Bu səfər Azərbaycan və Almaniya arasındakı münasibətlərə yeni müsbət təkan verəcək. Həm təkbətək görüşlərdə, həm də nümayəndə heyətləri ilə aparılan danışıqlarda iki ölkə arasındakı əlaqələrin gələcək inkişafı müzakirə olunub. Xüsusilə iqtisadi sahədə ticarət dövriyyəsinin üç dəfə artması və bərpa olunan enerji sahəsində əməkdaşlıq imkanları diqqət mərkəzində olub.
Azərbaycanın ev sahibliyi etdiyi COP29 beynəlxalq iqlim konfransı uğurlu nəticələr verib. 197 ölkədən 77 mindən çox iştirakçının qatıldığı tədbirdə Almaniya ilə sıx əməkdaşlıq qurulub. Konfransdan öncə “kiçik COP” adlanan Almaniyanın Bon şəhərində Konvensiyaya tərəf ölkələrin yardımçı qurumlarının (subsidiary body 60) 60-cı sessiyası keçirilmiş, Azərbaycan nümayəndə heyəti konfransda geniş tərkibdə iştirak etmişdi.
Cənab prezident, həmçinin, qeyd etdi ki, Ermənistanın bu konfransa qatılmaması təəssüf doğurur, xüsusilə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdığı bir dövrdə bu addım başa düşülən deyildi. Ermənistan konfransı siyasi səbəblərlə boykot edən və iştirak etməyən yeganə tərəf ölkə oldu. Bununla o, həm də, ətraf mühit və iqlim dəyişmələri məsələlərinə biganə və məsuliyyətsiz yanaşdığını göstərdi.
Görüşdə Prezident İlham Əliyev Azərbaycanın 30 il ərzində erməni işğalından zərər çəkməsini qeyd edərək, işğal nəticəsində 1 milyona yaxın insanın məcburi köçkün vəziyyətinə düşdüyünü bildirdi. Azərbaycan Ermənistanın təcavüzündən və işğalından əziyyət çəkib. Bu dövrdə ölkəmiz həm humanitar, həm iqtisadi, həm də ekoloji baxımdan ciddi zərərlərə məruz qalıb. BMT Təhlükəsizlik Şurası 1993-cü ildə 4 qətnamə (822, 853, 874, 884) qəbul edərək Ermənistan qoşunlarının Azərbaycan torpaqlarından dərhal çıxmasını tələb etdi. Buna baxmayaraq, Ermənistan qətnamələri icra etmədi, işğal rejimini davam etdirdi. ATƏT-in Minsk Qrupu vasitəsilə danışıqlar aparılsa da, Ermənistan illərlə sülh prosesini pozaraq status-kvonu qorumağa çalışdı. Beynəlxalq təşkilatlar bu məsələyə ciddi müdaxilə etməsə də, Azərbaycan münaqişəni siyasi və hərbi yollarla həll edib.
Bu tarixi qələbə sülh prosesinə yol açıb və hazırda iki ölkə arasında sülh sazişi istiqamətində müsbət irəliləyişlər var. Dövlət başçısı görüşdə Ermənistanla sülhün şərtlərini də açıqladı. Ermənistan Konstitusiyasına dəyişiklik edilməsi vacibdir, çünki bu sənəddə Azərbaycana qarşı ərazi iddiaları mövcuddur. Eyni dərəcədə labüddür ki, Ermənistan ATƏT-in fəaliyyətsiz Minsk qrupunun ləğvi istiqamətində əməli addımlar atsın. Ermənistanın bu öhdəlikləri bir-bir yerinə yetirməsi bizi sülhə yaxınlaşdıracaq.
Qeyd edim ki, Almaniya 12 yanvar 1992-ci ildə Azərbaycanın müstəqilliyini tanıyıb. İki ölkə arasında diplomatik münasibətlər 20 fevral 1992-ci ildə qurulub. Səfirliklər 1992-ci ilin sentyabrında açılıb. Azərbaycan və Almaniya arasında davamlı siyasi dialoq mövcuddur.
IV Antalya Diplomatiya Forumu başa çatıb
Şuşa, Xankəndi və Xocalıda keçirilən buraxılış imtahanında 60-dan çox şagird iştirak edib
Türkiyənin Kayseri şəhərinin nümayəndə heyəti Şuşaya gəlib
Qəbələ-Xankəndi ultramarafonuna yekun vurulub, qaliblər müəyyənləşib
Ölkə ərazisində küləkli hava şəraiti davam edir - FAKTİKİ HAVA
Binəli Yıldırım: Qarabağ Zəfəri ilə Türk dünyası canlandı
Xəzər dənizinin ölkəmizə mənsub ərazi sularında aşkarlanan narkotik vasitə götürülüb
Sabaha gözlənilən hava proqnozu açıqlanıb
Qarabağ Universitetində keçirilən ikigünlük beynəlxalq konfrans yekunlaşıb
Tramp Ukraynanın nizamlanma prosesini yüksək qiymətləndirib
ABŞ Yəmənin cənub-qərbinə zərbələr endirib
Qəbələ-Xankəndi ultramarafonunun sonuncu mərhələsinə start verilib
COP29 Sədrliyi 2035-ci ilədək Bakı-Belem Yol Xəritəsini hazırlamaq üçün COP30 Rəyasət Heyəti ilə sıx əməkdaşlıq edir
Antalyada mədəniyyətin birləşdirici və bölücü tərəfləri müzakirə mövzusu olub
ABŞ-da göyərtəsində 6 nəfərin olduğu təyyarə qəzaya uğrayıb
Rumıniya Parlamenti Senatının Sədri Azərbaycana rəsmi səfərə gəlib
Tramp bir il ərzində ABŞ-dan bir milyon miqrantı deportasiya etməyi planlaşdırır
Antalyada yeni dövrdə iqlim diplomatiyası və enerji təhlükəsizliyi mövzusu müzakirə edilib
Bilmək istəyirəm
Ulduzlardan süzülən gözəllik
Fırçası ilə səhnəni həyata çevirirdi
Qürurdoğuran inkişaf, yüksək rifah və güclü dövlət11 Aprel 2025
İlham Əliyevdən dünyaya ədalət dərsi09 Aprel 2025
Müzəffər Ali Baş Komandan, hərbi güc, qüdrətli dövlət09 Aprel 2025
MÜSTƏQİL SİYASƏT APARAN AZƏRBAYCAN08 Aprel 2025
İlham Əliyevin qətiyyətinə söykənən enerji təhlükəsizliyi06 Aprel 2025
Azərbaycan-Almaniya münasibətlərində yeni mərhələ başlayır04 Aprel 2025
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
BE | ÇA | Çə | CA | Cü | Şə | Bz |
1 | 2 | 3 | 4 | 5 | 6 | |
7 | 8 | 9 | 10 | 11 | 12 | 13 |
14 | 15 | 16 | 17 | 18 | 19 | 20 |
21 | 22 | 23 | 24 | 25 | 26 | 27 |
28 | 29 | 30 |
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!