 Yanvar faciəsinin canlı şahidləri olan Cavid Abdullayev, Tahir Fətullayev və Asif İbrahimov çıxış edərək öz xatirələrini gənclərlə bölüşüb, sualları cavablandırıblar.

Silsilə tədbirlər çərçivəsində "20 Yanvar – danışan talelər" adlı növbəti tədbir Gənclər Təşkilatlarının Resurs Mərkəzində təşkil olunub. Tədbirdə faciə şahidləri “Azərbaycan Bayrağı” ordenli polkovnik Hikmət Ağayev, Qarabağ qazisi Valeh Hüseynov və İmran İsgəndərzədə çıxış ediblər. Daha sonra “20 Yanvarda doğulanlar” filmi nümayiş olunub.

Qeyd edək ki, tədbirlər proqramı Gənclər Fondunun dəstəyi, Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) tərəfdaşlığı ilə həyata keçirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xocavəndin Xanoba kəndinə ilk köç yola salınıb

11:52
14 Mart

Bakı Qlobal Forumu: “Mənzil məsələləri üzrə qlobal əməkdaşlıq: WUF13 üçün perspektivlər” - YENİLƏNİB  

11:51
14 Mart

Komitə sədri: Şəhərləşmə və mənzil problemləri qlobal dinamika ilə sıx bağlıdır  

11:49
14 Mart

Misli Premyer Liqasında XXIV tura iki oyunla start verilib

11:18
14 Mart

BMT-nin Baş Assambleyasının 73-cü Sessiyasının prezidenti: Əminəm ki, WUF13 böyük uğurla keçiriləcək  

11:11
14 Mart

“Qərbi Azərbaycan geosiyasi faktor kimi: ideyanın intibahı” kitabının təqdimatı olub  

11:07
14 Mart

Baş prokuror tələbələrə rəqəmsallaşma şəraitində sübut anlayışının transformasiyasından danışıb  

10:48
14 Mart

Bakıda keçirilən NATO-nun kursunda müxtəlif nəzəri və praktiki çalışmalar icra olunub  

10:36
14 Mart

Anar Quliyev: WUF13 mənzil və şəhərsalma məsələlərinin qlobal müzakirəsinə yeni imkanlar yaradacaq

10:28
14 Mart

Bakı Olimpiya Stadionu WUF13 çərçivəsində 40 əsas sessiyaya ev sahibliyi edəcək

10:19
14 Mart

Anaklaudia Rosbax: Dünyada 3 milyard insan qeyri-uyğun yaşayış şəraitində yaşayır  

10:12
14 Mart

UN-Habitat-ın rəhbəri: Şəhərlərin üzləşdiyi çağırışların ictimaiyyətə çatdırılması vacibdir 

10:01
14 Mart

ABŞ İranda əməliyyat başlayandan bəri 13 hərbçisini itirib

09:48
14 Mart

Əbdüləziz Kamilov: Özbəkistan və Azərbaycan yeni geoiqtisadi məkan formalaşdırır

09:46
14 Mart

Azərbaycan neftinin qiyməti 109 dolları ötüb

09:43
14 Mart

Azərbaycanın qadın güləşçisi Avropa ikincisi olub  

09:31
14 Mart

Bilmək istəyirəm

09:15
14 Mart

"Qayıt, sahmana sal bu kainatı!"

09:10
14 Mart

"Vətən pənahında yaxşı ki, varam!"

09:05
14 Mart

Azərbaycan memarlıq ənənələri - müasir çağırışlar

09:00
14 Mart

Bu günlər iməciliklərdə hamılıqla iştirak edirik

08:55
14 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!