05 Oktyabr 2024 15:35
1527
DÜNYA
A- A+
Ayda düşünüldüyündən daha çox su ehtiyatı var

Ayda düşünüldüyündən daha çox su ehtiyatı var

Alimlər “Lunar Reconnaissance Orbiter” adlı orbital aparat tərəfindən əldə edilmiş məlumatları təhlil edərək təyin ediblər ki, Ay səthinin xüsusi yerlərində öncə düşünüldüyündən daha çox miqdarda buz şəklində su mövcuddur. Bu, gələcək Ay missiyaları üçün olduqca böyük əhəmiyyət daşıyır. Belə ki, buz halında suyu içməli suya çevirmək və onu hidrogen ilə oksigenə ayıraraq raket yanacağının istehsalında istifadə etmək olar.

Ehtimal edilir ki, Ayda su komet və asteroidlərin onunla toqquşmaları səbəbilə formalaşıb. Digər tərəfdən su buxar şəklində Ayın dərinliklərindən onun səthinə doğru çıxmış ola bilər. Daha öncəki araşdırmalara əsasən, buz şəklində su ehtiyatları, əsasən, Ayın Cənub qütbü sahəsindəki daimi şəkildə qaranlıqda qalan ərazilərdə mövcuddur. Buz şəklində su ehtiyatları kraterlərdə və çökəkliklərdə aşkar edilmişdi. Həmin ərazilərə heç zaman Günəş şüası düşmür. Buna görə də həmin ərazilərdə su buz şəklində milyardlarla il qala bilir.

Güman olunur ki, Ay səthindəki su ehtiyatı insanların Ayda uzunmüddətli mövcudluqları üçün kifayət edəcək səviyyədədir. İndi isə alimlər təyin ediblər ki, Ay səthində buz şəklində su ehtiyatı təkcə Cənub qütbündə deyil, həmçinin 77 dərəcə cənub eni üzrə də yayılıb. Alimlərin sözlərinə görə, həmin ərazilər də daimi şəkildə qaranlıq mühitdə olurlar. Mütəxəssislər buz şəklində su ehtiyatlarının mövcud olduqları ərazilərin ilkin xəritəsini tərtib ediblər. Alimlər qeyd ediblər ki, ən böyük su ehtiyatları Ay səthində mənfi 198 dərəcədən daha aşağı temperatura sahib ərazilərdə yerləşirlər.

Ülkər XASPOLADOVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edilib

14:35
06 Oktyabr

Sabah Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq

14:33
06 Oktyabr

Məzahir Pənahov: Azərbaycanın böyük nümayəndə heyəti Qazaxıstan referendumunu müşahidə edir

13:55
06 Oktyabr

FHN-in amfibiya tipli təyyarəsi Türkiyədə yanğınsöndürmə əməliyyatını davam etdirir

12:47
06 Oktyabr

Qazaxıstanda referendum keçirilir

12:30
06 Oktyabr

Donald Tramp sui-qəsdə məruz qaldığı yerdə yenidən seçiciləri ilə görüşüb

10:35
06 Oktyabr

Volodimir Zelenski: Ukrayna üçün sülhə zəmanət ərazi güzəşti olmadan verməlidir

10:31
06 Oktyabr

430 il əvvəl...

08:35
06 Oktyabr

Bir gün balıq ovunda…

08:30
06 Oktyabr

Əgər COP29-un iştirakçıları Balaxanıya gəlsələr...

08:25
06 Oktyabr

İlham ƏLİYEV: "Azərbaycan ərazi bütövlüyünü təkbaşına bərpa edir"

08:20
06 Oktyabr

Qərbi Azərbaycana qayıdış milli ideyamızın ayrılmaz hissəsidir

08:15
06 Oktyabr

ABŞ-nin riyakarlığı

08:10
06 Oktyabr

Azərbaycan sabitlik məkanıdır

08:05
06 Oktyabr

Eviniz mübarək, eliniz abad olsun

08:00
06 Oktyabr

Çin sərhədindən Abşerona qədər yükdaşımaların müddəti 9 günədək azaldılıb

01:58
06 Oktyabr

"Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkında 2 mindən çox iş yeri yaradılacaq

01:57
06 Oktyabr

"Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1028-VIQ nömrəli Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə" Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 26 dekabr tarixli 2424 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında 

01:55
06 Oktyabr

S.K.Hacıyevin "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında

01:54
06 Oktyabr

Bu il "Ümumdünya kosmos həftəsi" kosmos və iqlim dəyişmələri mövzusuna həsr olunub 

01:49
06 Oktyabr

BANM-də innovativ ideya və həllər müsabiqəsi başa çatıb 

01:47
06 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!