05 Oktyabr 2024 15:05
2937
İQTİSADİYYAT
A- A+
Azərbaycan çinli turistlərin sifarişlərinin ən çox artdığı ölkələrdəndir

Azərbaycan çinli turistlərin sifarişlərinin ən çox artdığı ölkələrdəndir

Çinin yaranmasının ildönümü münasibətilə ölkədə birhəftəlik bayram tətili dövründə çinli turistlərin otel və uçuş sifarişlərinin ən sürətlə çoxaldığı ölkələrdən biri Azərbaycandır.

AZƏRTAC xəbər verir ki, bu barədə Çinin populyar onlayn səyahət platformalarından olan “Qunar” açıqlama yayıb.

Pekində yerləşən “Qunar” turizm agentliyi 1-7 oktyabr tarixlərini əhatə edən və “Qızıl həftə” adlandırılan bayram tətilində Çin vətəndaşlarının ölkə daxilində səyahətləri ilə yanaşı, xaricə də turist səfərlərinin sayının çoxaldığını, otel və uçuş sayının sentyabr ayı ilə müqayisədə 2 dəfədən çox artdığını açıqlayıb. “Qunar”ın qlobal rezervasiyaları 140 ölkə üzrə 1600 təyinat nöqtəsini əhatə edib. Ənənəvi olaraq, çinli turistlərin ən çox rezervasiya sifarişləri Yaponiya, Cənubi Koreya və Tailandı əhatə edir. Turizm sifarişlərinin sayında ən yüksək artım olan ölkələr isə Azərbaycan, Kuba, Qazaxıstan, Gürcüstan, Meksika və başqalarıdır.

“Azərbaycan və Gürcüstanın çinlilər üçün vizasız giriş rejimini tətbiq etməsi həmin ölkələrin Çində turizm populyarlığını xeyli dərəcədə yüksəldib”, - deyən “Qunar”ın tədqiqatçısı Çay Muci əlavə edib ki, hava İpək yolunun inşası, uçuşların daha da artması sayəsində Çin ilə İpək yolu boyunca yerləşən ölkələr arasında turizm və ticarət mübadiləsinə tələbat sürətlə artmağa davam edəcək.

Çinin digər onlayn səyahət platformalarından olan “Tuniu”nun vitse-prezidenti Çi Çunquan bildirib ki, bayram tətilində Azərbaycan, Serbiya, Macarıstan da daxil olmaqla bəzi istiqamətlərin çinli turistlər arasında populyarlığı artmaqla yanaşı, unikal səyahət axtaran bir çox təcrübəli turist üçün əsas seçim olub.

Qeyd edək ki, COVID-19 pandemiyası səngiyəndən sonra Çin vətəndaşlarının Azərbaycana səfərlərinin sayı davamlı artır. Cari ilin 8 ayında Azərbaycana səfər edən çinli turistlərin sayı 27 minə yaxınlaşıb ki, bu da pandemiyadan əvvəlki ən yüksək rəqəmdən də çoxdur. Ölkəmizə səfər edən çinli turistlərin sayının çoxalmasında Azərbaycanın Çin vətəndaşları üçün birtərəfli qaydada vizasız səyahət rejimini tətbiq etməsi olduqca böyük rol oynayıb.

Dövlət Turizm Agentliyi və onun tabeliyindəki Azərbaycan Turizm Bürosu dünyanın ən böyük turist bazarlarından olan Çindən Azərbaycana daha çox turist cəlb olunması üçün kompleks tədbirlər görür. 2018-ci ilin dekabrından Çində Azərbaycan Turizm Bürosunun rəsmi nümayəndəliyi fəaliyyət göstərir, 2019-cu ildə Çinin Mədəniyyət və Turizm Nazirliyi ilə Azərbaycan Dövlət Turizm Agentliyi arasında çinli turistlərin Azərbaycana qrup səfərlərinin sadələşdirilməsi haqqında Anlaşma Memorandumu imzalanıb. Azərbaycan Turizm Bürosu, “Azərbaycan Hava Yolları” QSC və Çinin tanınmış onlayn səyahət platformaları olan “Trip.com” və “Qyer.com”, habelə “China Tourism Group” Holdinqi arasında Azərbaycan turizm məhsullarının təşviqi, yeni turizm məhsullarının inkişaf etdirilməsi, onlayn reklam, sosial media vasitəsilə məzmun marketinqi, onlayn və oflayn tədbirlərin təşkili üzrə fəaliyyətin həyata keçirilməsini nəzərdə tutan memorandumlar imzalanıb.

Bundan başqa, Çin turizm sənayesinin Azərbaycan haqqında məlumatlılığını genişləndirmək və ölkənin Çin bazarında iştirakını gücləndirmək məqsədilə Azərbaycan Turizm Bürosu mütəmadi olaraq Çinin iri şəhərlərində təqdimatlar keçirir, iki ölkənin turizm şirkətləri arasında B2B (biznesdən-biznesə) formatlı görüşlər təşkil edir. Bakı ilə Pekin (AZAL) və Urumçi şəhərləri (“Çin Cənub Hava Yolları”) arasında birbaşa uçuşlar iki ölkə arasında turizm əlaqələrinin genişlənməsinə təsir edən amillərdəndir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dövlət Xidməti: COP29 trafikinin kiberhücumlara və anomal hadisələrə qarşı mütəmadi monitorinqi təşkil edilib

11:25
02 Noyabr

Azərbaycan neftinin qiyməti 75 dollara yaxınlaşır

11:22
02 Noyabr

FHN uşaqların təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib

11:02
02 Noyabr

Dünya birjalarında neft bahalaşıb

10:52
02 Noyabr

Heydər Əliyev Mərkəzində italiyalı heykəltaraş Lorenso Kuinnin “Təbiətdə tarazlıq” sərgisi açılıb

10:40
02 Noyabr

Rusiya Bankı: Moskva Asiya tərəfdaşları ilə yaxınlaşmaq üçün COP29 platformasından istifadə edə bilər  

09:53
02 Noyabr

Ekstremal hava şəraiti iqlim dəyişikliyi ilə əlaqəlidir

09:45
02 Noyabr

Əli qanlı Pankratov

09:40
02 Noyabr

Burulğan: yaddaşın mühakiməsi

09:35
02 Noyabr

Taleyin seçdiyi Salman Mümtaz

09:30
02 Noyabr

5 gündə 9 min ağac və gül kolu əkilib

09:25
02 Noyabr

Lənkəran şəhərinin küçələri daxili imkanlar hesabına təmir edilir

09:20
02 Noyabr

Payız həm də əkin mövsümüdür

09:15
02 Noyabr

Şirvanda orta aylıq əməkhaqqı 9,1 faiz artıb

09:10
02 Noyabr

Cəlilabadda ilin sonuncu toxum sərgi-satış yarmarkası keçirilib

09:05
02 Noyabr

Goranboy ağsaqqalları və gəncləri bir araya gəldilər

09:00
02 Noyabr

Vətənpərvərlik milli-mənəvi dəyərimizdir 

08:55
02 Noyabr

İşğaldan qurtulan yurdumuz aydınlığa çıxır

08:50
02 Noyabr

Şəhidliyindən sonra ata oldu

08:45
02 Noyabr

Aleksandr TİXANSKİ: "Erməni millətçiləri həm Rusiyaya, həm də "ruspərəst" adlandırdıqları Gürcüstan hökumətinə nifrət edirlər"

08:40
02 Noyabr

Qərbin mövqeyi

08:35
02 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!