25 Yanvar 2025 08:35
539
SİYASƏT
A- A+
Azərbaycan Fransanın neokolonial siyasətini ifşa edir

Azərbaycan Fransanın neokolonial siyasətini ifşa edir


"Azərbaycan dünyada müstəmləkəçiliyə qarşı mübarizə aparan əsas dövlətlərdən biridir. Artıq bir neçə ildir ki, ölkəmiz neokolonializmə qarşı mübarizəni prioritetlərdən biri elan edib. Ölkəmiz beynəlxalq müstəvidə atdığı hər bir addımla sübut edib ki, müstəmləkəçiliyin, siyasi, iqtisadi, mənəvi istismarın hər cür təzahürünə qarşıdır və dünyanın harasında baş verməsindən asılı olmayaraq, bu cür neqativ halların aradan qaldırılmasına çalışır". 

Bu sözləri "Azərbaycan" qəzetinə Milli Məclisin deputatı Kamran Bayramov deyib. O bildirib ki, Fransanın neokolonial siyasətinə qarşı Azərbaycanın liderliyi ilə başlanan mübarizə Parisdə ağrılı bir şəkildə qəbul olunur. Buna qarşı çıxmaq məqsədilə Fransanın atdığı bütün addımları fiasko ilə nəticələnib. Azərbaycan isə Fransanın müstəmləkə ərazilərində törətdiyi cinayətlərin müvafiq hüquqi qiymətini alması, koloniya zülmü altında yaşayanların öz azadlığına qovuşması istiqamətində fəaliyyətini davam etdirməkdə qətiyyətlidir. Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində bununla bağlı qeyd edib: "Azərbaycan cəmiyyəti artıq öz mövqeyini ortaya qoyub və Bakı Təşəbbüs Qrupunun fəaliyyəti ildən-ilə genişlənir, böyüyür. Yenə də deyirəm, əgər bu proses müəyyən səbəblər üzündən başlamışdırsa, bu gün bu, artıq həyatımızın bir parçasıdır və xüsusilə bu ərazilərin nümayəndələri ilə görüşmək, onların dilindən problemlərini eşitmək, onların gözündə bu həsrəti, bu tükənmiş ümidləri görmək həm ağırdır, həm də ki, çox tanışdır. Çünki biz də uzun illər təxminən eyni vəziyyətdə idik. Biz müstəqil olmayan dövrdə müstəqillik eşqi ilə yaşamışıq, hər halda cəmiyyətimizin böyük qismi. Biz müstəqillik əldə etdik və dərhal işğala məruz qaldıq, hətta ondan qabaq. Bu ədalətsizlik elə həyatımızın bir parçası idi və biz bu ədalətsizlikdən canımızı xalqımızın iradəsi ilə qurtardıq. Amma bu xalqlar faktiki olaraq heç bir kütləvi informasiya vasitələrinə çıxış əldə edə bilmirlər..." 

K.Bayramov diqqətə çatdırıb ki, hazırda Bakıdan başlayan beynəlxalq təşəbbüs, daha dəqiq desək, neokolonializmə qarşı "Bakı Təşəbbüsü" öz bəhrəsini verməkdədir.  Yanvarın 21-də Azərbaycan növbəti dəfə mötəbər beynəlxalq tədbirə sahiblik etdi. Bakıda Fransanın müstəmləkəçiliyi altında olan Reyunyon adasına həsr edilmiş "Reyunyonun müstəqilliyi: Fransanın müstəmləkə mirasına və suverenlik yoluna baxış" mövzusunda beynəlxalq konfrans keçirildi. Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilən tədbirdə müstəqillik uğrunda mübarizə aparan Reyunyon xalqının təmsilçiləri, habelə müstəmləkəçilik əleyhinə fəaliyyət göstərən təşkilatların rəhbərləri, hüquq müdafiəçiləri, qeyri-hökumət təşkilatlarının rəhbərləri, dekolonizasiya üzrə ekspertlər və tədqiqatçılar iştirak etdilər. Qeyd edək ki, Reyunyon adası 1500-cü illərin əvvəllərində portuqaliyalı səyyahlar tərəfindən kəşf edilib. Ada 1642-ci ildə XIV Lüdovikin dövründə fransızlar tərəfindən ələ keçirilib və Burbon adası adlandırılıb. Üç il sonra isə burada ilk daimi koloniya qurulub.

Deputat qeyd edib ki, Reyunyon adasında müstəmləkəçilik irsi iqtisadi, siyasi və sosial sahələrdə öz təsirini davamlı şəkildə hiss etdirir: "Fransanın adadakı dominant mövqeyi və güclü təsir mexanizmləri yerli xalqın siyasi və iqtisadi müstəqilliyə nail olmaq uğrunda göstərdiyi səylərə ciddi maneələr yaradır. İqtisadi sahədə bu təsir adanın xarici ticarət və investisiyalar baxımından Fransadan yüksək dərəcədə asılı olması, yerli istehsalın zəifləməsi və işsizlik səviyyəsinin artması kimi məsələlərdə özünü göstərir. Siyasi sahədə isə Fransa tərəfindən tətbiq olunan idarəetmə modelləri və institusional mexanizmlər Reyunyon xalqının öz müqəddəratını təyinetmə hüququnu məhdudlaşdırmaqla yanaşı, onların qərarvermə prosesində iştirakını da minimuma endirir".

