21 Avqust 2024 16:47
222
İDMAN
A- A+

Azərbaycan - Estoniya oyununun Qəbələdə təşkili ilə bağlı danışıqlar aparılır

 

Oyunun Qəbələ şəhər stadionunda təşkil olunması ilə bağlı həm UEFA, həm də Estoniya Futbol Federasiyası ilə danışıqlar aparılır. Bunu "Report"a açıqlamasında AFFA-nın mətbuat xidmətinin rəhbəri Elnur Məmmədli UEFA Millətlər Liqasında keçiriləcək Azərbaycan - Estoniya matçı ilə bağlı danışarkən deyib.
"Oyunun məkanı ilə bağlı danışıqlar davam edir. Hələlik görüşün harada olacağı tam dəqiqləşməyib. Yaxın vaxtlarda məsələ rəsmiləşən kimi ictimaiyyətə məlumat veriləcək. Estoniya tərəfindən razılıq almağa gəlincə, stadion 4 ulduzlu kateqoriyaya aiddirsə, bunun üçün qarşı tərəfin cavabını gözləməyə ehtiyac yoxdur. Meydan sahibi istədiyi yerdə rəqibi qəbul edə bilər. Lakin stadion bu kateqoriyaya uyğun olmadıqda artıq UEFA ilə yanaşı, qarşı tərəfin də razılığı önəm kəsb edir, - deyə milli assosiasiya rəsmisi vurğulayıb.
Qeyd edək ki, sözügedən matç noyabrın 16-da təşkil olunacaq. Bu tarixdə Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Tərəflər Konfransının 29-cu sessiyası (COP29) keçiriləcək. Bu səbəbdən paytaxtda qarşılaşmanın təşkili mümkün olmayacaq.

“Azərbaycan”
 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video