17 May 2025 08:15
6046
İQTİSADİYYAT
A- A+
Azərbaycan Avropanın getdikcə daha vacib tərəfdaşına çevrilir

Azərbaycan Avropanın getdikcə daha vacib tərəfdaşına çevrilir


Azərbaycan öz enerji təhlükəsizliyini tam şəkildə özü təmin edib. Belə ölkələr dünyada çox deyil. Biz isə, üstəlik, həm də regionun, hətta Avropanın enerji təhlükəsizliyinə dəstək veririk. 

İlk neftini 2005-ci il mayın 25-də Bakı yaxınlığındakı Səngəçal terminalından qəbul edən və bir il sonra onu Türkiyənin Ceyhan limanına çatdıran Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri 20 ilə yaxındır tam sistem kimi ahəngdar fəaliyyət göstərir. BTC öz yaradıcısı olan Ulu Öndər Heydər Əliyevin adını şərəflə daşıyır. Təxminən eyni vaxtdan Cənubi Qafqaz Boru Kəməri də (CQBK) istifadəyə verilərək Azərbaycan qazını Gürcüstana çatdırıb. Daha sonra CQBK-ya Gürcüstan-Türkiyə sərhədində qoşulan 280 kilometrlik xətlə qaz 2007-ci ilin yayından Ceyhana ixrac olunur. Bütövlükdə Bakı-Tbilisi-Ərzurum (BTƏ) kəməri adlanan bu marşrut Azərbaycanı dünyada təkcə neft deyil, həm də qaz ixrac edən ölkə kimi tanıdıb.       

Əgər  əvvəl  Azərbaycan qazını Gürcüstan və Türkiyə alırdısa, 2020-ci ilin son günündən başlayaraq mavi yanacaq Avropaya da ixrac edilir. Azərbaycandan qaz alan ölkələrin sayı getdikcə artır. 2027-ci ilədək qaz ixracının artırılması barədə Avropa İttifaqı və ölkəmiz arasında bir neçə il əvvəl Anlaşma Memorandumu da imzalanıb. 

Hazırda Azərbaycan 12 ölkəyə - Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, İtaliya, Rumıniya, Macarıstan, Serbiya, Sloveniya, Xorvatiya, Şimali Makedoniya və Slovakiyaya təbii qaz ixrac edir. Göründüyü kimi, onlardan 10-u Avropa ölkəsi və 8-i Avropa İttifaqının üzvüdür. Ölkəmiz artıq uzun müddətdir etibarlı tərəfdaş kimi tanınır və Azərbaycan qazını Avropaya nəql edən "Cənub qaz dəhlizi" bunu bir daha təsdiqlədi. Təsadüfi deyil ki, Avropa Komissiyasının yüksəkrütbəli nümayəndələri Azərbaycanın enerji sahəsində etibarlı tərəfdaş və Pan-Avropa qaz təchizatçısı olduğunu dönə-dönə vurğulayıblar.

Prezident İlham Əliyev bu qlobal layihələrin hamısının sıx əməkdaşlıq və tərəfdaşlıq şəraitində reallaşdığını dəfələrlə qeyd edib.  "Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının keçən ay Bakıda keçirilən 11-ci iclasında dövlətimizin başçısı qeyd edib ki, əməkdaşlıq olmadan enerji təhlükəsizliyi layihələrinin heç biri mümkün olmazdı: "Bizi birləşdirən tərəfdaşlığın və əməkdaşlığın çox müsbət əzmi məsuliyyətimizin aydın təzahürüdür. Bu, istehsalçıların, tranzit ölkələrin və istehlakçıların məsuliyyətidir. Əlbəttə ki, bu prosesin üç əsas iştirakçısı arasında maraqların tarazlığı beynəlxalq maliyyə təsisatlarının dəstəyi ilə bizim hekayətimizi və ya hekayətlərimizi uğura çevirdi. Ölkələr, onların hökumətləri, investorlar, şirkətlər, aparıcı maliyyə təsisatları bizim komandamızdır və bu komanda genişlənir. Bu gün heç vaxt görünmədiyi kimi aydındır ki, enerji təhlükəsizliyi ölkələrin milli təhlükəsizliyinin ayrılmaz hissəsidir. Mən hətta deyərdim ki, bu gün biz, həmçinin sənaye təhlükəsizliyi haqqında danışa bilərik, çünki sənayeni inkişaf etdirmək üçün bizə enerji ehtiyatları, neft-kimya məhsulları, gübrələr lazımdır. Azərbaycan isə xam neftin, təbii qazın, neft məhsullarının, neft-kimya məhsullarının və gübrələrin istehsalçısı və ixracatçısıdır".

Məlumdur ki, Avropanın Azərbaycandan daha çox qaz ixrac edə bilməsi üçün birinci şərt həmin qazın hasilatıdır. Ölkəmizin bu sahədə potensialı böyükdür. Hazırda qaz əsasən nəhəng "Şahdəniz"dən çıxarılır. Xəzərdə işlənməsinin müxtəlif mərhələlərində olan yeni yataqlar da var. 

