30 İyul 2026 13:06
2332
Səhiyyə
A- A+
Varikoz və tromboflebitdə tətbiq olunan bitkilər barədə tövsiyələr verilib

Varikoz və tromboflebitdə tətbiq olunan bitkilər barədə tövsiyələr verilib


Tromboflebit və venaların varikoz genişlənməsi zamanı xalq təbabətində müxtəlif dərman bitkilərindən istifadə ənənəsi mövcuddur. Elm və Təhsil Nazirliyi Botanika İnstitutunun direktoru vəzifəsini icra edən professor Səyyarə İbadullayevanın AZƏRTAC-a açıqlamasında bu məqsədlə istifadə olunan bir sıra bitkilər və onların tətbiq qaydaları haqqında məlumat verilib.

Məlumata görə, tromboflebit zamanı ən çox istifadə olunan bitkilərdən biri at şabalıdıdır (Aesculus hippocastanum L.). Bitkinin meyvəsindən hazırlanan dəmləmədən tromboflebit, varikoz genişlənməsi, həmçinin əməliyyatdan və doğuşdan sonra yaranan trombların müalicəsində xalq təbabətində geniş istifadə edilir.

Professor qeyd edib ki, adi meşə fındığının (Corylus avellana L.) yarpaqlarından hazırlanan dəmləmə kapilyar və venaların genişlənməsi zamanı tətbiq olunur. Yarpaqlar iyun ayında toplanaraq kölgədə qurudulur və çay kimi dəmlənərək qəbul edilir.

Varikoz genişlənməsində istifadə olunan digər bitkilərdən biri adi mayasarmaşığıdır (Humulus lupulus L.). Onun qozalarından hazırlanan dəmləmənin müalicəvi təsirlə yanaşı, yağ, mineral və su mübadiləsini tənzimlədiyi bildirilir. Dəmləmə daxilə qəbul edilməklə yanaşı, isladılmış tənzif şəklində xaricdən də tətbiq oluna bilər.

Professorun sözlərinə görə, Termer şeytanqanqalı (Carduus thoermeri Weinm.) xalq təbabətində təzə sıyıq şəklində ayaqlara tətbiq edilir. Müalicə məqsədilə bitkinin daha ətli olan üst zoğlarından istifadə olunması tövsiyə edilir.

Yay və payız aylarında bol olan pomidorun (Lycopersicon esculentum Mill.) təzə dilimləri və ya ləti venaların şişkin nahiyələrinə qoyulur. Prosedur günaşırı təkrar olunur və son mərhələdə ayaqlara aşağıdan yuxarıya doğru həmin maye ilə yüngül masaj edilir.

Ayaqlarda ağrı və kiçik venaların partlaması nəticəsində yaranan damar torunun aradan qaldırılması məqsədilə kalanxoe bitkisinin spirtdə və ya araqda hazırlanmış dəmləməsindən istifadə olunur. Dəmləmə gecələr pəncədən başlayaraq yuxarı istiqamətdə ayaqlara sürtülür və müntəzəm tətbiqin bir neçə ay davam etdirilməsi tövsiyə edilir.

Bundan əlavə, acı yovşan (Artemisia absinthium L.) qatıqla qarışdırılaraq kompres şəklində, rus qurucası (Gnaphalium rossicum L.) isə isti ayaq vannaları formasında tətbiq edilir. Xüsusilə rus qurucasından hazırlanan vannalar arterial təzyiqin aşağı salınmasına kömək edir. Mütəxəssislər vurğulayırlar ki, xalq təbabəti üsulları tibbi müayinənin və həkim tərəfindən təyin olunan müalicənin alternativi hesab edilmir. Tromboflebit ciddi damar xəstəliyi olduğundan hər hansı bitki və ya təbii vasitədən istifadə etməzdən əvvəl mütləq həkimlə məsləhətləşmək tövsiyə olunur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Pakistan səfiri: Yaxın zamanda Azərbaycanla enerji sektorunda əməkdaşlığın inkişafı ilə bağlı xoş xəbərlər eşidəcəyik  

13:59
26 Avqust

Sabahın hava proqnozu açıqlanıb

13:58
26 Avqust

Türkiyədə Malazgirt Zəfərinin 955-ci ildönümü qeyd edilir

13:49
26 Avqust

Azərbaycan-Özbəkistan müttəfiqliyi Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında yeni geoiqtisadi məkan formalaşdırır RƏY  

13:48
26 Avqust

Ötən ay nağdsız ödənişlərin həcmi 9,7 milyard manata çatıb

13:36
26 Avqust

Azərbaycan qida sənayesini Düşənbədə tanıtdı

12:59
26 Avqust

Azərbaycan-Gürcüstan sərhədində nəqliyyat vasitələrinin sıxlığı aradan qaldırılıb

12:55
26 Avqust

Köhnə xalçaların yeni həyatı: Laçında fərqli sərgi

12:46
26 Avqust

Banklar ilin 7 ayında 858,7 milyon manat xalis mənfəət əldə edib

12:44
26 Avqust

Çempionlar Liqası: “Sabah” təsnifat mərhəsinin ən intizamlı komandası olub

12:40
26 Avqust

Ölkədaxili nağdsız əməliyyatların həcmi 14 faizədək artıb

12:37
26 Avqust

Bankların cəmi aktivləri artıb

12:36
26 Avqust

Türkiyədə zəlzələlər baş verib

12:29
26 Avqust

Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkindən

12:23
26 Avqust

Dünya mətbuatı “Sabah”ın möhtəşəm geridönüşündən yazır: “Unudulmaz futbol dramı”

12:22
26 Avqust

İslamabad xəstəxanasında baş verən yanğın nəticəsində körpələr ölüb

12:20
26 Avqust

“Sabah” Çempionlar Liqasının tarixinə düşüb

12:18
26 Avqust

AİB sərhəd-keçid məntəqələrinin modernləşdirilməsinə 400 milyon dollar ayıra bilər

12:07
26 Avqust

Xəzərdə “Dədə Qorqud” izi 

12:06
26 Avqust

Gəncədə ixtisaslaşdırılmış əmək yarmarkası keçirilib

11:53
26 Avqust

“Mərkəzi Azəri” platformasının profilaktik işlər proqramı uğurla başa çatıb

11:51
26 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!