24 İyul 2026 17:43
121
CƏMİYYƏT
A- A+
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Xızıda vətəndaşların müraciətlərini dinləyib

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Xızıda vətəndaşların müraciətlərini dinləyib

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Xızı Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Xızı rayonundan olan vətəndaşlarla görüşüb, onların müraciətlərini dinləyib.

Kənd Təsərrüfatı Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, qəbula gələn vətəndaşların müraciətləri əsasən əkin sahələrinin sığortalanması, aqrar sığorta haqlarının hesablanması, baş vermiş hadisəyə görə sığorta ödənişinin edilməsi prosesi, eləcə də, balıqçılıq təsərrüfatlarının sığortalanması və digər məsələlərlə bağlı olub.

Fuad Sadıqov vətəndaşların müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərlə bağlı ətraflı izah və məlumat verib, onların hərtərəfli öyrənilməsi və qanunvericiliyə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.

Qəbul zamanı bildirilib ki, aqrar sığorta dövlət tərəfindən aqrar sahədə çalışan fermer və təsərrüfatlara mühüm dəstək mexanizmidir. Sığorta haqqının yarısının dövlət tərəfindən ödənilməsi sayəsində fermerlər olduqca sərfəli şərtlərlə aqrar sığortadan faydalanıb əkin sahələrini və heyvanlarını çoxsaylı hadisələrdən qoruya bilərlər.

Qarşıdan yeni sığorta mövsümünün payızlıq taxıl əkini dövrünün gəldiyini xatırladan fond sədri fermerlərə dövlətin yaratdığı bu imkandan faydalanmağı, əkin sahələrini və heyvanlarını sığortalamağı tövsiyə edib.

Qəbuldan sonra Fuad Sadıqov Xızı rayonunun Baxışlı kəndində taxıl biçini prosesi ilə tanış olub, eləcə də, rayonun Yaşma kəndindəki heyvandarlıq təsərrüfatında olaraq fermerləri dinləyib, aqrar sahə ilə bağlı fikir mübadiləsi aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bakıda növbəti daxili iməcilik keçirilib: Küçə və prospektlər yuyulub

14:02
25 İyul

Bakıda “Dream Fest – 2026” beynəlxalq musiqi festivalı davam edir

12:07
25 İyul

Altıncı “Yüksəliş” müsabiqəsinin qalibləri mükafatlandırılıb

12:01
25 İyul

BDYPİ sürücülərə isti hava şəraiti ilə bağlı xəbərdarlıq edib

11:59
25 İyul

Azərbaycan ərazisində havanın temperaturunun yüksəlməsinin səbəbi nədir?

11:41
25 İyul

DİN: Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb

11:34
25 İyul

Qızıl və gümüş bahalaşıb

11:26
25 İyul

Azərbaycan nefti 102 dollara satılır

10:58
25 İyul

Dünyanın ən böyük raketi növbəti sınaq uçuşuna buraxılıb

10:55
25 İyul

FHN-dən su hövzələrinə üz tutan vətəndaşlara müraciət: Qaydalara biganəlik – həyatımıza təhlükədir!

10:32
25 İyul

Bilmək istəyirəm

09:20
25 İyul

"DREAM FEST-2026" möhtəşəm konsertlə açıldı 

09:15
25 İyul

"Operetta inciləri" konsert proqramı ilə mövsümə yekun vurulub

09:10
25 İyul

1 teatr, 200 rol 

09:05
25 İyul

İki əsrin dialoqu: Bakıda tarixin və müasirliyin memarlıq harmoniyası

09:00
25 İyul

Sənaye zonaları: istehsalın çeşidi artır, ixracın coğrafiyası genişlənir

08:55
25 İyul

Dövlət Neft Fondu yarım ilin hesabatını açıqlayıb

08:50
25 İyul

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi dövlət ittihamını müdafiə edən prokurorların çıxışları ilə davam etdirilib

08:45
25 İyul

Azərbaycanın liderlik missiyası 

08:40
25 İyul

Bundestaqın deputatı: "Azərbaycan-Almaniya tərəfdaşlığı yeni institusional mexanizmlərlə güclənir"

08:35
25 İyul

Azərbaycan-Almaniya Biznes Şurası uzunmüddətli iqtisadi tərəfdaşlığın güclənməsinə xidmət edəcək

08:30
25 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!