24 Iyul 2024 09:34
195
Mədəniyyət
A- A+

Azərbaycan dünyanın mədəni irsinə dəyərli töhfələr verir

 

Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan Azərbaycanın  mədəniyyət siyasəti ölkəmizin milli-mənəvi dəyərlərinin qorunmasına, təbliğinə və inkişafına güclü zəmin yaradıb, onu yeni-yeni çalarlarla zənginləşdirib. Azərbaycan müxtəlif tədbirlərə evsahibliyi etməklə, habelə xarici ölkələrdə keçirdiyi yüksəksəviyyəli görüşləri ilə dünyanın mədəni tərəqqisinə dəyərli töhfələr verir.

Prezident İlham Əliyev də bu məsələyə ciddi önəm verir. Dövlətimizin başçısının uğurlu siyasəti nəticəsində ölkəmiz beynəlxalq aləmdə müxtəlif mədəniyyətlərin qovuşduğu məkan statusu qazanıb. Son illər respublikamız dünyanın mədəni həyatının mərkəzinə çevrilib, eyni zamanda qlobal problemlərin həllində platforma rolunu oynayır. Nüfuzlu beynəlxalq mədəniyyət tədbirləri, bu sahədə təşəbbüslərin böyük əksəriyyəti Azərbaycana məxsusdur və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın dəstəyi və bilavasitə təşkilatçılığı ilə reallaşdırılır.

Mədəniyyətlərarası münasibətlərdə körpü rolunu oynayan, habelə tamaşaçıların qəlbində silinməz izlər buraxan tədbirlərdən biri də Azərbaycanda yüksək səviyyədə keçirilən Rusiya mədəniyyəti günləridir. 1994-cü ildən başlayaraq Rusiya ilə Azərbaycan arasında mədəniyyət günlərinin keçirilməsi artıq ənənə halını almışdır. Heydər Əliyev sarayında Rusiya Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi rəğbətlə qarşılanmış və "Rus klassikası" adlı qala-konsertlə davam etdirilmişdir.

Ölkəmizdə keçirilən Rusiya mədəniyyəti  günlərində bakılılar qonşu ölkənin bir neçə kollektivi ilə münasibət yaratmışdılar. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında göstərilmiş "Jizel" və "Napoleon Bonapart", habelə "Kreml baleti", Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Sergey Jilinin rəhbərliyi altında çıxış edən "Fonoqraf-Caz Bend" kollektivi, Səməd Vurğun adına Rus Dram Teatrında "Nəfs" və "Eleonora" əsərlərini nümayiş etdirən Beynəlxalq teatr agentliyi "Art-Partnyor XXI" belə kollektivlərdəndir.

Mədəniyyət günləri çərçivəsində iki ölkənin mədəniyyət nazirləri arasında kitabxana sahəsində də əməkdaşlığa dair müqavilə imzalanmışdır. S.Bəhlulzadə adına sərgi salonunda "Rusiyanı tanıdaraq" adlı fotosərgi açılmışdır. Eləcə də Rusiyanın tanınmış müğənniləri Bakı sənətsevərləri qarşısında çıxışlar etmişlər. "Nizami" kinoteatrında bir sıra filmlər nümayiş olunmuşdur.

Rusiya mədəniyyət nazirinin müavini Andrey Malışev mətbuata açıqlamasında deyib: "Mən uzun müddətdir gözəl Bakıya gəlməmişdim. Ötən zaman ərzində şəhər daha da gözəlləşib. Bütün artistlər buradakı gözəl, mehriban və səmimi atmosferi qeyd edirlər. Gördüyümüz isti münasibət təkcə havadan deyil, azərbaycanlıların qəlbindən gələn hərarətdir. Çox ümid edirəm ki, yenidən başladığımız bu iş bundan sonra da davam etdiriləcək və ənənəvi olaraq hər il keçiriləcək".

Mədəniyyət və incəsənət tədbirləri ilə zəngin olan iyul ayının ikinci ongünlüyündə Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Şuşa şəhərində keçirilən Vaqif Poeziya Günləri də unudulmaz olmuşdur. Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin qarşısında açılışı olan poeziya bayramında dövlət və hökumət nümayəndələri, respublikanın tanınmış ədəbiyyat, elm və mədəniyyət xadimləri, eləcə də bu ilin may ayında doğma yurda köçmüş Şuşa sakinləri iştirak edirdilər.

Şuşada dördüncü dəfə təşkil olunan Vaqif Poeziya Günlərində  Xalq yazıçısı Çingiz Abdullayev çıxış edərək bildirib ki, builki Vaqif Poeziya Günləri bir çox mühüm əlamətdar hadisələrlə üst-üstə düşür: "Bu, Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam bərpa edilməsindən sonra keçirilən ilk poeziya bayramıdır. Bundan əlavə, Şuşa şəhəri 2024-cü il üçün "İslam dünyasının mədəniyyət paytaxtı" missiyasını yerinə yetirir. Bu il həmçinin dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin 530, Azərbaycan Yazıçılar Birliyinin isə 90 illik yubileyləridir. Builki tədbirdə Yazıçılar Birliyinin 100-dən çox üzvü iştirak edir".

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli isə çıxışında ötən dövrə ekskurs edərək demişdir ki, hələ SSRİ dövründə mərkəzi hökumət məkrli şəkildə Qarabağda beynəlmiləlçilik hərəkatını, siyasətini həyata keçirdiyi bir zamanda Ümummilli Lider Heydər Əliyevin Şuşada Vaqifə belə bir əzəmətli məqbərə ucaltması Qarabağa Azərbaycanın möhürünü vurması demək idi: "Prezident İlham Əliyevin rəhbərliyi ilə azad olunmuş Şuşada ilk olaraq Vaqifin məqbərəsinin yenidən bütün əzəməti ilə bərpa edilməsi böyük əhəmiyyətə malikdir. Yenidən təşkil olunan Vaqif Poeziya Günləri də Prezident İlham Əliyevin liderliyi ilə gündən-günə inkişaf edən Azərbaycanın şeir, sənət dili ilə ifadə olunan böyük təntənəsidir".

Azərbaycan mədəniyyətində milli irsin qorunub saxlanılması, eyni zamanda onun təbliği sahəsində görülən bu kimi tədbirlər ictimaiyyətdə böyük məmnunluq doğurmuşdur.

Rəhman SALMANLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video