02 Aprel 2025 14:33
198
SİYASƏT
A- A+
Aprel döyüşlərindən şanlı Zəfərə!

Aprel döyüşlərindən şanlı Zəfərə!


Şanlı Zəfərə gedən yolun başlanğıcı olan Aprel döyüşlərindən 9 il keçir.

AZƏRTAC xəbər verir ki, mövzu ilə bağlı Müdafiə Nazirliyinin mətbuat xidməti material hazırlayıb. Yazıda xatırladılıb ki, Azərbaycan Ordusu 2016-cı il aprel ayının 1-dən 2-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq uğurlu əks-həmlə əməliyyatını həyata keçirib. Aprel ayının 4 günü ərzində bölmələrimiz tərəfindən yerinə yetirilən adekvat cavab tədbirləri nəticəsində düşmən ağır məğlubiyyətə uğrayıb, Ermənistan silahlı birləşmələrinin işğalı altında olan Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının 2 min hektardan çox hissəsi azad edilib, həmçinin minlərlə hektar strateji əhəmiyyətli ərazi Ordumuzun tam nəzarətinə keçib.

Azərbaycan əsgərinin gücünün, qüdrətinin ifadəsi kimi tarixləşən, qəhrəman oğullarımızın misilsiz şücaəti ilə qazanılan şanlı Aprel qələbəsi bütün dünyaya dövlətimizin, xalqımızın qüdrətini, hərbçilərimizin qələbə əzmini nümayiş etdirib.

Aprel döyüşlərində qazanılan parlaq Qələbə Ermənistanın uzun illər ərzində məğlubedilməz ordu yaratmaqları haqqında uydurduqları mifi dağıdıb.

Buna baxmayaraq, Ermənistan tərəfi yenidən müxtəlif istiqamətlərdə təxribatlara əl atmaqda davam edirdi.

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin bütün cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara, Azərbaycan Ordusunun mövqelərinə və mülki yaşayış məntəqələrimizə endirdiyi atəş zərbələrinə cavab olaraq əks-hücum əməliyyatı - 44 günlük Vətən müharibəsi başlayıb.

Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə Vətən müharibəsi və sonrakı uğurlu döyüş əməliyyatlarında Azərbaycan Ordusu tariximizə qızıl hərflərlə yazılan şanlı Zəfəri qazandı, ərazi bütövlüyümüz, suverenliyimiz tam bərpa olundu və bütün şəhidlərimizin qisası alınıb.

9 il əvvəl Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-həmlə əməliyyatı - Aprel döyüşləri hər zaman Azərbaycan dövləti və xalqı üçün böyük Qələbənin başlanğıcı kimi xatırlanacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

AAF yolsuzluq avtomobillərinin yürüşünü keçirib

21:09
05 Aprel

Myanmada zəlzələ nəticəsində ölənlərin sayı 3500-ə yaxınlaşıb

20:33
05 Aprel

Den Yoşpe COP30 üzrə BMT-nin yüksəksəviyyəli iqlim lideri təyin edilib

20:01
05 Aprel

Almaniyada quraşdırılan günəş enerjisi batareyalarının sayı beş milyonu ötüb

19:39
05 Aprel

Gürcü ekspert: “Yaşıl enerji dəhlizi” haqqında Bakıda imzalanmış memorandumun böyük və xüsusi əhəmiyyəti var  

19:19
05 Aprel

Azərbaycan və Özbəkistan arasında turizm əlaqələri genişləndirilir

18:53
05 Aprel

Somali ordusu terrorçu qruplaşmanın 20-dən çox üzvünü zərərsizləşdirib

18:25
05 Aprel

Beynəlxalq Hakimlər Assosiasiyasının Bakıda keçiriləcək 67-ci Baş Assambleyasının rəsmi internet səhifəsi istifadəyə verilib

18:12
05 Aprel

İrakli Kobaxidze: Təəssüf ki, ayrı-ayrı səfirliklərin və təşkilatların fəaliyyəti dəyərlərə əsaslanmır

17:56
05 Aprel

Azərbaycanın və Bəhreynin qanunverici orqanları arasında səmərəli əməkdaşlıq qurulub

17:27
05 Aprel

Keçmiş məcburi köçkün: Suqovuşanda gözəl mənzillə təmin edilmişəm

17:16
05 Aprel

Milli Məclisin sədri Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının Daimi Komitəsinin sədri ilə görüşüb  

17:13
05 Aprel

Senat sədri: Pakistan və Azərbaycan həmişə bir-birini dəstəkləyən qardaş ölkələrdir

16:59
05 Aprel

Müdafiə naziri: Azərbaycan Ordusu Ali Baş Komandanın etimadını hər zaman doğruldub, bundan sonra da doğruldacaq  

16:49
05 Aprel

Prezidentin Mətbuat Xidmətinin məlumatı

15:56
05 Aprel

Ağdərə sakini: Bundan sonra doğma torpaqlarımızda xoş günlərimiz başlayacaq  

15:50
05 Aprel

Muxtar Babayev: COP29 konfransı çərçivəsində bir çox tarixi addımlar atdıq  

15:38
05 Aprel

AMADA "Ədalətli idman həftəsi" ilə əlaqədar məlumatlandırma işinə başlayır  

15:31
05 Aprel

İlin əvvəlindən 11,6 min şəxsə əlillik təyin olunub

14:38
05 Aprel

Milli Məclisin sədri Asiya Parlament Assambleyasının Koordinasiya iclasında çıxış edib

14:15
05 Aprel

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 142-ci kitabı çapdan çıxıb  

14:14
05 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!