20 Sentyabr 2024 09:15
552
DÜNYA
A- A+
Avropada "Boris" kabusu

Avropada "Boris" kabusu


24 nəfər həlak olub, bəzi şəhərlərdə fövqəladə vəziyyət elan edilib


Mərkəzi və Şərqi Avropada tüğyan edən "Boris" qasırğası nəticəsində ən azı 24 nəfər həlak olub. Təbii fəlakət Polşa, Rumıniya, İtaliya, Çexiya, Slovakiya, Avstriya və Macarıstanda bir çox yaşayış məntəqəsinə ziyan vurub.

Polşanın cənub-qərbindəki Vroslav şəhərində əsgərlər və könüllülər evləri və iş yerlərini qorumaq üçün şəhər ətrafındakı məcrasından çıxmış çayların yaxınlığında qum torbaları yerləşdiriblər. Ölkənin cənubundakı sakinlərə kömək etmək üçün 5 mindən çox əsgər göndərilib. Təxminən 40 min insan Nısa şəhərindən təxliyə edilib. Polşanın Baş naziri Donald Tusk bir ay davam edəcək fövqəladə vəziyyət elan edib.

Rumıniyanın Qalats bölgəsində baş verən daşqınlar fəlakətlə nəticələnib. İnsanların illərlə qazandıqları hər şey indi torpaq altına düşüb. Özü də bu, təkrarlanan fəlakətdir: ərazi keçmişdə iki dəfə güclü daşqınlardan əziyyət çəkib.

Slobozia-Konaki kəndində su 750 evə, yəni kəndin təxminən 80 faizinə ziyan vurub. Hakimiyyət evsizlər üçün düşərgə qurub.

Kostace Neqri kəndində su yolun bir hissəsini aparıb. Ərazidə 2013-cü və 2016-cı illərdə də daşqınlar baş verib. Hakimiyyət o vaxtdan bəri burada təbii fəlakətlərdən qorunmaq üçün hansısa tədbirin görülüb-görülmədiyini deyə bilmir.

Çexiyada 15 min insan təxliyə edilib. Yerli qeyri-hökumət təşkilatı "Clovek v tisn"nin məlumatına görə, Çexiya son 27 ilin ən güclü daşqını ilə üzləşib.

Ən çox zərər çəkmiş şəhərlərdən biri də Ostrava olub.

Slovakiya və Macarıstanda Dunay çayında suyun səviyyəsi sürətlə yüksəlməkdə davam edir. Bu səbəbdən Bratislava və Budapeşt mümkün daşqınlara hazırlaşır. Leanifalou kəndində macar əsgərləri qum torbalarından istifadə edərək daşqına qarşı baryerlərin qurulmasına kömək edirlər.

Kütləvi informasiya vasitələrinin verdiyi məlumata görə, yüksək su səviyyəsinə görə Avstriya hakimiyyəti Dunay çayının bəzi hissələrini naviqasiya üçün bağlayıb.

Xorvatiya Meteorologiya və Hidroloji Xidməti çayda suyun "son dərəcə nadir" yüksəlməsi ilə bağlı xəbərdarlıq edib və zərurət yaranarsa daşqın baryerlərinin qurulmasının planlaşdırıldığını təsdiqləyib.

İtaliyanın şimalındakı Emilia-Romanya bölgəsində, Brizigella şəhərinin səlahiyyətliləri sosial şəbəkələr vasitəsilə zərər çəkmiş ərazilərdəki insanları evlərini tərk etməyə çağırır, çünki növbəti 24-36 saat ərzində şiddətli hava xəbərdarlığı hələ də qüvvədədir. Ölkənin mərkəzində yerləşən Peskara şəhərində artıq daşqınlar başlayıb.

Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Polşanın baş naziri Donald Tusk və daşqınlardan zərər çəkmiş ölkələrin digər hökumət başçıları ilə görüşmək üçün Vroslava yollanıb.

Meteoroloqların bildirdiyinə görə, Mərkəzi Avropada rekord miqdarda yağan yağışlara iqlim dəyişikliyi də daxil olmaqla bir sıra amillər səbəb olub.


Rizvan CƏFƏROV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanın 2 boksçusu Avropa çempionu olub  

10:40
18 Dekabr

Paytaxt məktəblilərinin müəllifi olduğu növbəti kitabın təqdimatı olub  

10:38
18 Dekabr

İsveç hökuməti seçkiöncəsi məlumatların bloklanmasına görə “Meta”dan izahat tələb edir  

10:03
18 Dekabr

Quterreş ABŞ və Venesuelanı BMT Xartiyasına əməl etməyə çağırıb  

09:47
18 Dekabr

 Miqrantların hüquqlarının müdafiəsində Ombudsman təsisatlarının rolu  

09:39
18 Dekabr

Ağdamda traktor minaya düşüb, xəsarət alan var – BİRGƏ MƏLUMAT

09:33
18 Dekabr

Səssiz təhlükə

09:00
18 Dekabr

Polis Akademiyasında təhsil almaq istəyən abituriyentlər üçün müsabiqə elan edilir

08:55
18 Dekabr

Nakam taleli rəssam

08:50
18 Dekabr

Bir ömrə sığmayan həyat

08:45
18 Dekabr

Ailə hüququnda aliment institutunun müasir tələbləri

08:40
18 Dekabr

İqtisadi inkişaf və rahat həyat abad yoldan başlayır

08:35
18 Dekabr

İşgüzar səfər, strateji hədəf

08:30
18 Dekabr

Ermənilər qərbi azərbaycanlıların doğma yurdlarına qayıtmalarını niyə böyük təhlükə hesab edirlər

08:27
18 Dekabr

Amnistiya təşəbbüsü geniş sosial əhatəyə malikdir

08:25
18 Dekabr

Azərbaycan-Türkiyə strateji müttəfiqliyi gündən-günə möhkəmlənir

08:20
18 Dekabr

Qətər Azərbaycanın Yaxın Şərqdə mühüm tərəfdaşıdır

08:15
18 Dekabr

Azərbaycan nümunəsi

08:10
18 Dekabr

Regiondakı yeni status-kvo Azərbaycanın hərbi-siyasi qələbələrinin nəticəsidir

08:05
18 Dekabr

Strateji tərəfdaşlığa əsaslanan uğurlu əməkdaşlıq

08:00
18 Dekabr

“Dövlət rüsumu haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 11 aprel tarixli 177-VIIQD nömrəli Qanununun tətbiqi və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 866 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 7 may tarixli 388 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:23
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!