Avropa Parlamenti sülhə qarşı çıxır
Azərbaycan öz qətiyyəti və uğurları ilə bu qurumun məkrli planlarını iflasa uğradır
Xəbər verildiyi kimi, martın 15-də Avropa Parlamenti Azərbaycana qarşı qərəzli və yalan dolu qətnamə qəbul edib.
Ölkəmiz üçün kağız parçasından başqa bir şey olmayan həmin "sənəd"də AP-nin azərbaycanlılara qarşı qərəzinin sistemli xarakter alması, qurumun Azərbaycanofob və islamofob mahiyyəti, xalqımıza qarşı nifrət elementləri açıq-aydın görünür. AP bu qətnaməsi ilə bir daha sübut etdi ki, erməni lobbisinin maraqlarına xidmət etməklə, Azərbaycana böhtan atmaqla regionda sülhün və təhlükəsizliyin əldə olunmasını istəmir. AP-nin bu əməli Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin Cənubi Qafqaz regionunda sülhün və təhlükəsizliyin təmin olunması istiqamətində göstərdiyi fəaliyyətə ziddir.
Amma bu da faktdır ki, Azərbaycan hansısa dövlətin və ya təşkilatın diktəsi ilə hərəkət etmir və qətiyyətli siyasət yürüdür.
Avroparlament mütərəqqi dəyərlərə xəyanət edir
Milli Məclisin deputatı Ceyhun Məmmədov qəzetimizə açıqlamasında qeyd edib ki, AP-nin Azərbaycan əleyhinə qətnamə qəbul etməsi qurumun ikili standartlarla fəaliyyət göstərməsinin, qərəzli yanaşmasının təzahürüdür: "Bu addım bu gün özünü demokratiyanın beşiyi hesab edən Avropanın öz dəyərlərinə növbəti xəyanətidir. Mən bu qətnaməni qəbul edənlərə səslənirəm. İşğal dövründə rayonum, kəndim, evim, yaxınlarımın qəbirləri ermənilər tərəfindən barbarcasına dağıdılıb. Bu gün mən böyüyüb-başa çatdığım evimi tapa bilmirəm. Babamın, nənəmin qəbiri təkcə dağıdılmayıb, onların sümükləri də çıxarılıb. Bununla ermənilərin ürəyi soyumayıb, qəbirləri və sümükləri hətta təhqir də ediblər. Sualım belədir, siz bunun nə demək olduğunu təsəvvür edə bilirsiniz?! Təəssüf ki, Avropa Parlamenti bütün bunları görməzlikdən gələrək Ermənistana dəstək nümayiş etdirir, onların çirkin əməllərinə ortaq olur. Bu, daim insan hüquq və azadlıqlarından danışan, guya, beynəlxalq hüquq prinsiplərinə əməl edən bir quruma yaraşan davranış deyil. Görünən odur ki, AP Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirməyi ənənə halına çevirib".
Deputat bildirib ki, ötən 30 ilə yaxın müddətdə ölkəmizə qarşı törədilən belə amansızlıqlara, vandallıqlara qarşı səsini çıxarmayan Avropa Parlamentinin indi bizə "tövsiyə" verməyə heç bir haqqı çatmır: "Ermənilərin xalqımıza qarşı vəhşiliklərinin sayı-hesabı yoxdur. Onlar bizim ibadət yerlərimizi, 67 məscidimizi barbarcasına dağıdıb, içərisində donuz və digər heyvanlar saxlayıblar. Bütün bunlar məqsədli şəkildə edilib. 44 günlük Vətən müharibəsindəki qələbəmizdən sonra da ermənilər torpaqlarımızda mina basdırmaqda, davamlı olaraq atəşkəsi pozmaqda davam ediblər. Bəs niyə Avropa Parlamenti bunlara heç bir reaksiya vermir? Yoxsa bunları görmək və eşitmək istəmir? Niyə işğal vaxtı Ermənistan əleyhinə qətnamə qəbul etmədilər? Niyə Ermənistandan Azərbaycan torpaqlarını boşaltmağı tələb etmədilər? Bəlkə, bütün bunlar müsəlman olduğumuza görədir?!"
C.Məmmədovun sözlərinə görə, Avropa Parlamentinin ədalətsiz davranışları belə qənaət yaradır ki, Avropa bəşəriyyət tarixinin ən qanlı səhifələrindən biri olan "səlib yürüşləri"ni davam etdirmək niyyətindədir: "Lakin bu siyasət və yanaşma qəbuledilməzdir. Bu kimi addımlar və cəhdlər Prezident İlham Əliyevin rəhbərliyi ilə gündən-günə gücünə güc qatan Azərbaycanı haqq yolundan döndərə bilməz. Biz haqlı olduğumuzu dəqiq bilirik. Ona görə də belə qətnamələr bizim üçün sadəcə kağız parçasıdır".
