25 Iyul 2024 15:33
181
İDMAN
A- A+

Aliyə Mustafina 21-ci əsrin ən yaxşı olimpiyaçıları sırasında yer alıb

 

Rusiyalı gimnast, ikiqat olimpiya çempionu, beşqat olimpiya mükafatçısı  Aliyə Fərhat qızı Mustafina ESPN-in məlumatına görə 21-ci əsrin ən yaxşı olimpiyaçıları siyahısına daxil edilib. Nəşrin ekspertləri və jurnalistləri onun idman gimnastikasında əldə etdiyi nailiyyətlərini yüksək qiymətləndiriblər. Qeyd edək ki, Aliyənin atası Fərhat Mustafin 1976 il Monreal Olimpiadasında yunan-Roma güləşi yarışında  bürünc medal qazanıb.

Reytinqdə ilk üçlükdə  amerilalı üzgüçü Maykl Felps , onun həmvətəni idman gimnastı Simona Baylz və yamaykalı atlet Useyn Bolt qərarlaşıblar.

Xatırladaq ki, 2024-cü ildə Parisdə keçiriləcək Olimpiadanın açılış mərasimi bu gün, iyulun 26-da olacaq. Rusiyalı idmançılar yarışlarda neytral heyətlə çıxış edəcəklər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video