03 Aprel 2025 08:15
271
İQTİSADİYYAT
A- A+
Azərbaycan-Almaniya iqtisadi əlaqələrinin bünövrəsi 200 il əvvəl qoyulub

Azərbaycan-Almaniya iqtisadi əlaqələrinin bünövrəsi 200 il əvvəl qoyulub


Almaniya Azərbaycanın Avropada ən vacib siyasi-iqtisadi tərəfdaşlarından biridir.  Üstəlik, bu ölkə Avropa İttifaqının (Aİ) Şərqi Avropa ölkələri ilə sıx əməkdaşlığını nəzərdə tutan "Şərq Tərəfdaşlığı" (ŞT) təşəbbüsünün fəal müdafiəçisi və təşviqatçısıdır. 

Xatırladaq ki, Avropa İttifaqının (Aİ) "Şərq Tərəfdaşlığı" (ŞT) təşəbbüsü 2009-cu ilin mayında Praqada keçirilən seminarda Polşa və İsveç tərəfindən irəli sürülmüşdür. ŞT təşəbbüsü Avropa Qonşuluq Siyasəti çərçivəsində Şərq Tərəfdaşları kimi istinad edilən Azərbaycan, Gürcüstan, Ermənistan, Ukrayna, Belarus və Moldovanın Aİ ölkələri ilə mövcud əməkdaşlığının ikitərəfli gücləndirilməsini və çoxtərəfli formatda davam etdirilməsini ehtiva edir. 

Bu baxımdan Azərbaycanın malik olduğu iqtisadi imkanlar Almaniya ilə əməkdaşlıq əlaqələrinin inkişafında mühüm rol oynayır. Almaniya Azərbaycanı Cənubi Qafqazda vacib tərəfdaş kimi qəbul edir, ölkəmizin regionda lider mövqeyini, həmçinin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyini və ərazi bütövlüyünü tam dəstəkləyir. Bu da o deməkdir ki, Azərbaycanla Almaniya arasında iqtisadi əlaqələr kifayət qədər inkişaf edib. Ticarət dövriyyəsi genişlənib, qarşılıqlı ixrac artıb. Dövlət Gömrük Komitəsinin məlumatına görə, təkcə bu ilin yanvar-fevral aylarında Azərbaycanın Almaniya ilə ticarət dövriyyəsinin ümumi dəyəri 2024-cü ilin eyni dövrünə nisbətdə 2,8 dəfə artaraq 485,3 milyon dolları üstələyib. Azərbaycandan Almaniyaya ixracın dəyəri 284,9 milyon, Almaniyadan isə Azərbaycana idxalın dəyəri 200,4 milyon dollar olub. 2025-ci ilin ilk iki ayının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Almaniya ilə ticarətin payı 5,45 faiz təşkil edib ki, bu da bir il öncəki göstəricidən 2,1 faiz çoxdur.

Əslində,  xalqlarımız arasında iqtisadi  əlaqələrin dərin tarixi kökləri var. XIX əsrdə bir qrup alman ailəsi Azərbaycan ərazisinə köçərək burada üzümçülüyün və şərabçılığın inkişafında mühüm rol oynayıb, eləcə də iqtisadiyyatın digər sahələrinin inkişafına böyük töhfə verib. Azərbaycanda ilk alman koloniyası Yelenendorf Gəncədən 7-8 kilometr aralıda - Xanarxlar deyilən kənddə (indiki Göygöl şəhərində) salınıb. Sonradan isə Gəncədən 35 kilometr şimal-qərbdə yerləşən indiki Şəmkir torpaqlarında Annenfeld adlı ikinci koloniya yaradılıb. Bir müddət sonra almanlar bu ərazilərdə yayılaraq Gəncə və Qazax qəzalarında Georqsfeld (Şəmkirin Çinarlı qəsəbəsi), Alekseyevka, Qrünfeld (Ağstafanın Həsənsu kəndi), Ayxenfeld (Şəmkirin İrmaşlı kəndi), Traubenfeld (Tovuz şəhəri) və Yelizavetinka (Ağstafa şəhəri) kimi yeni koloniyalar salıblar. Hazırda bu ərazilərdə, sözün yaxşı mənasında, hələ də alman izləri açıq-aydın görünür. 

Bu gün Almaniya şirkətlərinin Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işlərində iştiraka maraq göstərmələri  və bununla bağlı müraciət etmələri də yəqin ki, həmin tarixi bağlılıqdan irəli gəlir. Bəlkə də Bakı ilə Mayns, Sumqayıt ilə Lüdviqşafen şəhərlərinin qardaşlaşmasının kökündə də 200 il əvvəlin köçü dayanır. Hazırda bu şəhərlər arasında sırf  "qardaşlaşmış şəhərlər" kontekstində əlaqələr qurulub. Azərbaycanla Almaniya arasında birbaşa ikitərəfli sərnişin daşınması hava nəqliyyatı vasitəsilə təmin olunur. Azərbaycan Hava Yolları Bakı-Berlin, Almaniyanın "Lufthansa" aviaşirkəti isə Frankfurt-Bakı marşrutu üzrə uçuşlar həyata keçirir. İki ölkə arasında yük daşımaları isə həm hava, həm də dəniz və avtomobil nəqliyyatı vasitəsilə həyata keçirilir.

