27 Iyul 2024 09:32
110
Səfərlər
A- A+

Avarçəkənimizin rəqibləri məlum oldu

 

"Paris-2024" Yay Olimpiya Oyunlarının akademik avarçəkmə yarışlarının püşkü atılıb. Qadınların 2000 metr məsafəyə fərdi yarışında mübarizə aparacaq Azərbaycan təmsilçisi Diana Dımçenkonun da rəqibləri bəlli olub. Bu proqramda mübarizəyə bu gün start veriləcək. Avarçəkənlər Bakı vaxtı ilə saat 12:12-də start xəttinə çıxacaqlar.
Diana 5-ci qrupda yarışacaq beş idmançı arasındadır. Onun rəqibləri Desislava Angelova (Bolqarıstan), Ti Hue Pam (Vyetnam), Aleksandra Foster və Saiyidah Aysi Binte Mohammed Rafae (Sinqapur) olacaqlar. Diana 5-ci zolaqda mübarizə aparacaq. Hər qrupda ilk 3 yeri tutanlar 1/4 finala yüksələcəklər. Digər avarçəkənlər təsəlliverici yarışa qatılacaqlar.
Qeyd edək ki, təsəlliverici mərhələ iyulun 28-də, 1/4 və 1/2 final iyulun 29-undan avqustun 1-dək keçiriləcək.
 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video