09 Aprel 2023 00:15
3886
Mədəniyyət
A- A+
Arabaçı, fəhlə, milyonçu - Murtuza Muxtarov

Arabaçı, fəhlə, milyonçu - Murtuza Muxtarov

 

Var-dövləti, nəcibliyi, xeyirxahlığı ilə çoxlarına ümid, kömək ola bilib. Ondan yardım umanlara əl tutub, təhsil almaq istəyənlər üçün məktəblər tikdirib, təqaüd verib. Özünə uşaqlıq illərində nəsib olmayan səadəti başqalarının yaşamasını istəyib arabaçı oğlu, milyonçu Murtuza Muxtarov...

 

Kasıblıq, ehtiyac içində keçən günlər

 

O, Bakının Əmircan kəndində arabaçı ailəsində dünyaya gəlib. Mollaxanada ibtidai təhsil alıb. Ehtiyac dolu həyatı onu kiçik yaşlarından zəhmətə alışdırıb. Murtuza Muxtarov uşaqlıqdan qardaşı Bala Əhmədlə birlikdə araba ilə çəlləkdə mədənlərdən şəhərə xam neft gətirib satıb. Dəmir yolu olmayanda, payız və qış aylarında araba karvanı ilə Bakıdan Tiflisə yük daşıyıblar. 
Qazanc yeri olan arabasını 1874-cü ildə satıb. Balaxanı Zabrat kəndləri ətrafında salınan qazma kontorunda fəhləliyə başlayıb. Murtuza Muxtarov haqqında "Eşitdiklərim, oxuduqlarım, bildiklərim" adlı kitabda oxuyuruq: "Quyuları mexaniki üsulla qazmağa başlayanda Muxtarov buruqda adi fəhlə işləyir. Səhər alaqaranlıqda kiçik qardaşı Bala Əhmədlə bərabər Əmircandan Zabrata piyada gedib axşam, çıraqlar yananda dala qayıdardılar".
Gənc Murtuza işgüzarlığı, iradəsilə özünə yol açıb. Qazma baltasını təkmilləşdirib. Murtuza Muxtarovun işə marağını, yenilik axtarışını görən kontorun sahibi Markov ona mexaniki alət və cihazların sirrini öyrədib. Çox keçməyib ki, qoca sahibkar Markovun sayəsində buruq ustası olub. Bir müddət işə belə davam edib. Sonra Markov Zabratdakı qazma avadanlığını, emalatxanasını Murtuza Muxtarova sataraq Rusiyaya yollanıb.
Kontorunu 1890-cı ildə "Muxtarov podratı" adlandıran Murtuza Muxtarov getdikcə onu genişləndirib. O, qazma avadanlığını təkmilləşdirərək Abşeronda ilk dəfə 1100 metrlik quyu qazdırıb. Qroznıda, Maykopda kontorunun filiallarını açıb. Zavod, mədən, konstruktor büroları ilə texniki və işgüzar əlaqələri yaradıb. Buna görə tez-tez Şimali Qafqaza getməli olub.
Yorulmaq bilmədən, gecə-gündüz çalışıb. Yarım mexanikləşdirilmiş "Molt" dəzgahında bir neçə dəyişikliklər etməyə nail olub. Tezliklə o, xilasetmə ustası kimi tanınıb. Ancaq Murtuza Muxtarov yaxşı başa düşürdü ki, dövrün tələbləri ilə ayaqlaşmaq üçün savad lazımdır. Onun isə ali təhsili yox idi. Savadını artıqmaq, texniki biliklərə yiyələnmək üçün mühəndislərə maaş verib. 1917-ci ildə o, ilk dəfə taxtayonan dəzgah ixtira edib. Zavodunun istehsal etdiyi dəzgah və avadanlığı xarici ölkələrə satıb. Özü də xaricdən çoxlu avadanlıq alıb.

 

Qazanılan milyonlar...

