03 Fevral 2022 21:32
1381
İQTİSADİYYAT
A- A+
Azərbaycan-Macarıstan hökumətlərarası komissiyasının iclası keçirilib, ikitərəfli əməkdaşlıq sənədləri imzalanıb

Azərbaycan-Macarıstan hökumətlərarası komissiyasının iclası keçirilib, ikitərəfli əməkdaşlıq sənədləri imzalanıb

 

Bakıda Azərbaycan Respublikası Hökuməti və Macarıstan Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə birgə Komissiyanın 8-ci iclası keçirilib. İclasda iştirak etmək üçün Komissiyanın Macarıstan tərəfindən həmsədri, Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyartonun başçılıq etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdədir.

Komissiyanın Azərbaycan tərəfindən həmsədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevlə P.Siyartonun təkbətək görüşündə ikitərəfli əməkdaşlıq məsələlərinə, Komissiyanın iclasının gündəliyinə dair fikir mübadiləsi aparılıb.

AZƏRTAC xəbər verir ki, nümayəndə heyətlərinin iştirakı ilə keçirilən iclasda S.Babayev Azərbaycanla Macarıstan arasında əlaqələrin ildən-ilə inkişaf etdiyini, iki ölkənin dövlət başçıları tərəfindən qəbul edilmiş “Azərbaycan Respublikası ilə Macarıstan arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə”nin əməkdaşlığın dərinləşməsində xüsusi rolunu vurğulayıb.

O, Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Zəfəri diqqətə çatdırıb. Ermənistanın işğalından azad edilmiş ərazilərimizdə aparılan böyük quruculuq işləri barədə məlumat verib. S.Babayev Macarıstan şirkətlərinin həmin quruculuq işlərində iştiraka maraq göstərmələrinin məmnunluq doğurduğunu qeyd edib.

Ölkəmizdə əldə olunan sosial-iqtisadi nailiyyətləri diqqətə çatdıran S.Babayev bu gün ölkəmizdə bir çox Macarıstan şirkətlərinin uğurlu fəaliyyətini diqqətə çatdırıb. Ötən dövrdə Bakı və Budapeştdə keçirilən biznes-forum, işgüzar görüş, digər tədbirlərin, habelə 2019-cu ildə Budapeştdə Azərbaycan Evinin açılmasının və s. əlaqələrin inkişafına mühüm töhfə verdiyini vurğulayıb.

Azərbaycan və Macarıstan hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə birgə Komissiyanın fəaliyyətinin əməkdaşlıq əlaqələrinin genişlənməsində əhəmiyyəti qeyd edilib. Komissiyanın bugünkü iclasının, həmçinin iclas çərçivəsində təşkil olunan Azərbaycan-Macarıstan biznes-forumunun da bu istiqamətdə uğurlu nəticələr verəcəyinə əminlik ifadə edilib.

P.Siyarto ölkəsinin Azərbaycanla dost münasibətləri əsasında strateji tərəfdaşlığından bəhs edib, ölkələrimiz arasında əlaqələrin daim genişlənməkdə olduğunu bildirib. Hər iki ölkənin müvafiq qurumlarının nümayəndələrinin də iştirak etdiyi iclasda Azərbaycanla Macarıstan arasında iqtisadi sahədə gələcək istiqamətlərə dair müzakirələr aparılıb.

Daha sonra ikitərəfli əməkdaşlığa aid sənədlər imzalanıb. Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli və Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdullayev ilə Macarıstan tərəfinin aidiyyəti rəsmiləri ikitərəfli əməkdaşlığa dair sənədləri imzalayıblar.

Həmçinin Komissiyanın həmsədrləri S.Babayev və P.Siyarto tərəfindən Azərbaycan Respublikası Hökuməti və Macarıstan Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə birgə Komissiyanın 8-ci iclasının yekunlarına dair Protokol imzalanıb.

Sonra Azərbaycan və Macarıstan arasında əlaqələrin inkişafına verdiyi töhfəyə görə S.Babayevin Macarıstanın “Ləyaqət” Ordeni ilə təltif edildiyi bildirilib və P.Siyarto ordeni S.Babayevə təqdim edib.

Komissiyanın həmsədrləri mətbuat üçün brifinq keçirərək Komissiyanın iclasının və imzalanan sənədlərin Azərbaycan və Macarıstanın əməkdaşlıq əlaqələrinin inkişafında önəmli rol oynayacağına ümidvar olduqlarını qeyd ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

15:29
10 Oktyabr

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı səkkiz nəfərə çatıb

15:12
10 Oktyabr

Yeni regional əməkdaşlıq mərhələsi

14:58
10 Oktyabr

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər

14:38
10 Oktyabr

Prezidentin Mətbuat Xidmətinin məlumatı

13:59
10 Oktyabr

Beynəlxalq konfransın iştirakçıları Laçında səfərdədirlər

13:31
10 Oktyabr

Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur

12:39
10 Oktyabr

Dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir

12:25
10 Oktyabr

Dünyada hər səkkiz quş növündən biri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir

12:23
10 Oktyabr

Rostov vilayətinə dron hücumu nəticəsində altı nəfər yaralanıb və iki gəmiyə ziyan dəyib

12:08
10 Oktyabr

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

12:06
10 Oktyabr

Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib

12:04
10 Oktyabr

Azərbaycan nefti 130 dollardan baha satılır

11:10
10 Oktyabr

Milli Məclisin deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər 

11:08
10 Oktyabr

Dünya birjalarında neftin qiyməti artıb

11:07
10 Oktyabr

ABŞ Prezidenti: Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi  

11:06
10 Oktyabr

Rusiyada ayılar 25 nəfərin həyatına son qoyub

11:05
10 Oktyabr

Azərbaycan BMT-də Bakı Fəaliyyətə Çağırışının qlobal əhəmiyyətini vurğulayıb  

11:02
10 Oktyabr

Bilmək istəyirəm

11:00
10 Oktyabr

Kanadalı şair Anne Karson ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb

10:55
10 Oktyabr

Vətəni canından da çox sevirdi

10:50
10 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!