Lakin qaz ixracının artırılmasının bir mənbəyi yeni yataqlardırsa, digər şərtlərindən biri də mavi yanacağa qənaətdir. Bunu isə "yaşıl enerji" hesabına etmək mümkündür. Bizim "yaşıl gündəliyimiz" də artıq hamıya bəllidir. Daha çox təbii qaza qənaət etmək imkanı verən "yaşıl enerji" gündəliyi əlavə edildikdən sonra Azərbaycan enerji təhlükəsizliyi baxımından tərəfdaşları üçün daha mühüm rol oynayacaq. Bu gün günəş və külək enerji stansiyalarına aid sərmayədarlarla artıq imzalanmış müqavilələr ölkəmizə 2030-cu ilə qədər 6 qiqavat günəş və külək enerjisi təmin edəcək. Nəticədə daxildə bu gün elektrik enerjisinin istehsalında istifadə olunan təbii qaza xeyli qənaət etmək imkanı yaranacaq və həmin qaz ixraca yönəldiləcək.

Prezident İlham Əliyev icra edilməkdə olan bu və digər işlərin nəticəsinə inam ifadə edərək demişdir: "Yəqin gələn il biz hamımız onu görəcəyik ki, yeni layihələrdən, yeni yataqlardan daha böyük həcmdə təbii qaz və neft kondensatı hasil edilir. Hesab edirəm ki, neft-qaz sahəsində templər müsbət olacaqdır".

Bəli, "yaşıl enerji"yə keçid o demək deyil ki, neftdən, qazdan imtina olunmalıdır. İmtina söhbətini ortaya atanlar bu məsələni düzgün başa düşməyənlərdir. Keçid sürətlə, tələm-tələsik atılan bir addım olmamalıdır. Hələ COP29 ərəfəsində Prezident İlham Əliyev Almaniyanın paytaxtı Berlində keçirilən "15-ci Petersberq İqlim Dialoqu"nun Yüksək Səviyyəli Seqmentində çıxış edərkən bu məsələlərə toxunmuşdu: "Neft və qazımız, həmçinin Avropa bazarlarına hələ uzun illər ərzində lazım olacaq". 

Təsadüfi deyil ki, Tiranada "Avropa Siyasi Birliyi" 6-cı Zirvə toplantısında Avropanın enerji təhlükəsizliyi məsələləri də öz əksini tapıb. Bu sahədə Avropaya Azərbaycanın dəstəyi böyükdür. 


Flora SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ETN İnformasiya Texnologiyaları İnstitutunun nümayəndə heyəti Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbində olub

14:13
18 Aprel

Bütün vədlərini layiqincə doğruldan Lider

12:00
18 Aprel

BDYPİ sürücülərə müraciət edib

11:42
18 Aprel

Azərbaycan nefti 104 dollara satılır

11:39
18 Aprel

Bu gündən qatarlar Kürdəmirdə də dayanır

10:59
18 Aprel

Azərbaycan ilə Aİ arasında yeni ikitərəfli saziş üzrə danışıqlar bərpa edilir

10:09
18 Aprel

Media: ABŞ-də UNO və nüvə fizikası ilə məşğul olan alimlər müəmmalı şəkildə yoxa çıxır və ölür

09:36
18 Aprel

Tramp: ABŞ və İran rəsmiləri zənginləşdirilmiş uranın çıxarılması üçün birgə çalışacaqlar  

09:25
18 Aprel

Bilmək istəyirəm

09:07
18 Aprel

Milli kimliyimizi yaşadan irs

09:05
18 Aprel

Lənkəranda "Sağlam və dayanıqlı şəhər naminə" daha 600 ağac əkildi

09:00
18 Aprel

Payızda bol məhsul götürmək üçün...

08:55
18 Aprel

161 hektarda kartof, 295 hektarda tərəvəz, 462 hektarda şəkər çuğunduru 

08:50
18 Aprel

Qubada keçirilən tədbirdə rayonun tarix və mədəniyyət abidələrindən söz açılıb

08:45
18 Aprel

Göygöldə rayon Ağsaqqallar Şurasının yığıncağı keçirilib

08:40
18 Aprel

Yaz aratı yüksək məhsuldarlığa zəmindir

08:35
18 Aprel

Topçu İsgəndər

08:30
18 Aprel

Başlıbeldə əsrə bərabər 113 gün

08:25
18 Aprel

Azərbaycan-Latviya iqtisadi əməkdaşlığında perspektivli sahələr

08:20
18 Aprel

Azərbaycan-Rusiya: regional əməkdaşlığın Şərqi Zəngəzur mərhələsi

08:15
18 Aprel

Ədaləti təmin edən qətiyyət

08:10
18 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!