19 Sentyabr 2023 13:20
440
DÜNYA
A- A+
Avropada həkim çatışmır

Avropada həkim çatışmır

 

Avropadakı həkimlər pis iş şəraiti səbəbindən onların və xəstələrinin sağlamlığının risk altında olduğunu deyirlər. "Euronews" telekanalı bunun səbəbini öyrənmək üçün həkimlər arasında sorğu keçirib.
Bəlli olub ki, Avropada bir çox həkim təqaüdə çıxmış və ya peşəni tərk etmiş həmkarlarından daha çox xəstə qəbul etməli olurlar. Fransa Tibb Assosiasiyasının vitse-prezidenti Jan-Marsel Murq bildirib ki, həkimlərin mövcud vəziyyəti  dəhşətli nəticələrə gətirib çıxarır: "Bu, müalicədən imtina etmək və tibbi xidmətin keyfiyyətini itirmək, həmçinin xəstələrin müalicəsini gecikdirmək deməkdir".

 

Xəstələr risk altındadır

Fransa və Portuqaliyada hər on nəfərdən bir adamın ümumi praktika həkimi yoxdur, bu, müalicənin sürətini aşağı salır. Xəstələr digər mütəxəssislərə müraciət etməyə məcbur olurlar.
Doktor Murqun dediyinə görə, 2022-ci ildə ölüm halları sayında artım olub. Əslində, pandemiyadan sonra bu gözlənilmirdi: "Bəziləri bunun qrip və ya qlobal istiləşmə ilə bağlı olduğunu deyəcək. Amma bu, belə deyil, proses çox mürəkkəbdir və  güman ki, qarşısını almaq olar, lakin insanlar müalicəyə çox gec başlayırlar".
İspaniyada da vəziyyət eynidir. Ölkənin Tibb Birlikləri Konfederasiyasının baş katibi, doktor Qabriel del Pozo Sozun sözlərinə görə, tibbi xidmətin keyfiyyəti pisləşib: "Bu, xəstələrimizə qayğı göstərmək istəməməyimizə görə deyil. Bunun səbəbi onları müayinə etmək üçün orta hesabla səkkiz dəqiqə vaxtımızın olmasıdır və biz hər gün səksənə qədər pasiyent qəbul edirik. Biz normal işləyə bilmək üçün kifayət qədər yuxu almırıq".
O, həddən artıq iş və yüklənmə ucbatından həkimlər arasında xəstəlik məzuniyyətinin də artdığını qeyd edib.

 

Yeni həkimləri işə götürmək niyə bu qədər çətindir?

Avropa İttifaqına üzv olan hər bir ölkənin gələcək həkimlərin hazırlanması üçün öz spesifik tələbləri, eləcə də sabit maaşları var. Bununla belə, müsahibə verən bütün həkimlər eyni müşahidələri aparıblar: gələcək nəsillər aşağı maaşlar üçün uzunmüddətli təhsil almaqdan çəkinirlər.
İtalyan Həkimlərinin Muxtar İttifaqının üzvü doktor Federiko di Rentsonun fikrincə, bu, qismən 1999-cu ildən praktik olaraq dondurulmuş tələbə təqaüdləri ilə bağlıdır.
Portuqaliyalı həkimlər isə işçi qüvvəsi çatışmazlığı ilə mübarizə aparırlar. Bu günlərdə ümumi praktika həkimləri tətil elan edərək, digər ölkələrlə müqayisədə onların maaşlarının xeyli aşağı olmasına etirazlarını bildiriblər.
Həftədə qırx saat işləyən mütəxəssis ayda təxminən 1800 avro qazanır. 1200 avrodan aşağı qiymətə ikiotaqlı ev kirayələmək isə mümkün deyil...", - deyə Portuqaliya Həkimlərinin Müstəqil İttifaqından doktor Xorxe Roke Kunya bildirib.
Bu maaşlar orta əməkhaqqından çox olsa da,  Portuqaliyada mövcud mənzil böhranı həyat keyfiyyətini aşağı salır.


Problemin həlli yolları nədir?

