01 Avqust 2026 16:33
214
SİYASƏT
A- A+
Ana dilimiz: milli kimliyimizin sarsılmaz zəmanəti

Ana dilimiz: milli kimliyimizin sarsılmaz zəmanəti


 

Dil millətin vicdanıdır, kimliyidir, yaddaşıdır. Bu vicdanı təmiz, bu kimliyi bütöv, bu yaddaşı diri saxlamaq üçün Azərbaycan dili yaşamalı, sevilməli və qorunmalıdır.

Hər bir xalqın milli özünütəsdiqinin, tarixi yaddaşının və mənəvi varlığının təməl daşı onun ana dilidir. Dil təkcə fərdlər arasında ünsiyyət vasitəsi kimi deyil, eyni zamanda milli-mədəni irsin nəsillərdən-nəslə ötürülməsini təmin edən, dövlətçilik təfəkkürünü formalaşdıran və suverenliyin ideoloji bünövrəsini təşkil edən strateji amildir. Azərbaycan dövlətçilik tarixində dil məsələsi hər zaman xalqımızın azadlıq, müstəqillik və milli kimlik uğrunda apardığı mübarizənin mərkəzində dayanmışdır. Beynəlxalq münasibətlər və yumşaq güc konseptləri baxımından milli dil dövlətin beynəlxalq aləmdə özünəməxsusluğunu təsdiqləyən və mədəni diplomatiyasını şərtləndirən mühüm vasitələrdəndir. Azərbaycan dilinin zənginliyi, ahəngdarlığı və bədii ifadə imkanları tarixi bütövlüyümüzün və milli birliyimizin sarsılmaz zəmanətidir. Müxtəlif dillərə mənsub olan insanların Azərbaycan dilini sadəcə eşidərək onun nə qədər şeirəbənzər və xoş ahəngli olduğunu dəfələrlə qeyd etmələri dilimizin poetik gücünü göstərir. Milli varlığın əsası olan ana dilini müasir dövrdə ən incəliklərinə qədər mənimsəmək və cəmiyyətin bütün təbəqələrində hakim dilə çevirmək müstəqil dövlətçiliyin başlıca prinsiplərindən biridir.

XX əsrin 70-ci illərinin ortalarında SSRİ-ni təşkil edən respublikaların ictimai-siyasi həyatında dil məsələsi yenidən gərgin müzakirə mövzusuna çevrilmişdi. Mərkəzi hakimiyyətin unifikasiya siyasəti və SSRİ Konstitusiyasının qəbulundan sonra milli dillərin sıxışdırılması prosesi daha da intensivləşirdi. Totalitar rejim şəraitində milli dil məsələsini gündəmə gətirmək böyük siyasi risk və cəsarət tələb edirdi. İttifaq respublikalarının rəhbərlərinin aciz qaldığı, repressiya xatirələrinin hələ də canlı olduğu bir dövrdə Azərbaycan SSR-ə rəhbərlik edən Heydər Əliyev misilsiz siyasi iradə göstərdi. Ümummilli Lider sovet ideologiyasının sərt çərçivələrinə baxmayaraq, Konstitusiyada vətəndaşlara verilmiş təhsil hüququnu məhz ana dilində təhsil almaq imkanı ilə əlaqələndirərək, ziyalıları və geniş ictimaiyyəti dövlət dili uğrunda mübarizəyə səfərbər etdi. Bu mübarizənin zirvəsi kimi, 1978-ci il aprelin 2-də IX çağırış Azərbaycan SSR Ali Sovetinin VII sessiyasında Ulu Öndər Heydər Əliyevin birbaşa təşəbbüsü ilə Azərbaycan SSR Konstitusiyasına respublikanın dövlət dilinin Azərbaycan dili olduğunu təsbit edən maddə daxil edildi. Bu qərar həmin dövrün mürəkkəb geopolitik şəraitində tarixi bir qələbə və gələcək müstəqil dövlətçiliyin ideoloji zəmini idi.

Dövlət müstəqilliyinin bərpasından sonra ana dilinin hüquqi statusunun və adının dəqiq müəyyənləşdirilməsi strateji zərurətə çevrildi. 1995-ci ildə Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi altında yeni Əsas Qanun layihəsi hazırlanarkən geniş ictimai və elmi diskussiyalar təşkil olundu və ümumxalq səsverməsi yolu ilə qəbul edilən Konstitusiyada Azərbaycan dili dövlət dili kimi təsbit edildi. Növbəti illərdə Ulu Öndərin imzalandığı fərmanlarla Dövlət Dil Komissiyası yaradıldı, 1 avqust tarixi Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi təsis olundu. 2002-ci ildə qəbul edilmiş “Azərbaycan Respublikasında dövlət dili haqqında” qanun isə ana dilinin işlədilməsini müstəqil dövlətçiliyin başlıca əlamətlərindən biri kimi hüquqi müstəviyə çıxardı, onun qorunması və dünya azərbaycanlılarının mənəvi özünüifadə ehtiyaclarının ödənilməsi zəminini formalaşdırdı.

