12 Fevral 2024 13:47
243
DÜNYA
A- A+

Amerikalıların 86 faizi Baydeni prezidentlik üçün çox yaşlı hesab edir

 

ABŞ-da keçirilən sosioloji sorğunun nəticələrinə görə, amerikalıların 86 faizi Cozef Baydeni prezidentlik üçün çox yaşlı hesab edir.

AZƏRTAC xəbər verir ki, sorğuda iştirak edən respondentlərin 59 faizi həm demokrat Cozef Baydenin, həm də respublikaçı Donald Trampın prezidentlik yarışında iştirak etmək üçün çox yaşlı olduğunu düşünür.

ABC telekanalı və “İpsos” analitika agentliyi tərəfindən fevralın 9-10-da keçirilən sorğuda 528 nəfər iştirak edib.

Xatırladaq ki, ABŞ-da növbəti prezident seçkiləri 2024-cü ilin noyabrına təyin olunub. Ötən il aprelin 25-də 81 yaşlı Cozef Bayden yenidən dövlət başçısı seçilmək üçün çalışacağını deyib. Bu yaxınlarda 78 yaşı tamam olacaq Donald Tramp isə noyabr ayında prezident postu uğrunda mübarizəyə başladığını elan edib. O, hazırda Respublikaçılar partiyasından prezidentliyə ən real namizəd hesab olunur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video