Avropalı həmkarlarının acınacaqlı vəziyyətindən danışan Federiko di Renzo "biz bütün sistemi tarazlamalıyıq" deyir. Onun üçün hər şey rəqəmlərlə bağlıdır: maaşlar və ilk növbədə personal seçimi.
Avropa Həkimlərinin Daimi Komitəsinin baş katibi Sarada Das hesab edir ki, səhiyyə sektorunda işçi qüvvəsinin planlaşdırılmasına sərmayə qoyulmalıdır.
Onun fikrincə, kadr çatışmazlığını aradan qaldırmaq üçün həkimlərin iş saatlarını uzatmaq yolverilməzdir: "Əgər bir ölkə bunu dərk edirsə, bu o deməkdir ki, artıq işçi qüvvəsi çatışmazlığı yaşayır. Üzv dövlətlər gələcək tələbatı qiymətləndirməli və özlərinə sual verməlidirlər: bizə hansı işçi qüvvəsi lazımdır, daha çox mütəxəssis yetişdirməliyikmi?"
Sarada Das bildirib ki, ümumi praktika həkimi hazırlamaq üçün təqribən on il, mütəxəssislər hazırlamaq üçün isə daha çox vaxt lazımdır.
Ümumdünya Səhiyyə Təşkilatının 14 sentyabr 2023-cü il tarixdə dərc edilən hesabatında səhiyyə sektorunda kadrlarla bağlı bu problemlərin hərəkəti ləngidilmiş "saat bombası" olduğu və təcili tədbirlər görülməsə, vəziyyətin daha da pisləşə biləcəyi barədə xəbərdarlıq edilir.

Rizvan CƏFƏROV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanın 2 boksçusu Avropa çempionu olub  

10:40
18 Dekabr

Paytaxt məktəblilərinin müəllifi olduğu növbəti kitabın təqdimatı olub  

10:38
18 Dekabr

İsveç hökuməti seçkiöncəsi məlumatların bloklanmasına görə “Meta”dan izahat tələb edir  

10:03
18 Dekabr

Quterreş ABŞ və Venesuelanı BMT Xartiyasına əməl etməyə çağırıb  

09:47
18 Dekabr

 Miqrantların hüquqlarının müdafiəsində Ombudsman təsisatlarının rolu  

09:39
18 Dekabr

Ağdamda traktor minaya düşüb, xəsarət alan var – BİRGƏ MƏLUMAT

09:33
18 Dekabr

Səssiz təhlükə

09:00
18 Dekabr

Polis Akademiyasında təhsil almaq istəyən abituriyentlər üçün müsabiqə elan edilir

08:55
18 Dekabr

Nakam taleli rəssam

08:50
18 Dekabr

Bir ömrə sığmayan həyat

08:45
18 Dekabr

Ailə hüququnda aliment institutunun müasir tələbləri

08:40
18 Dekabr

İqtisadi inkişaf və rahat həyat abad yoldan başlayır

08:35
18 Dekabr

İşgüzar səfər, strateji hədəf

08:30
18 Dekabr

Ermənilər qərbi azərbaycanlıların doğma yurdlarına qayıtmalarını niyə böyük təhlükə hesab edirlər

08:27
18 Dekabr

Amnistiya təşəbbüsü geniş sosial əhatəyə malikdir

08:25
18 Dekabr

Azərbaycan-Türkiyə strateji müttəfiqliyi gündən-günə möhkəmlənir

08:20
18 Dekabr

Qətər Azərbaycanın Yaxın Şərqdə mühüm tərəfdaşıdır

08:15
18 Dekabr

Azərbaycan nümunəsi

08:10
18 Dekabr

Regiondakı yeni status-kvo Azərbaycanın hərbi-siyasi qələbələrinin nəticəsidir

08:05
18 Dekabr

Strateji tərəfdaşlığa əsaslanan uğurlu əməkdaşlıq

08:00
18 Dekabr

“Dövlət rüsumu haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 11 aprel tarixli 177-VIIQD nömrəli Qanununun tətbiqi və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 866 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 7 may tarixli 388 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:23
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!