K.Bayramov xatırladıb ki, konfransda "Ka Ubuntu" Müstəqillik hərəkatının Reyunyon bölməsinin koordinatoru Benjamin Klement  bildirib ki, reyunyonlular ada torpaqlarının öz sahiblərinə - xalqa qaytarılmasını tələb edirlər. Qeyd edilənlər fonunda Azərbaycanın Reyunyon xalqına da öz azadlığına qovuşması üçün bütün lazımi dəstəyi bundan sonra da verəcəyini indi Fransada da yaxşı bilirlər. Bu hal həm də Fransanın müstəmləkə siyasətinə vurulan növbəti zərbə hesab olunur. Hesab edirik ki, bu tədbir Reyunyon xalqının öz gələcəyini müstəqil şəkildə müəyyən etməsi üçün beynəlxalq dəstəyin vacibliyinə dair çağırış platforması rolunu oynayacaq.

Yanvarın 23-24-də Kanakidə (Yeni Kaledoniya) Fransa müstəmləkəsi olan əraziləri özündə birləşdirən Beynəlxalq Dekolonizasiya Cəbhəsinin bu ilin ilk konqresi keçirildiyini diqqətə çatdıran deputat deyib ki, tədbirdə Yeni Kaledoniya, Fransız Polineziyası, Martinik, Qvadelupa, Fransız Qvianası və Korsikanın müstəqilliyi uğrunda mübarizə aparan parlamentarilər, siyasi partiyaların liderləri, qeyri-hökumət təşkilatlarının rəhbərləri, ictimai hərəkatların başçıları və digərləri iştirak ediblər. Konqres iştirakçıları Yeni Kaledoniyanın Adət-Ənənə Senatını, Yeni Kaledoniyanın müstəqilliyi uğrunda mübarizə aparan əsas siyasi qüvvə - Kanak və Sosialist Milli Azadlıq Cəbhəsinin (FLNKS) iqamətgahını və yeni kaledoniyalı siyasi məhbuslara dəstək kollektivini ziyarət edib, müzakirələr aparıblar. Bakı Təşəbbüs Qrupunun nümayəndəsinə isə viza verilməməsi səbəbindən təşkilat sözügedən konqresdə iştirak edə bilməyib. Xatırladaq ki, Beynəlxalq Dekolonizasiya Cəbhəsi 2024-cü ilin iyulunda Bakı Təşəbbüs Qrupunun dəstəyi ilə Bakıda Fransanın son koloniyalarının nümayəndələri tərəfindən yaradılıb.


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Nazirlər Kabinetinin hesabatı Milli Məclisə daxil olub

13:51
10 Mart

Fikrət Əmirov I Ümumrespublika Musiqi Festivalı başa çatıb

13:50
10 Mart

Qahirədə Misir-Azərbaycan Xalqlar Dostluğu Akademiyası təsis olunub

13:49
10 Mart

Milli Məclisin sədri Sahibə Qafarovanın Gürcüstana rəsmi səfəri başlayıb

13:28
10 Mart

Əziz Ələkbərli: Azərbaycan xalqının başına gətirilən faciələr həm də beynəlxalq miqyasda ciddi narahatlıq doğurub  

13:01
10 Mart

Bəşər Əsəd tərəfdarlarının Dəməşqdə hücumu dəf edilib

12:47
10 Mart

Mütəxəssis oruc tutmağın insan sağlamlığına təsirlərindən danışıb

12:34
10 Mart

Deputat: Azərbaycan xalqı öz ərazi bütövlüyünü qorumaq və haqlarını bərpa etmək üçün heç vaxt geri addım atmayacaq  

12:33
10 Mart

Bu ilin iki ayında Azərbaycanın qeyri-neft ixracı 6 faizdən çox artıb

11:52
10 Mart

Əhliman Əmiraslanov: Qərbi Azərbaycan məsələsində əsl ədalətin bərpa olunacağına əminik  

11:50
10 Mart

İcraçı direktor: Azərbaycanda yüksəksürətli internetlə təmin olunmuş təsərrüfatların sayı 3 milyona çatıb  

11:49
10 Mart

Ötən iki ayda 16 minə yaxın uşağın anadan olmasına görə proaktiv qaydada birdəfəlik müavinət ödənilib  

11:47
10 Mart

Qılıncoynatmanın sablya növü üzrə qadınlardan ibarət Azərbaycan millisi Dünya Kubokunda dördüncü olub

11:40
10 Mart

Şərafət Həsənov: Ümid edirəm ki, ICMP ilə əməkdaşlıq itkinlərin taleyinin aşkarlanmasında bizə yeni imkanlar açacaq  

11:38
10 Mart

Mingəçevirdə avarçəkmə üzrə Azərbaycan birinciliyi keçiriləcək

11:36
10 Mart

Nazirlik: Yeni sosial xidmət mərkəzləri yaradılacaq

11:35
10 Mart

Ermənistan Xankəndidə vəfat edən erməniəsilli qadının meyitinin təhvil alınmasına heç bir münasibət bildirmir  

11:34
10 Mart

DTX: 170 azərbaycanlı əsir işgəncələrlə öldürülüb

11:33
10 Mart

Milli Məclisdə “Qərbi Azərbaycana qayıdış prosesində QHT-lərin rolu” mövzusunda ictimai dinləmə keçirilir  

11:31
10 Mart

İğdır vilayətinin sakinləri Ermənistandakı Metsamor AES-in fəaliyyətindən narahatdırlar

11:15
10 Mart

FIA 2025-ci il Formula 1 dünya çempionatı üçün media akkreditasiya qaydalarını açıqlayıb

11:08
10 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!