 

O, istedadlı, bacarıqlı ixtiraçı olub. Adı Azərbaycanın neft sənayesi tarixinə ixtirası ilə yazılıb. 1895-ci ildə dünyada ilk dəfə metal ştanqlarla zərbə qazıma dəzgahını quraşdırıb. "Bakı qazıma sistemi" adı verdiyi bu ixtirası üçün dövlət patenti alıb. Murtuza Muxtarovun ixtira etdiyi qazma aləti bütün dünyada "Muxtarov" adı ilə tanınıb. Bir çox ölkəyə satılıb. Bakının Balaxanı, Suraxanı, Ramana və Sabunçu neft quyularının əksəriyyəti onun 1890-cı ildə yaratdığı "Podrat qazma" kontoru tərəfindən qazılıb.
Manaf Süleymanovun yazdıqlarına əsaslanıb deyə bilərik ki, Murtuza Muxtarov maşınların səsindən, balta və boruların ahəngindən, avadanlığın gurultusundan, quyunun dərin qatlarında vəziyyəti müəyyənləşdirməyi bacaracaq qədər peşəkarlıq, fərasət və vərdiş sahibi olub: "Məşhur Azərbaycan neftçisi, usta Piri (Quliyev) deyirdi ki, Ağa Murtuz bir dəfə faytonda bağa gedəndə qəflətən atları saxlatdırıb, yaxınlıqda qazılan buruğun ustasını yanına çağırtdıraraq deyib ki, qazmanı saxla, qəza baş verə bilər, borular boş-boşuna fırlanır. Usta soruşur: "Nədən bilirsən?" Muxtarov deyir ki, alətlərin səsindən. Qazmanı dayandırıb yoxlayanda görürlər ki, doğrudan da borular Murtuza deyən kimi hədər yerə fırlanırmış".
Neft milyonçusu Murtuza Muxtarov XIX əsrin axırlarında ovaxtkı çar Rusiyasında ilk dəfə Bibi-Heybətdə konstruktor bürosu olan neft avadanlıqları istehsal edən böyük zavod tikdirib. O dövdə ilk neft avadanlığı müəssisəsi sayılan zavodun məhsulları yalnız Rusiyaya yox, xarici ölkələrə də ixrac olunub. Murtuza Muxtarov fəhlə və qulluqçular üçün üçmərtəbəli yaşayış binaları da inşa etdirib.
Onun Bakı şəhərində və ətraf kəndlərində, eləcə də Rusiyanın şəhərlərində, Avropanın bir sıra ölkələrində tikdirdiyi əzəmətli binalar bu günədək qalır. 
Xeyriyyəçiliyi ilə də ad qazanmış Murtuza Muxtarov Bakıda xeyriyyə cəmiyyətlərinin əksəriyyətinin fəaliyyətində iştirak edib. O, həm də Şimali Qafqaz xalqları arasında savadın və texniki biliklərin yayılması cəmiyyətinin və Peterburq Müsəlman Xeyriyyə Cəmiyyətinin fəxri üzvü olub.
Murtuza Muxtarov təhsilin, mətbuatın inkişafına böyük maddi dəstək göstərib. O,  Bakı Real Məktəbinin, Temirxan-Şuranın Qadın Gimnaziyasının hamisi olub. Ali və orta ixtisas məktəblərinin tələbələrinə təqaüd verib. Bakıda "Tərəqqi" qəzeti Murtuza Muxtarovun maddi köməyi ilə nəşr olunub.

 

Güclü, sərt və qorxmaz adam

 

Ancaq milyonlarının sağaltmağa gücü yetməyən dərdləri vardı Murtuza Muxtarovun. İlk evliliyi faciə ilə bitmişdi. Bir gün həyat yoldaşı Qönçənaz xanımı və iki qızını evdə qoyub səfərə yollanan neft sahibkarı geri qayıdanda onu dəhşətli xəbərlərlə qarşılayıblar. Murtuza Muxtarov səfərdə ikən qızları xəstələnib. Vaxtında müalicə edilməyən uşaqlar vəfat edib. Faciədən sarsılan Murtuza Qönçənaz xanımdan ayrılıb.
Növbəti səfərlərindən birində, Vladiqafqaz şəhərində general Tuqanovun ortancıl qızı Liza xanımla ailə qurub. Aralarında yaş fərqi böyük idi. Övladları da olmayıb. Amma bu evlilik Murtuza Muxtarovun həyatının sonunadək davam edib. Onlar çox uşağın qayğısını çəkiblər, qəyyumluq ediblər, təhsil veriblər.
Bacarıqlı, istedadlı, qoçaq, zəhmətsevər, xeyirxah olduğu qədər də qətiyyətli, sərt, mərd, qorxmaz insan olub. "1920-ci ilin aprelində Bakıya daxil olan XI Ordunun iki silahlısı atla onun yaşadığı, sonralar "Səadət" sarayı adlanan evinə gəliblər. Bolşeviklər qapını sındırıb zala daxil olublar və Murtuza Muxtarovdan tələb ediblər ki, təslim olsun. Onların evinə bu şəkildə daxil olmalarından qəzəblənən, bunu özünə təhqir sayan Murtuza Muxtarov tüfəngə əl atıb. Bolşeviklərdən birinə atəş açaraq öldürüb, ikinci gülləni isə özünə vurub.
Murtuza Muxtarov Əmircanda, özünün inşa etdirdiyi məscidin həyətində dəfn olunub. Həyat yoldaşı Liza xanımı qulluqçular zirzəmidə gizlədiblər. O, Bakını tərk edib, Türkiyənin İstanbul şəhərinə gedib. Sonralar Berlinə köçüb.  1971-ci ildə Berlində vəfat edib.

