06 Avqust 2024 09:19
3314
Oxucu məktubları
A- A+
"ASAN xidmət" işimizi asanlaşdırır

"ASAN xidmət" işimizi asanlaşdırır

 

Prezident İlham Əliyevin rəhbərliyi altında yürüdülən dövlət siyasətinin əsasında vətəndaş amili dayanır. 
Vətəndaşlara keyfiyyətli və şəffaflıq prinsipləri əsasında xidmətlər göstərən "ASAN xidmət" buna əyani sübutdur. Ölkə başçısının söylədiyi kimi, "ASAN xidmət" Azərbaycan məhsuludur və Azərbaycan brendidir. Bəli, qısa müddətdə ölkə əhalisinin böyük inam və rəğbətini qazanan bu xidmət növü bu gün nəinki Azərbaycanda, eləcə də ölkə hüdudlarından kənarda da kifayət qədər tanınır. Xidmətin başlıca prinsiplərindən biri isə respublikamızın bütün bölgələrini əhatə etməsidir. Belə ki, "ASAN xidmət"in fəaliyyət göstərmədiyi ərazilərdə səyyar qaydada əhaliyə xidmət göstərməsidir. 
Hörmətli redaksiya! "ASAN xidmət" Qazax sakinlərinin də işini asanlaşdırır. Belə ki, tez-tez rayona səfər etməklə əhalinin xidmətində dayanır. Elə bu günlərdə rayona gələn səyyar "ASAN xidmət" avtobusu sakinlərə yüksək səviyyədə xidmət göstərdi. 30 gün müddətində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin, Dövlət Sosial Müdafiə Fondunun, Əmlak Məsələləri Dövlət Komitəsinin, Ədliyyə Nazirliyinin və sair qurumların nümayəndələri əhaliyə səyyar xidmət göstərərək, onların işini xeyli yüngülləşdirdilər. 
Xidmətin işindən mən də yararlandım. Şəxsiyyət vəsiqəmin vaxtı keçmişdi. Təsərrüfat işləri ilə əlaqədar vaxt tapıb, onu dəyişdirə  bilmirdim. Eşidəndə ki, səyyar "ASAN xidmət" rayonumuza gəlib, gedib onun xidmətindən istifadə etdim.
Hörmətli redaksiya! Bizə bu şəraiti yaradan ölkə başçısına minnətdarlığımızı bildirirəm.  

Vəkil MƏMMƏDOV,
Qazax rayonunun sakini

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ölkəmizin enerji sektorunda daha bir yenilik

08:40
17 Dekabr

Böyük futbol Azərbaycana gəlir

08:35
17 Dekabr

Ermənistanda revanşistlərin siyasi dayaqları yoxdur

08:30
17 Dekabr

Avropa İttifaqı yenidən sülhə qarşı

08:25
17 Dekabr

Misri qılıncdan döyüş PUA-larınacan

08:20
17 Dekabr

Doktorantların və gənc tədqiqatçıların XXVIII Respublika elmi konfransı (NASCO XXVIII) başlayıb

08:15
17 Dekabr

Əmək Məcəlləsi təkmilləşdirilir

08:10
17 Dekabr

YAP Sədrinin müavini Tahir Budaqov Türkiyədə səfərdə olub

08:05
17 Dekabr

"Konstitusiya və Suverenlik İli"nin humanizm səhifəsi

08:00
17 Dekabr

Məcburi audit subyektləri rəhbərlərinin nəzərinə!

01:42
17 Dekabr

Azercell abunəçilərinin nəzərinə

01:40
17 Dekabr

Ağacan Abiyevin şərəfinə boks turnirinin açılış mərasimi olub

23:21
16 Dekabr

Qahirədə beynəlxalq konfransda Azərbaycandakı tolerantlıq mühitindən danışılıb

23:14
16 Dekabr

FIFA ilin ən yaxşılarını açıqlayıb

22:28
16 Dekabr

Azərbaycan Pakistanın neft-qaz infrastrukturunun inkişafına mühüm töhfə verə bilər  

21:22
16 Dekabr

Elektron siqaretlərin dövriyyəsinin qadağan edilməsini nəzərdə tutan qanun layihəsi plenar iclasa tövsiyə olunub

20:03
16 Dekabr

Ruben Vardanyanın məhkəmə istintaqı yekunlaşıb

19:50
16 Dekabr

Milli Məclisin növbəti plenar iclası keçirilib, 10 məsələ müzakirə olunub YENİLƏNİB 

19:48
16 Dekabr

Bahar Muradova: Azərbaycanın əhali və ailə siyasəti uzunmüddətli strateji yanaşmaya əsaslanır  

19:38
16 Dekabr

“Qarabağ” Antalyada təlim-məşq toplanışı keçəcək  

19:29
16 Dekabr

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında amnistiya barədə qərar layihəsi müzakirə olunub  

19:27
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!