Ümummilli Liderin siyasi və ideoloji xəttini uzaqgörənliklə sürdürən Prezident İlham Əliyev ana dilinin saflığının qorunması və zənginləşdirilməsini dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyən etmişdir. Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən davamlı strategiya çərçivəsində latın qrafikalı nəşrlərin kütləviləşdirilməsi təmin olunmuş, milli və dünya ədəbiyyatı incilərinin bu əlifba ilə kütləvi basqısı həyata keçirilmişdir. Bununla yanaşı, Azərbaycan Milli Ensiklopediyasının nəşri və tərcümə işinin fəallaşdırılması dilimizin elmi və mədəni imkanlarını genişləndirmişdir. Qloballaşma dövrünün tələbləri nəzərə alınaraq qəbul edilən Dövlət Proqramı dilçiliyin inkişafı üçün yol xəritəsi olmuş, müasir informasiya texnologiyaları və rəqəmsal məkanın imkanlarından istifadə edilməklə Azərbaycan dilinin internet mühitində tətbiq dairəsi əhəmiyyətli dərəcədə böyüdülmüşdür.

Dövlət dilinin saflığının qorunması və normativlərin gözlənilməsi məqsədilə Prezident İlham Əliyevin fərmanları ilə inzibati nəzarət mexanizmləri gücləndirilmiş, Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi yaradılmışdır. Təkmilləşmə prosesinin davamı kimi, 2025-ci ildə qəbul edilən Fərmanla dövlət dilinin tətbiqinə, normativ hüquqi aktlara və orfoqrafiya normalarına əməl olunmasına nəzarət, habelə dilin inkişafı səlahiyyətlərinin Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə həvalə edilməsi bu alanda yeni institusional idarəetmə modelinin əsasını qoymuşdur.

Dövlət başçısı Azərbaycan Milli Elmlər Akademiyasının yubiley tədbirindəki çıxışında ana dilinin saflığının qorunmasının hər bir vətəndaşın, alimlərin, yazıçılarının, mətbuat nümayəndələrinin və siyasətçilərin müqəddəs borcu olduğunu xüsusi vurğulamışdır. Prezident İlham Əliyev öz nitqində bəyan etmişdir ki, bir millət kimi öz dilimizi qorumasaq, milli kimliyimizin də sarsılma təhlükəsi yarana bilər və dövlət başçısı bu məsələni şəxsi nəzarətində saxlayaraq lazımi tədbirlərin görüləcəyini ifadə etmişdir.

Dünyada 50 milyondan çox azərbaycanlını birləşdirən ana dilimiz milli həmrəyliyimizin və mənəvi bütövlüyümüzün ən qüdrətli dayağıdır. Müasir qloballaşma və kütləvi informasiya texnologiyalarının sürətli inkişafı şəraitində dilə kənar kəlmələrin daxil olmasının qarşısının alınması, mətbuatda və sosial media platformalarında dil normalarına riayət edilməsi milli təhlükəsizlik səviyyəsində əhəmiyyət kəsb edir. Dövlətimizin həyata keçirdiyi məqsədyönlü strategiya və yeni institusional addımlar Azərbaycan dilinin zənginliyini və təmizliyini gələcək nəsillərə ötürməyə tam təminat verir.

 

Hicran Hüseynova,

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor

 

 

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bakı-Bişkek əlaqələri: strateji tərəfdaşlıqdan müttəfiqliyə

17:32
01 Avqust

Bişkekdən verilən strateji mesajlar Azərbaycanın geosiyasi reallıqdakı rolunu bir daha təsdiqlədi

17:19
01 Avqust

BDU-nun dosenti: Müstəqil Azərbaycanın dövlət idarəçiliyində dil siyasəti xüsusi əhəmiyyət kəsb edir  

17:12
01 Avqust

İrakli Kobaxidze: Gürcüstanda bir sıra təhdidlərin qarşısı alınıb  

16:57
01 Avqust

Ana dilimiz: milli kimliyimizin sarsılmaz zəmanəti

16:33
01 Avqust

Azərbaycan–Qırğızıstan strateji tərəfdaşlığı yeni mərhələdə

16:24
01 Avqust

Azərbaycan–Qırğızıstan münasibətlərinin yeni mərhələsinə uğurlu keçid

16:11
01 Avqust

Macarıstanda istilərlə bağlı fövqəladə qərargah yaradılıb

16:00
01 Avqust

Azərbaycan Mərkəzi Asiya regionunda yeni əməkdaşlıq arxitekturasının formalaşmasında yaxından iştirak edir

15:50
01 Avqust

Marat Musuraliyev: Azərbaycan–Qırğızıstan müttəfiqliyi Türk dünyasında inteqrasiyanın yeni mərhələsini başlayır  

15:43
01 Avqust

Qırğızıstan mediası Prezident İlham Əliyevin səfərini işıqlandırmaqda davam edir 

15:19
01 Avqust

UEFA FIFA rəhbərliyinə qarşı: İnfantino verdiyi vədlərin heç birini yerinə yetirə bilmədi  

15:12
01 Avqust

Dunayda “kabus körpü” yenidən üzə çıxıb  

15:07
01 Avqust

Günay Əfəndiyeva: Ana dilində düşünmək, yazmaq və yaratmaq milli intellektual müstəqilliyin əsas şərtidir  

15:02
01 Avqust

Ağdam ayaqqabı fabriki regionun sosial-iqtisadi inkişafına töhfə verir

14:40
01 Avqust

Nəriman Əliməmməd oğlu Həsənzadə  

14:35
01 Avqust

Birinci vitse-prezident Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım edib

14:12
01 Avqust

Sabahın hava proqnozu açıqlanıb

14:11
01 Avqust

Ukrayna xarici işlər naziri Kiyevə hücumdan sonra müttəfiqlərə təcili müraciət ünvanlayıb

14:09
01 Avqust

Xalq şairi Nəriman Həsənzadə sabah Fəxri xiyabanda dəfn ediləcək

14:07
01 Avqust

Kiyevə kütləvi hava zərbələri nəticəsində 18 yaşayış binası dağılıb

14:06
01 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!