Zöhrə FƏRƏCOVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Məhkəmə aktlarının, digər səlahiyyətli orqanların və vəzifəli şəxslərin aktlarının məcburi icrası həyata keçirilərkən məlumat mübadiləsi üzrə əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə

02:03
20 May

"Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında 2002-ci il 7 oktyabr tarixli Konvensiyaya dəyişikliklərin edilməsi barədə Protokol"un təsdiq edilməsi haqqında

02:02
20 May

"Bir tərəfdən Azərbaycan Respublikası Hökuməti ilə digər tərəfdən Bolqarıstan Respublikası Hökuməti və Veliko Tırnovo Bələdiyyəsi arasında Bolqarıstan Respublikasının Veliko Tırnovo şəhərində "Şuşa Parkı"nın salınması və yenidən qurulması üzrə əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə 

02:02
20 May

S.X.Rüstəmxanlının "Şərəf" ordeni ilə təltif edilməsi haqqında

02:01
20 May

"Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında 1993-cü il 22 yanvar tarixli Konvensiyaya dəyişikliklərin edilməsi barədə Protokol"un təsdiq edilməsi haqqında

02:01
20 May

Azərbaycan Respublikasının Əmək Məcəlləsində və "Narkoloji xidmət və nəzarət haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

02:00
20 May

"Azərbaycan Respublikasının Əmək Məcəlləsində və "Narkoloji xidmət və nəzarət haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 27 aprel tarixli 394-VIIQD nömrəli Qanununun tətbiqi və "Azərbaycan Respublikası Əmək Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 15 aprel tarixli 122 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

02:00
20 May

“İşğaldan azad olunmuş ərazilərdə tikililərin müvəqqəti reyestrinə daxil olan tikililərin müvafiq ərazidə tikinti niyyətinin həyata keçirilməsi zərurəti ilə bağlı sökülməsi qadağan edilən, sökülməsinə rəy tələb olunan və sökülməsi mümkün olan kateqoriyalar üzrə bölgüsü”nün təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 24 sentyabr tarixli 370 nömrəli Qərarında dəyişiklik edilməsi barədə 

01:58
20 May

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 10 yanvar tarixli 6 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən “İcazə Sistemi” haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə

01:56
20 May

AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ AZƏRBAYCAN DÖVLƏT PEDAQOJİ UNİVERSİTETİ

01:54
20 May

Bakıdakı WUF13 çərçivəsində Azərbaycan–Türkiyə şəhərsalma dialoqu aparılıb  

00:22
20 May

İqtisadiyyat Nazirliyində AYİB-lə əməkdaşlıq imkanları nəzərdən keçirilib

23:29
19 May

Ukrayna Silahlı Qüvvələrinin baş komandanı: Cəbhə xətti genişlənə bilər  

23:01
19 May

Dünya mediası Prezident İlham Əliyevin WUF13-ün açılışındakı çıxışını geniş işıqlandırıb  

22:58
19 May

Bakı–Tbilisi–Bakı marşrutu üzrə qatarların hərəkət cədvəli açıqlanıb  

22:45
19 May

D-8 rəsmilərinin WUF13-də dayanıqlı şəhərlər və enerji keçidi ilə bağlı dialoqu baş tutub - YENİLƏNİB  

22:12
19 May

WUF13 dünya mediasının diqqət mərkəzində qalmaqdadır 

21:59
19 May

Tərtərdə vətəndaşların müraciətləri dinlənilib, təsərrüfatlara baş çəkilib  

21:39
19 May

WUF13 çərçivəsində qlobal mənzil böhranına dair müzakirələr aparılıb YENİLƏNİB

21:31
19 May

Azərbaycan ilə Esvatini arasında enerji sektorunun müxtəlif istiqamətlərində əməkdaşlıq imkanları nəzərdən keçirilib  

21:28
19 May

WUF13: “Şəhərlər üçün süni intellekt – şəhərsalma və ağıllı, dayanıqlı icmaların qurulması” adlı panel sessiya keçirilib  

21:09
19 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!