28 Fevral 2024 23:45
392
DÜNYA
A- A+

Avstraliyada irimiqyaslı meşə yanğınları 30 minə yaxın insanın təxliyəsini tələb edir

 

Avstraliya hakimiyyəti Viktoriya ştatının qərb hissəsinin 30 minə yaxın sakinini irimiqyaslı meşə yanğınları səbəbindən təxliyə etməyə çağırıb.
“The Australian” qəzetinin məlumatına görə, Avstraliyada nəzarətsiz meşə yanğınları “fəlakətli” miqyasdadır.
Fövqəladə hallar barədə məlumat verən VicEmergency veb-saytı da yanğının yeni ərazilərə keçə və yolları bağlaya biləcəyi barədə xəbərdarlıq edib.
Fevralın 22-də Avstraliyanın Viktoriya ştatının qərb hissəsini genişmiqyaslı meşə yanğınları bürümüşdür. Səlahiyyətlilər güclü küləyin nəticəsində alovun ştatın şimal-şərqinə doğru yayıldığını və bölgədəki məskunlaşma yerlərinin təhlükə altında olduğunu bildirib.
Yanğın başlayandan bəri 19500 hektardan çox ərazinin külə çevrildiyini bildirib.

“Azərbaycan”
 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video