AP Azərbaycanın nailiyyətlərini həzm edə bilmir
Milli Məclisin deputatı Tural Gəncəliyev bildirib ki, AP-nin ölkəmizlə bağlı qəbul etdiyi hesabat və qətnamə layihələri Azərbaycana qarşı iftiralarla, ədalətsiz mövqe və cəfəngiyyatlarla doludur: "Azərbaycanla bağlı martın 15-də hazırlanan hesabat tamamilə ədalətsizdir və reallıqları qətiyyən əks etdirmir. Azərbaycanın Avropa İttifaqının etibarlı tərəfdaşı olmasına, Avropanın enerji təhlükəsizliyində mühüm mərkəzə çevrilməsinə baxmayaraq, bu faktorlar sənəddə çıxdaş edilib və Azərbaycanın əleyhinə olan qərəzli müddəalar yer alıb. Qurumun belə absurd "sənəd" qəbul etməsinin başlıca səbəbi isə Azərbaycanın müstəqil siyasət yürütməsinin həzm edilməməsidir. Avropa Parlamenti bütün region və bölgələrdə diktə edən tərəf olmağa alışıb, guya, onların "tövsiyə"ləri heç bir sorğu-sual olunmadan qəbul edilməlidir. Azərbaycan isə müstəqil və suveren ölkə kimi heç bir dövlətin və ya təşkilatın diktəsi ilə oturub-durmur".
Deputat deyib ki, məlum qətnamə başdan - ayağa qərəz üzərində hazırlanıb: "Açıq-aydın ortadadır ki, bu qətnamədə yer alanlar Ermənistan rəhbərliyi tərəfindən təqdim edilib və Avropa Parlamenti də qəbul edib. Bu qurum təəssüf ki, Ermənistanın lobbi maraqlarını müdafiə edir".
Nəzrin QARDAŞXANOVA,
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanı başa çatıb
02 Aprel
Sülhməramlıların avtomobil karvanının aksiya ərazisindən keçidi təmin edilib
02 Aprel
Ölkə ərazisində yağıntılı hava şəraiti davam edib, dağlıq və dağətəyi rayonlarda qar yağıb ...
02 Aprel
Azərbaycan-Çin münasibətləri tarixi İpək Yolu üzərində ənənəvi dostluq nümunəsidir ...
02 Aprel
Laçın-Xankəndi yolu: Ekoaksiya 112 gündür davam edir
02 Aprel
Türkiyənin Kastamonu şəhərində zəlzələ baş verib
02 Aprel
Səfir: Ermənistan rəhbərliyi Azərbaycanın ərazi bütövlüyünə hörmət etməli və daxili işlərinə qarışma...
02 Aprel
Laçın-Xankəndi yolu: Bu gün ekoaksiya ərazisindən 92 avtomobil sərbəst keçib
02 Aprel
Lələtəpə qələbəsi Böyük Zəfərin ilk müjdəsi idi
02 Aprel
Qərbi Azərbaycandan olan soydaşlarımız da əzəli torpaqlarına qayıdacaqlar
02 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
“Dəmir yumruq" Laçın yolunu tam nəzarətə götürdü31 Mart 2023

Prezident İlham Əliyev Məsim Məmmədovu Prezidentin Laçın rayonunda xüsusi nümayəndəsi təyin olunması...28 Mart 2023

Türk dünyası daha böyük coğrafiyanı əhatə edir19 Mart 2023

Qardaşlığın Ankara Zirvəsi18 Mart 2023

Ankarada Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü keçirilib Azərbayc...16 Mart 2023

ÇOX OXUNANLAR
Dövlət kapital qoyuluşunda daha fəaldır01 Aprel 2023

Zəfərin yaratdığı yeni idarəetmə modeli30 Mart 2023

Qalibin məğlublara yeganə şərti28 Mart 2023

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Talış kəndində görülən işlərlə tanış olubla...18 Mart 2023

Tarixin ən qüdrətli Azərbaycanı Heydər Əliyev ideyalarının təntənəsidir17 Mart 2023

Avropanın ümid yeri Azərbaycandır15 Mart 2023

OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!