25 Iyul 2024 12:07
179
Elm və texnika
A- A+

AMEA ölkə üzrə vahid Elektron Sənəd Dövriyyəsi sisteminə qoşulub

 

 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyəti aparatı ölkə üzrə vahid Elektron Sənəd Dövriyyəsi (ESD) sisteminə qoşulub. Bu, AMEA-da elektron hərəkat çərçivəsində həyata keçirilən silsilə tədbirlərin davamıdır.

Akademiyadan AZƏRTAC-a bildirilib ki, qısa müddətdə AMEA Rəyasət Heyəti aparatının, elmi müəssisə və təşkilatlarının, regional bölmələrinin və elmi mərkəzlərinin internet infrastrukturunun yenilənməsinə və müasir kompüterlərlə təchizat prosesinə start verilib, eləcə də sənəd mübadiləsinin təhlükəsiz qaydada aparılması üçün zəruri digər tədbirlər həyata keçirilib. Bu məqsədlə artıq AMEA Rəyasət Heyəti aparatında internet infrastrukturu tamamilə yenilənib və müasir kompüter avadanlıqları ilə təchiz edilib.

Proses zamanı AMEA Rəyasət Heyəti aparatının Sənədlərlə iş və protokol şöbəsinin təşkilatçılığı ilə AMEA əməkdaşları üçün “ASAN xidmət” tərəfindən ESD-dən istifadəyə dair təlimləri keçirilib, həmçinin sözügedən sistem ilkin olaraq test rejimində əməkdaşların istifadəsinə verilməklə onların praktiki vərdişləri təkmilləşdirilib.

AMEA Rəyasət Heyəti aparatının Sənədlərlə iş və protokol şöbəsi akademiya daxilində təlimləri və elektron sənəd dövriyyəsi işinin tənzimlənməsini həyata keçirir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video