30 İyul 2026 12:47
233
SİYASƏT
A- A+
Azərbaycan dilinin qorunması və inkişafı dövlət siyasətinin prioritetlərindən biridir

Azərbaycan dilinin qorunması və inkişafı dövlət siyasətinin prioritetlərindən biridir

“Azərbaycan xalqının ana dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir. Ulu Öndər Heydər Əliyev hər zaman ana dilinə böyük ehtiramla yanaşıb. Heydər Əliyevin sovetlər dönəmində Azərbaycana rəhbərlik etdiyi illərdə ana dilində mətbuatın, mədəniyyətin, elm və təhsilin inkişafı üçün böyük işlər görülüb, dövlət dilinin ictimai-siyasi və mədəni mövqeyinin yüksəlməsinə nail olunub”.

 Bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev deyib.

Deputat bildirib ki, məhz Ulu Öndərin qayğı və diqqəti nəticəsində sovet dövründə Azərbaycan dili ölkəmizdə dövlət dili kimi rəsmiləşmişdi. Belə ki, Heydər Əliyevin cəsarəti və qətiyyəti sayəsində 1978-ci ildə Azərbaycan SSR-in  konstitusiyasında ilk dəfə Azərbaycan dili dövlət dili kimi təsbit edildi. Müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsi də Ulu Öndərin adı ilə bağlıdır. Müstəqillik dövründə Ümummilli Liderimiz Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra Azərbaycan dilinin inkişafında yeni mərhələ başlandı. Belə ki, 1995-ci il noyabrın 12-də referendum yolu ilə qəbul olunmuş Azərbaycan Respublikasının ilk milli Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi təsbit olundu. Bütün bunların həyata keçirilməsində böyük öndərimiz Heydər Əliyevin apardığı dil siyasətinin çox mühüm önəmi, əhəmiyyəti vardır. Ulu Öndər Heydər Əliyevin müvafiq  Fərmanı ilə 1 avqust tarixi ölkəmizdə “Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü” kimi qeyd olunur. Böyük öndərimiz doğma dilimiz  haqqında çox müdrik kəlamlar səsləndirib. Bu kəlamlardan birini xatırlayaq: “Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm”.

Millət vəkilinin sözlərinə görə, müstəqillik illərində Heydər Əliyevin qayğısı nəticəsində ana dilimizə qarşı edilmiş haqsızlıq aradan qaldırıldı, onun hüquqları qorundu, cəmiyyətdəki mövqeləri tam bərpa edildi. Bu gün dilimizin özünəməxsus kamil qrammatik quruluşu, zəngin fondu, geniş ifadə imkanları, mükəmməl əlifbası, yüksək səviyyəli yazı normaları var. “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Ümummilli Lider Heydər Əliyevin 18 iyun 2001-ci il tarixli fərmanında deyilir: “Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Müstəqil dövlətimizin rəsmi dili statusunu almış Azərbaycan dilinin geniş tətbiq edilməsi və sərbəst inkişafı üçün münbit zəmin yaranmışdır. Tarixin müxtəlif mərhələlərində dilimizə qarşı edilmiş haqsızlıqların, təzyiq və təhriflərin nəticələrinin aradan qaldırılması üçün hazırda ölkəmizdə çox əlverişli şərait mövcuddur. Dil öz daxili qanunları əsasında inkişaf edirsə də, onun tədqiq və tətbiq edilməsi üçün yaradılmış geniş imkanlar bu inkişafın daha sürətli və dolğun olmasına təkan verir”. 2003-cü il yanvarın 2-də isə Ulu Öndərin fərmanı ilə “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindi.

“Bütün bunlar Ulu Öndərimizin ana dilimizə olan yüksək ehtiramının ifadəsidir. Bütövlükdə, Azərbaycan dilinin qorunması bu gün də dövlətimizin siyasətində mühüm yer tutur”- deyə, Samir Vəliyev vurğulayıb.

Rəşad CƏFƏRLİ,

“Azərbaycan”

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qarabağ və Şərqi Zəngəzur ölkə iqtisadiyyatının əsas inkişaf mərkəzlərindən birinə çevriləcək

13:41
30 İyul

Fərid Qayıbov Astanada beynəlxalq idman sammitində çıxış edib

13:34
30 İyul

Çin İrana raket qurğuları tədarük ediləcəyi barədə mediada yayılan xəbəri təkzib edib

13:27
30 İyul

Qarabağ Universiteti abituriyentlər və valideynlər üçün ixtisaslar üzrə vebinarlar təşkil edəcək

13:20
30 İyul

Paytaxtda hava əsasən yağmursuz, bəzi rayonlarda isə yağıntılı olacaq

13:13
30 İyul

Varikoz və tromboflebitdə tətbiq olunan bitkilər barədə tövsiyələr verilib

13:06
30 İyul

Altı ayda “Azəralüminium”un ixrac gəlirləri 47 faizədək artıb

12:56
30 İyul

Mədəni irsin iqtisadiyyatla sintezi: Türkiyənin Hatay şəhərindəki “antik” hotel

12:49
30 İyul

Azərbaycan dilinin qorunması və inkişafı dövlət siyasətinin prioritetlərindən biridir

12:47
30 İyul

Pakistanda nəzarət məntəqəsinə hücum nəticəsində 15 nəfər həlak olub

12:42
30 İyul

Texnobloger: “mygov” platforması əhəmiyyətli dərəcədə inkişaf edib

12:35
30 İyul

Efiopiya futbol komandası İsveçdəki turnirdən sonra itkin düşüb

12:28
30 İyul

Neymar: "Mənim vaxtım başa çatdı"

12:21
30 İyul

Dünya çempionatı: Azərbaycanın daha 5 qız güləşçisi mübarizəyə başlayır

12:14
30 İyul

Mərakeşin Kralı Əlahəzrət VI Məhəmmədə

12:07
30 İyul

Azərbaycanın dövlət borcu ÜDM-in 18,2 faizinə bərabərdir

12:00
30 İyul

Cinlitəpədə Neolit dövrünə aid arxeoloji tapıntılar aşkar edilib

11:52
30 İyul

Azərbaycan nefti 98 dollardan baha satılır

11:45
30 İyul

Bu il insan alveri qurbanı və potensial insan alveri qurbanı olan 25 nəfərə sosial-reabilitasiya xidmətləri göstərilib

11:38
30 İyul

Avropa Liqası: Bu gün "Qarabağ" səfərdə Bolqarıstan klubu ilə qarşılaşacaq

11:31
30 İyul

XV Qəbələ Beynəlxalq Musiqi Festivalında balet qala-konserti olub  

11:24
30 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!