21 Avqust 2024 12:53
235
İQTİSADİYYAT
A- A+

Alman və fransız şirkətləri Xəzərdə terminal gücünün artırılmasını planlaşdırır

 

Xarici şirkətlərin Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutuna (TITR) artan marağı Qazaxıstan Nəqliyyat Nazirliyi tərəfindən qeyd olunub.

AZƏRTAC bu barədə Qazaxıstan mətbuatına istinadla xəbər verir.

Qazaxıstan Respublikası Nəqliyyat Nazirliyinin Dəmir Yolu və Su Nəqliyyatı Komitəsinin sədr müavini Kasım Tlepov bununla bağlı bildirib: “Xarici investorlar gəmiqayırma sahəsinə, Qazaxıstan limanlarının infrastrukturuna investisiya qoymağa və hətta öz gəmilərini gətirməyə hazırdırlar”.

Onun sözlərinə görə, Niderland şirkəti yüklərin daşınması üçün təkcə öz gəmilərindən istifadə etməyi deyil, həm də respublikada bərə və konteyner gəmilərinin istehsalını yaratmağı planlaşdırır.

Almaniyanın RINUS və Fransanın CMA CGM nəqliyyat şirkətləri Aktau limanında terminal qurğularının yaradılmasında maraqlıdır. Birləşmiş Ərəb Əmirliyinin “Abu Dhabi Ports” şirkəti Qazaxıstan tərəfi ilə birlikdə Kurık limanında əlavə terminal tikmək imkanını nəzərdən keçirir.

Özbəkistan da Orta Dəhliz marşrutu ilə yüklərin tranzitinə maraq göstərir. Kurık limanı vasitəsilə bu ölkənin yük maşınları ilə ağır tonnajlı avtomobillərin tranziti il ərzində 63 faiz artıb.

Nəqliyyat Nazirliyinin proqnozlarına görə, 2029-cu ilə qədər dəhlizin ötürücülük qabiliyyəti iki dəfə - ildə 6 milyon tondan 10 milyon tona qədər arta bilər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video