07 May 2026 20:41
158
SİYASƏT
A- A+
Azərbaycan - İtaliya münasibətləri qarşıdakı dövrdə daha da genişlənəcək  

Azərbaycan - İtaliya münasibətləri qarşıdakı dövrdə daha da genişlənəcək  

 

Beynəlxalq əlaqələr siyasi münasibətlər əsasında formalaşır. Siyasi münasibətlər qarşılıqlı ehtiramdır, inamdır, iqtisadi əməkdaşlıqdır.

Bu gün Azərbaycanın dünyanın bir çox dövlətləri ilə ikitərəfli, çoxtərəfli əlaqələri var və bu əlaqələr müxtəlif müstəvilərdə genişlənməkdədir. Qarşılıqlı əlaqələr rəsmi səfərlərlə daha da inkişaf etdirilir.

Azərbaycanın sıx əlaqələri olan dövlətlərdən biri də İtaliyadır. İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloninin mayın 4-də Azərbaycana səfəri iki dövlət arasında münasibətlərin genişləndirilməsi baxımından dəyərləndirilməlidir. Səfər zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bəyanatında bu səfərin əhəmiyyətini vurğulayaraq və Azərbaycanla İtaliyanın strateji tərəfdaş olduğunu, 2014-cü və 2020-ci illərdə strateji tərəfdaşlığa dair iki bəyannamə imzalandığını bildirərək dedi: “Bizim münasibətlərimizin əsasını təşkil edən bu iki sənəd və sənədlərdə təsbit edilmiş məsələlər bu gün həyatda da öz əksini tapır. Sizin bu gün Azərbaycanda olmağınız bir daha Azərbaycan-İtaliya əlaqələrinin nə qədər dərin məzmunlu olmasından xəbər verir. Hər kəs bilir ki, Siz bu gün Ermənistanda idiniz. Ermənistanda öz proqramınızı bitirib Azərbaycana gəlmək bizim üçün xüsusi məna daşıyır, çox böyük rəmzi məna daşıyır, eyni zamanda, Azərbaycana göstərilən hörmətin və xoş münasibətin bariz təzahürüdür. Bizim siyasi əlaqələrimiz ən yüksək səviyyədədir...”.

Tərəfdaşlıq geniş anlayışdır. İtaliya ilə Azərbaycan arasında tərəfdaşlıq da geniş sahələri əhatə edir. Bu baxımdan dövlət başçımız İtaliya ilə Azərbaycan arasında ticarət əlaqələrinin yaxşı olduğunu, keçən il ticarət dövriyyəmizin 12 milyard dolları haqladığını, tərəfdaşlığın əsas istiqamətlərindən birinin energetika sahəsini əhatələdiyini, Azərbaycanın İtaliyanın həm neft, həm də qaz təchizatında ikinci yerdə olduğunu da bildirərək dedi: “Keçən il Azərbaycan 25 milyard kubmetr təbii qaz ixrac edib, onun 9,5 milyardı İtaliya bazarına ixrac olunmuşdur. Bu gün söhbətlər və danışıqlar əsnasında biz bu həcmi artırmaq üçün müzakirələr aparmışıq. Bunun üçün təbii ki, Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan TAP layihəsinin genişləndirilməsi lazımdır. Artıq müəyyən dərəcədə genişləndirilib, amma bu proses davam etdirilməlidir”.

Son illərdə dünyada  baş verən hadisələr, müxtəlif regionlarda sülhə qarşı təhdidlər, anlaşılmazlığın böyüyüb müharibəyə çevrilməsi və s. beynəlxalq ictimaiyyəti dərindən düşündürür. Heç bir dövlət belə hadisələrdən sığortalanmayıb. Bu səbəbdən hər dövlət özünün təhlükəsizliyinin təmin olunması üçün gərəkli, zəruri tədbirlər görür. Belə tədbirlərdən biri də hərbi-texniki əməkdaşlıqdır. İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciocia Meloninin Azərbaycan səfəri zamanı  Prezident İlham Əliyev iki dövlət arasındakı hərbi-texniki əməkdaşlıq barədə məlumat verərək qeyd etdi ki, birgə layihələr həyata keçiriləcək.

