19 İyul 2019 00:15
6511
Mədəniyyət
A- A+
Artemida məbədi

Artemida məbədi


Qədim dünyanın möcüzəsi sayılan bu tikili barədə əsrlər boyu heyrətlə, heyranlıqla söz açıblar. Antik dövrün məşhur alimi, riyaziyyatçısı və fiziki Arximedin müasiri, İsgəndəriyyə məktəbində Ktesibiosun rəhbərliyi altında fəaliyyət göstərmiş yunan mühəndisi və ixtiraçısı, bizanslı Filon (miladdan əvvəl 280-220) yazırdı: "Babilin Asma Bağlarını, Olimpdə Zevsin heykəlini, Rodos Nəhəngini, yüksək Misir Piramidalarının qüdrətini və Mausoleusun məzarını gördüm. Amma buludlara ucalan Efesdəki məbədi gördükdə digərlərinin kölgədə qaldığını hiss etdim”.


Bərəkət və doğruluq tanrısı


Bu tikili - Artemida məbədi antik dünyanın məşhur və sitayiş olunan ziyarət yerlərindən biri idi. Efes şəhərini himayə edən ilahə Artemidanın şərəfinə mərmər məbəd tikməyi miladdan əvvəl knosslu memar Xarsifron təklif etmişdi.

Mənbələrə əsaslanan araşdırıcılar tanrı Artemis adına ilk türbənin miladdan əvvəl 800-cü illərdə Efesdəki nəhrin yaxınlığındakı bataqlıq sahildə inşa olduğunu bildiriblər. Məlumatlara görə, bəzən Diana da adlandırılan Efes tanrısı Artemida yunan Artemidası ilə eyni deyil. Belə ki, yunan Artemidası ov, Efes Artemidası bərəkət və doğruluq tanrısı idi.

Artemida məbədində Yupiterdən düşən meteorit olduğu güman edilən müqəddəs bir daş vardı.

Sonrakı əsrlərdə tikili dəfələrlə dağıdıldı, yenidən inşa olundu. Miladdan əvvəl 600-ci illərdə Efes böyük ticarət limanı şəhərinə çevrildi. Xarsifron adlı memar yüksək daş sütunları olan yeni və böyük məbəd inşa etdi.

Lidya çarı Krez miladdan əvvəl 550-ci ildə Efesi fəth etdi. Həmin döyüş zamanı məbəd dağıdıldı. Krez memar Theodorusa əvvəlkiləri kölgədə qoyan məbəd inşa etdirdi. Əvvəlkindən 4 mərtəbə, 90 metr yüksəklikdə, 45 metr enlikdə böyük olan yeni məbədin damı yüzdən çox daş sütunla dəstəklənirdi.


"Herostrat şöhrəti”


Məlumata görə, miladdan əvvəl 356-cı ildə Efes şəhərinin gənc sakini Herostrat Artemida məbədini yandırdı. İşgəncə altında təqsirini etiraf edən Herostrat məbədi şöhrət qazanmaq üçün yandırdığını, hər kəsin onun barəsində bilməsini istədiyini söylədi. Onu edam etdilər. Məhkəmənin qərarı ilə Herostratın adının tarixə yazılması qadağan olundu. Məhkəmə qərarının icraçıları ev-ev dolaşır, "Herostratı xatırlamaq qadağandır!” deyə xəbərdarlıq edirdilər. Bununla Herostratın adını unutdurmaq istəyən məhkəmə onu daha çox tanıtdı, məşhurlaşdırdı. Hamı məbədi Herostratın yandırdığını öyrəndi. "Herostrat şöhrəti” ifadəsi belə yarandı. Həmin ifadə indiyədək də mənfi mənada işlədilir.

Yanğın hadisəsinin başqaları tərəfindən törədildiyini bildirənlər də olmuşdur. Belə ki, qədim yunan tanrısı - Zevsin qızı, Apollonun bacısı olan ilahə Artemidanın şərəfinə tikilmiş məbəd gətirilən ianələrin, qurbanların hesabına olduqca zəngin idi. Məbədin anbarında xeyli qızıl, pul və başqa qiymətli əşyalar saxlanılırdı. Buna görə məbədin kahinləri bir gün qərara gəldilər ki, qızılı və pulu saxlamaqdansa, tacirlərə faizlə borc versinlər. Kahinlərin planı baş tutdu. Onlar xeyli gəlir əldə etdilər. Ancaq bir müddət sonra borcların qaytarılmasında problemlər yarandı. Tacirlər borclarını ödəməkdən imtina etməyə başladılar. Onlar yaxşı bilirdilər ki, kahinlər məhkəməyə, yaxud başqa yerə şikayət edə bilməzlər. Çünki məbədin toxunulmaz olan sərvətlərindən şəxsi mənfəətləri üçün istifadə etdikləri hamıya məlum olar.

Kahinlər qorxuya düşdülər. Məbədin anbarında saxlanılan sərvətlər barədə onlar hər il xalq yığıncağında hesabat verməli idilər. Xalq yığıncağı anbarda həmin sərvətləri yoxlaya bilərdi. Kahinlərin məbədi yandırmaqdan başqa çarələri qalmadı. Təqsiri isə Herostratın boynuna qoydular. Həqiqəti gizlətmək üçün hər yerdə elan etdilər ki, Herostratı xatırlamaq qadağandır! Beləliklə, günahsız bir gəncin adı tarixə təqsirkar kimi düşdü.


Dəfələrlə yandırılan məbəd...


