22 Dekabr 2025 13:54
385
CƏMİYYƏT
A- A+
Amnistiya aktı Bakı İstintaq Təcridxanasında icra olunub

Amnistiya aktı Bakı İstintaq Təcridxanasında icra olunub

Prezident İlham Əliyevin təşəbbüsü ilə irəli sürülmüş Milli Məclisin qəbul etdiyi amnistiya aktının icrasına başlanılıb.

AZƏRTAC xəbər verir ki, növbəti icra prosesi dekabrın 22-də Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin Bakı İstintaq Təcridxanasında həyata keçirilib. Təcridxanada cəzaçəkən 12 məhkum azadlığa buraxılıb.

Qeyd edək ki, Prezident İlham Əliyevin “Konstitusiya və Suverenlik İli” münasibətilə Milli Məclisə təqdim etdiyi Amnistiya Qərarının layihəsi əhatə dairəsinə görə Azərbaycanın müstəqillik dövründə ən genişmiqyaslı amnistiya sənədi kimi qiymətləndirilir.

Amnistiya aktının layihəsinə əsasən, Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan döyüş əməliyyatlarında, o cümlədən Vətən müharibəsində və 2023-cü il sentyabrın 19–20-də keçirilmiş antiterror əməliyyatında iştirak etmiş şəxslərin, eləcə də bu əməliyyatlarda həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumlarının, Ermənistan Respublikasının mülki əhaliyə qarşı hərbi təxribatı nəticəsində əlil olmuş şəxslərin, habelə qadınların, 60 yaşına çatmış şəxslərin, cinayət törədərkən yetkinlik yaşına çatmayanların və digər şəxslərin cəzadan və ya cinayət məsuliyyətindən azad edilmələri nəzərdə tutulur.

Bununla yanaşı, layihəyə əsasən, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət, habelə ehtiyatsızlıqdan cinayət törətdiklərinə görə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş bir sıra şəxslər cəzadan azad ediləcək və ya cəzalarının çəkilməmiş hissəsi azaldılacaq.Belə ki, amnistiya aktının ümumilikdə 20 mindən çox şəxsə şamil ediləcəyi gözlənilir. Bunlardan 5 mindən çox məhkumun azadlıqdan məhrumetmə cəzasından azad ediləcəyi, həmin cəzaya məhkum olunmuş 3 mindən artıq şəxsin cəzasının azaldılacağı, 7 mindən çox məhkumun azadlığın məhdudlaşdırılması cəzasından, 4 minə yaxın məhkumun azadlıqdan məhrumetmə ilə bağlı olmayan digər cəzalardan və ya şərti tətbiq edilmiş cəzalardan, habelə mindən çox şəxsin cinayət məsuliyyətindən azad ediləcəyi proqnozlaşdırılır.

Amnistiya aktı 4 ay ərzində icra ediləcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Litvada irimiqyaslı hərbi təlim: 300-dən çox texnika cəlb olunub

11:30
04 May

“AzerGold”un qızıl və gümüş məhsulları Beynəlxalq Xalça Festivalında nümayiş olunub  

11:27
04 May

Dünya birjalarında neft bahalaşıb

11:25
04 May

Vyetnamda yaşayan azərbaycanlılarla ilk genişmiqyaslı görüş: Layihələr təqdim olunub, təkliflər səsləndirilib  

11:24
04 May

Konstitusiya Məhkəməsi Plenumunun iclasında Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxılıb  

11:19
04 May

BDYPİ skuter istifadəçilərinə çağırış edib

11:18
04 May

Bakı Gəmiqayırma Zavodu ilə Qazaxıstan şirkəti arasında iki yük gəmisinin inşası ilə bağlı müqaviləsi imzalanıb

11:16
04 May

Nazir: Milli qanunvericilikdə aparılan islahat tədbirləri əczaçılıq sənayesinin inkişafı üçün geniş imkanlar açır 

11:15
04 May

Filippində 6 bal gücündə zəlzələ baş verib

11:05
04 May

Heydər Əliyev irsi: Şanlı Zəfərdən parlaq gələcəyə

11:00
04 May

Anjela Makeyeva: Azərbaycanın İrpenə hədiyyə etdiyi avtobuslar uşaqların istifadəsinə veriləcək  

10:58
04 May

AİB prezidenti: Dəyişən tranzit marşrutları və geosiyasi risklər Orta Dəhlizin əhəmiyyətini daha da artırır

10:40
04 May

Vətən uğrunda yazılmış əbədi bir dastana çevrilən şəhid ömrü

09:56
04 May

Tramp Hörmüz boğazında ilişib qalmış neytral xarici gəmilərin azad edilməsinə başlayacağını açıqlayıb

09:26
04 May

ABŞ Alyaskadakı hava bazasını genişləndirmək üçün 7 milyard dollar xərcləyəcək

09:25
04 May

İtaliya A Seriyasında çempion məlum olub

09:23
04 May

“France 24”: Atlantik okeanında kruiz gəmisində hantavirusdan bir neçə nəfər ölüb

09:21
04 May

Parlamentlərarası İttifaqın Baş katibi Azərbaycana səfərə gəlib

09:11
04 May

ABŞ “Azadlıq Layihəsi” əməliyyatına 15 min əsgər göndərəcək

09:09
04 May

Tramp İranın yeni sülh təklifini “qəbuledilməz” adlandırıb

07:47
04 May

İraq Prezidenti 13-cü Ümumdünya Şəhərsalma Forumuna dəvət olunub

23:57
03 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!