İtaliya ilə Azərbaycan arasında təhsil sahəsində də əməkdaşlığın genişləndiyini vurğulayan dövlət başçımız dedi: “Keçən il Bakıda böyük təntənə ilə İtaliya-Azərbaycan Universiteti açılmışdır. Azərbaycanda təhsilin inkişafına bu universitetin çox böyük təsiri və töhfəsi olacaq. Bizə verilən məlumata görə, artıq 500-dən çox tələbə orada təhsil alır və gələcəkdə onlar həm peşəkar mütəxəssislər, həm də ki, Azərbaycanın İtaliyada və İtaliyanın Azərbaycanda təbii elçiləri olacaqlar...”.

Azərbaycan - İtaliya münasibətləri qarşıdakı dövrdə daha da genişlənəcək və Prezident İlham Əliyevin dediyi kimi, bizim dostluğumuz bundan sonra inamla davam etdiriləcəkdir.

 

Səbinə XASAYEVA,

Milli Məclisin deputatı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Zelenski: Ukrayna Rusiyaya atəşin dayandırılmasını təklif edib

21:26
07 May

Heydər Əliyevin dövlətçilik fəlsəfəsi: tarixi dəyərlər əsasında gələcəyə baxış  

20:59
07 May

Dövlət qurumları arasında IV minifutbol turnirinin qalibləri mükafatlandırılıb 

20:41
07 May

Azərbaycan - İtaliya münasibətləri qarşıdakı dövrdə daha da genişlənəcək  

20:41
07 May

Azərbaycanda kənd təsərrüfatı kreditlərinə faiz subsidiyası tətbiq olunacaq

20:34
07 May

Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi ilə Aralıq Dənizi Parlament Assambleyası arasında Anlaşma Memorandumu imzalanıb  

20:31
07 May

Hörmüz boğazında diplomatiya ümidi birjalarda qiymətləri yüksəltdi

20:24
07 May

Sahibə Qafarova Monteneqro parlamentinin sədri ilə görüşüb  

20:17
07 May

Rəqəmsal dövlət platformasında vətəndaşların sosial kreditinin qiymətləndirilməsinə dair araşdırmalar aparılır  

20:07
07 May

Maliyyə Nazirliyinin kollektivi ağacəkmə aksiyası keçirib

20:06
07 May

Türkiyəli nazir: Qardaş Azərbaycanı Beynəlxalq Nəqliyyat Forumuna uğurlu sədrliyi münasibətilə təbrik edirik  

19:53
07 May

Milli Məclisə Aralıq Dənizi Parlament Assambleyasında müşahidəçi statusu verilib  

19:47
07 May

Azərbaycan və Monqolustan arasında məhkəmə-hüquq sahəsində təcrübə mübadiləsinin genişləndirilməsi diqqətdədir  

19:41
07 May

Sahibə Qafarova: Parlament diplomatiyası fikir ayrılıqları olduğu hallarda da konstruktiv əməkdaşlıq üçün platforma təqdim etməlidir

19:37
07 May

Monqolustanın Baş prokuroru: Memorandum iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi üçün imkanlar açır  

19:32
07 May

Kəlbəcərdə inşa olunan yüksəkhündürlüklü KES üzrə ölçmə işləri yekunlaşır

19:27
07 May

Dünya Bankı: Qlobal metal və mineral qiymətlərində artım gözlənilir

19:23
07 May

Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışı starta hazırdır

19:13
07 May

SOCAR San-Marino ilə təbii qaz tədarükü və bərpaolunan enerji sahələrində əməkdaşlığı dəyərləndirib  

19:02
07 May

YAP nümayəndələri Ulu Öndər Heydər Əliyevin xatirəsini yad ediblər

18:53
07 May

Avropa Komissiyası 2050-ci ilə qədər yoxsulluğu aradan qaldırmağı hədəfləyir

18:43
07 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!