Almaniya Xəzər regionuna, xüsusən Azərbaycanın iqtisadi resurslarına  təkcə maraq göstərmir, həm də Avropa İttifaqı çərçivəsində maliyyə dəstəyi verir və birgə beynəlxalq layihələrdə iştirak edir. Təsadüfi deyil ki, Almaniya regiondakı heç bir dövlətlə Azərbaycanla olduğu qədər geniş spektrli iqtisadi əlaqələr qurmayıb. Bu özünü onda göstərir ki, Almaniyanın MDB məkanında Rusiyadan sonra ikinci Xarici Ticarət Palatası yalnız Azərbaycanda təsis olunub. Ticarət və İnvestisiyalar üzrə Almaniya-Azərbaycan yüksəksəviyyəli İşçi qrup 2011-ci il mayın 5-də  təsis edilib. 2012-ci il noyabrın 12-də isə Bakıda Almaniya-Azərbaycan Xarici Ticarət Palatası açılıb. Almaniya Azərbaycanın xarici ticarət dövriyyəsində aparıcı ölkələr arasında səkkizinci yerdədir. 

Bu gün iki ölkə arasında enerji sahəsində də əməkdaşlıq dinamik inkişaf edir. SOCAR və Almaniyanın "Uniper" şirkəti  hələ 2013-cü ildə uzunmüddətli qaz tədarükü haqqında müqavilə imzalayıblar. 2020-ci il dekabrın 31-dən "Cənub qaz dəhlizi" Azərbaycan təbii qazını İtaliyadakı qəbul nöqtəsi vasitəsilə Avropa İttifaqının bazarına çatdırır. "Uniper" şirkəti Avropa bazarında təbii qazın əsas alıcılarından biridir. Bu, şirkətin ən uzunmüddətli (2020-2045) qaz alışı layihəsidir. Bundan başqa, Azərbaycanda fəaliyyət göstərən  alman şirkətləri bərpaolunan enerjinin inkişafı layihələrinə də maraq göstərirlər. Almaniyanın "Berlin Wind" şirkəti tərəfindən Xızı rayonunun Yeni Yaşma və Şurabad qəsəbələrinin ərazisindəki 50 MVt-lıq "Yeni Yaşma" Külək Elektrik Parkında yenidənqurma işləri aparılıb və 2018-ci il oktyabrın 11-də parkın açılışı olub. 

Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerin Azərbaycana səfər etməsi də onu göstərir ki, Azərbaycanla Almaniya arasında münasibətlər yeni inkişaf mərhələsinə qədəm qoyacaq, bir sıra sahələrdə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi üçün əlverişli imkanlar yaranacaq.


Züleyxa ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Piylənmənin səviyyəsi artdıqca sağlamlıq riskləri də artır - TƏDQİQAT

09:24
07 Aprel

Serbiya Prezidenti yeni hökuməti qurmağı Duro Macuta tapşırıb

23:57
06 Aprel

Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi ilə Türk Mədəniyyəti və İrsi Fondu əməkdaşlığı möhkəmləndirir

20:45
06 Aprel

Paytaxtda hava əsasən yağmursuz, bəzi dağlıq ərazilərdə isə yağıntılı olacaq

19:33
06 Aprel

Azərbaycanın sərbəst güləş komandası Gimnaziadanı 10 medalla başa vurub

18:23
06 Aprel

Azərbaycan-Mərakeş parlamentlərarası münasibətlərinə dair fikir mübadiləsi aparılıb

18:03
06 Aprel

Avropa Azərbaycan Mərkəzi mina xəbərdarlığı günü ilə əlaqədar dünya ictimaiyyətinə və beynəlxalq təşkilatlara bəyanat ünvanlayıb

17:53
06 Aprel

Ombudsman beynəlxalq ictimaiyyəti Ermənistanı məsuliyyətə cəlb etməyə çağırıb

17:53
06 Aprel

Gimnaziada: Azərbaycanın sərbəst güləşçisi qızıl medal qazanıb  

17:06
06 Aprel

Parlamentlərarası İttifaqın Assambleyasında Azərbaycanın sosial sahədəki nailiyyətlərindən danışılıb  

16:31
06 Aprel

Dövlət İmtahan Mərkəzi növbəti imtahanlar keçirib

16:10
06 Aprel

Fransisk xəstəlikdən sonra Vatikanda ilk dəfə ictimaiyyət qarşısına çıxıb

16:08
06 Aprel

Milli Məclisin sədri İsrail Knessetinin sədri ilə görüşüb

16:05
06 Aprel

Aktau şəhərinin meri Qazaxıstan-Azərbaycan münasibətlərinin inkişafından danışıb

15:52
06 Aprel

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı gözlənilir-PROQNOZ

15:51
06 Aprel

Bakı Konqres Mərkəzində konsertdən sonra texniki problem yaranıb

15:50
06 Aprel

“Sabah” qəzeti: “Yaşıl enerji dəhlizi” haqqında memorandum Ankara-Bakı əməkdaşlığının dərinləşdirilməsi yolunda mühüm addımdır

15:46
06 Aprel

Almaniyanın Reynland-Pfalts əyalətində bir evdə üç nəfərin meyiti aşkarlanıb

15:32
06 Aprel

Azərbaycan-Gürcüstan-Türkiyə parlament sədrlərinin üçtərəfli əməkdaşlıq formatı yaradılacaq  

15:27
06 Aprel

Ölkə ərazisində bəzi yerlərdə küləkli və yağıntılı hava şəraiti müşahidə olunur - FAKTİKİ HAVA

15:19
06 Aprel

Azərbaycanın xizək alpinistləri Dünya Kubokunda çıxış ediblər  

15:18
06 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BEÇAÇəCAŞəBz
 123456
78910111213
14151617181920
21222324252627
282930    

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!