22 May 2025 18:54
466
İQTİSADİYYAT
A- A+
Azərbaycan İslam İnkişaf Bankı Qrupunun İllik Toplantısına ev sahibliyi edəcək  

Azərbaycan İslam İnkişaf Bankı Qrupunun İllik Toplantısına ev sahibliyi edəcək  


İqtisadiyyat naziri Mikayıl Cabbarov İslam İnkişaf Bankı (İİB) Qrupunun Müdirlər Şurasının sədri təyin olunub. İİB Qrupunun 2026-cı ildə İllik Toplantısı Azərbaycanda təşkil olunacaq.

İqtisadiyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, bununla əlaqədar İİB Qrupunun Əlcəzairdə keçirilən İllik Toplantısı çərçivəsində ev sahibliyini təhvilalma mərasimi keçirilib.

Tədbirdə iqtisadiyyat naziri, Azərbaycanın İslam İnkişaf Bankı üzrə müdiri Mikayıl Cabbarov İİB Qrupuna və üzv dövlətlərə ölkəmizə göstərilən yüksək etimada görə təşəkkür edib.

Qeyd olunub ki, Azərbaycan 2010-cu ildə bankın 35-ci İllik Toplantısına uğurla ev sahibliyi edib. Bu nüfuzlu tədbirə növbəti dəfə ev sahibliyi etmək Azərbaycanın çoxtərəfli əməkdaşlığa, üzv ölkələri birləşdirən ortaq dəyərlərə və məqsədlərə sadiqliyini bir daha təsdiqləyir. Tədbir Azərbaycanın islam maliyyə institutları ilə tərəfdaşlığının güclənməsinə və dayanıqlı iqtisadi inkişafa təkan verəcək.

Vurğulanıb ki, Azərbaycan bankla səmərəli əməkdaşlıq edir və indiyədək birgə enerji, su təchizatı, infrastruktur, şəhərsalma və digər istiqamətlərdə dəyəri təxminən 1 milyard dollar olan layihələr icra olunub. Xüsusilə, işğaldan azad olunmuş ərazilərdə bankla birgə həyata keçirilməsi nəzərdə tutulan “Qız qalası” su anbarından suvarma kanalının çəkilişinə dair layihənin önəmi qeyd olunub.

Gələn il Azərbaycandakı İllik Toplantı çərçivəsində İİB-nin Müdirlər Şurasının 51-ci, Beynəlxalq İslam Ticarət və Maliyyə Korporasiyasının Baş Assambleyasının 22-ci, İnvestisiya və İxrac Kreditlərinin Sığortası üzrə İslam Korporasiyasının Müdirlər Şurasının 33-cü, Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyasının Müdirlər Şurasının 26-cı, İnkişaf üzrə İslam Həmrəylik Fondunun Baş Assambleyasının 19-cu illik toplantıları keçiriləcək.

Tədbirdə İİB Qrupunun Azərbaycanda keçiriləcək İllik Toplantısı üçün təminatlara dair Anlaşma Memorandumu imzalanıb. Sənəd 2026-cı ildə Bakıda keçiriləcək İllik Toplantının səmərəli planlaşdırılması və təşkili məqsədilə əməkdaşlıq çərçivəsini müəyyən edir.

Qeyd edək ki, 1973-cü ildə yaradılmış İslam İnkişaf Bankının baş qərargahı Səudiyyə Ərəbistanı Krallığının Ciddə şəhərində yerləşir. İqtisadiyyatın müxtəlif istiqamətləri üzrə maliyyələşməni həyata keçirən İslam İnkişaf Bankı Qrupu Bank, Beynəlxalq İslam Ticarət və Maliyyə Korporasiyası, İnvestisiya və İxrac Kreditlərinin Sığortası üzrə İslam Korporasiyası, Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası, İnkişaf üzrə İslam Həmrəylik Fondu kimi strukturlara malikdir. 57 ölkə bankın üzvüdür. Azərbaycan 1992-ci ildən banka üzv olub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Putin Zelenski ilə görüşün mümkünlüyünü istisna etməyib

09:53
19 İyun

Prezident Vladimir Putin: Xəzərin dayazlaşmasının qarşısını almaq üçün vaxtında əlaqələndirilmiş tədbirlər görmək lazımdır  

09:53
19 İyun

Vladimir Putin Qazaxıstanı Rusiyanın ən yaxın müttəfiqlərindən biri adlandırıb  

09:52
19 İyun

Putin İsrail və İran arasında münaqişənin dayandırılması yollarının axtarılmasına çağırış edib  

09:33
19 İyun

ABŞ-nin İranla bağlı qərarı nə olacaq

09:25
19 İyun

Xahişimizə əməl edildi

09:20
19 İyun

Selin törətdiyi fəsadlar qısa vaxtda aradan qaldırıldı

09:15
19 İyun

Sakinlərin müraciəti nəzərə alınacaq

09:12
19 İyun

Qurumaqda olan ağaclara etinasızlıq

09:10
19 İyun

Hər bir işin uğuru diqqətdən başlayır

09:05
19 İyun

Kənd stadionlarından böyük arenalara

09:00
19 İyun

Yol problemimiz həll olundu

08:55
19 İyun

Qazandığı uğurlar onu arxayınlaşdırmazdı

08:50
19 İyun

Azərbaycan turizm imkanları geniş olan ölkələrdəndir

08:45
19 İyun

Rəqəmsal kitabxana BP-nin 10 min tələbəyə hədiyyəsidir

08:40
19 İyun

Türk dünyasında iqtisadi əməkdaşlıq platformaları: rəqəmsal ticarət, startaplar və investisiya

08:35
19 İyun

Siyasətçilər ayrılır, ekoloqlar birləşir

08:32
19 İyun

Konstitusion vəzifələr və vətəndaşlıq borcu

08:30
19 İyun

Kəngərliyə qayıdış davam edir

08:25
19 İyun

Azərbaycanın sədrliyi dövründə Macarıstan Ticarət və Sənaye Palatası TCCI-ya tamhüquqlu üzv oldu 

08:20
19 İyun

Dəyərlərə sadiqlik, gələcəyə inamlı baxış

08:15
19 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!