Yanğın nəticəsində dağılmış məbəd qısa müddətdə dövrünün ən tanınmış heykəltəraşı Skopaslı Paros tərəfindən yenidən inşa edildi. Romalı tarixçi Plin yeni məbədin 130 metr uzunluqda, 68 metr enlikdə olduğunu yazırdı. Tavanını yüksəkliyi 18 metr olan 127 sütun dəstəkləyirdi. Tikinti işləri 120 il davam etdi. Miladdan əvvəl 333-cü ildə Makedoniyalı İsgəndər Efesə gələndə məbədin inşası başa çatmamışdı. Ovaxtadək tikilmiş yunan məbədləri içərisində belə böyük və möhtəşəmi olmamışdı. Məbəd tamamilə mərmərdən inşa edildi.

Eramızın 57-ci ilində Müqəddəs Paul xristianlığı yaymaq üçün Efesə gəldi. O, elə uğur qazandı ki, şəhərin dəmirçisi və məbəddəki heykəllərin bir hissəsinin sahibi Demetrius bundan təlaşa düşdü. Çünki o, hər il məbədə ziyarətə gələnlərin hesabına yaxşı gəlir əldə edirdi. İnsanların dinini dəyişdirməsi Demetriusu bu qazancdan məhrum edirdi.

Demetrius həyəcanla "Yaşasın efeslilərin Artemisi” deyərək xalqı öz ətrafına topladı. Onlar dərhal Müqəddəs Paulun yardımçılarından ikisini tutdular. Bundan sonra üsyan başladı. Nəticədə Müqəddəs Paul tutulmuş köməkçiləri ilə birlikdə Makedoniyaya dönməli oldu.

Böyük Artemida məbədi 262-ci ildə qotların basqınları zamanı da yandırıldı. Yüz il ötdü və Roma imperatoru Konstantin şəhəri yenidən inşa etdirdi. Xristian olduğu üçün o, məbədi bərpa etdirmədi. İmperatorun bütün səylərinə baxmayaraq, Efes keçmiş şöhrətinə qovuşa bilmədi. Çünki gəmilərin lövbər saldığı liman yox olmuşdu. Sakinlər şəhəri tərk edirdilər. Məbədin qalıqlarından başqa tikintilərdə, heykəllərin hazırlanmasında istifadə olunurdu.

1863-cü ildə memar Con Tertl məbədi araşdırmağa başladı və 1869-cu ildə 6 metr dərinlikdən məbədin sütunlarını aşkara çıxardı. Palçığın içərisindən çıxardığı heykəlləri və bəzi qalıqları Britaniya Muzeyinə apardı. Həmin muzeyin əməkdaşları 1904-cü ildə D.G.Hograthın rəhbərliyi ilə işləri davam etdirdilər. Onlar qazıntılar apararaq ərazidə bir-birinin üzərində tikilmiş 5 qalıq tapdılar.

...İndi Artemida məbədinin yerini görmək üçün gələn turistlər bataqlıq vəziyyətində olan bölgəyə baş çəkməli olurlar. Orada bir sütun basdırılıb. Bu, düz dayanaraq qollarını yanlara açmış bir tanrının - yunan üslubuna bənzəməyən tərzdə tikilmiş məşhur Artemidanın heykəlinin qalıqlarıdır.

Z.FƏRƏCOVA,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Belarusun Azərbaycandakı səfirliyində media nümayəndələri ilə görüş keçirilib

21:27
17 Dekabr

Nazir: Azərbaycan müdafiə sənayesi sahəsində müasir tələblərə cavab verən strateji sektor formalaşdırmağa nail olub  

20:58
17 Dekabr

İşğaldan azad olunmuş bölgələrə köçürülən sakinlərin məşğulluq məsələləri müzakirə edilib  

20:52
17 Dekabr

Dünya çempionatı üçün rekord mükafat fondu - FIFA açıqladı  

19:34
17 Dekabr

Bakıda 17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilir  

19:23
17 Dekabr

Azərbaycan Prezidentinun siyasi fəaliyyətinin mərkəzində sosial ədalət və mərhəmət prinsipləri dayanır  

19:01
17 Dekabr

Azərbaycan nümayəndə heyəti Serbiyada Ümummilli Liderin abidəsini ziyarət edib  

18:48
17 Dekabr

Qadınların məşğulluq imkanlarını genişləndirən qanun layihəsi parlamentdə ikinci oxunuşa tövsiyə olunub  

18:47
17 Dekabr

Nazir Sahil Babayev BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ilə görüşüb

18:04
17 Dekabr

Azərbaycan ilə BMT arasında səhiyyə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib  

17:41
17 Dekabr

Azərbaycan-Misir parlamentlərarası əlaqələri müzakirə olunub  

16:57
17 Dekabr

Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərə dair fikir mübadiləsi aparılıb  

16:51
17 Dekabr

Britaniyalı yazıçı: Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq mənim üçün mənəvi borcdur  

16:31
17 Dekabr

Nazir: Ötən il kənd təsərrüfatı məhsulları istehsalı üzrə gəlirlərin yarıdan çoxu heyvandarlığın payına düşüb  

16:14
17 Dekabr

Əhalinin artımını stimullaşdırmaq məqsədilə yeni dəstək mexanizmlərinin yaradılması üçün tədbirlər görüləcək  

16:07
17 Dekabr

Strateji tərəfdaşlıq Azərbaycan və Qazaxıstan arasında iqtisadi əlaqələri genişləndirir

15:58
17 Dekabr

Energetika Nazirliyində növbəti dəfə vətəndaşlarla görüş olub  

15:43
17 Dekabr

İnstaqramdan növbəti yenilik  

15:41
17 Dekabr

MSN: 2025-ci il üçün dövlət sifarişi proqramı yerinə yetirilib  

15:39
17 Dekabr

Şərqşünaslıq İnstitutunda Mərkəzi Asiya ölkələrinə həsr edilən toplu hazırlanıb  

15:37
17 Dekabr

Laçında daha 17 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

15:36
17 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!