Alimlər təbiətin indiyədək tədqiq edilmiş ən kiçik zərrəciyindən – atomdan 100 milyard dəfə kiçik olan səviyyədən siqnallar əldə ediblər. Bu, o qədər kiçik aləmdir ki, bəzi fiziklər ona "zeptovers”" (zeptokainat) adını veriblər.
Kembricdə fəaliyyət göstərən alimlərin rəhbərlik etdiyi bu tədqiqat Böyük Hadron Kollayderində (BHK) aparılan bir təcrübə nəticəsində əldə olunub.
Avropa Hissəciklər Fizikası Laboratoriyasındakı (CERN) bu nəhəng qurğu atomları bir-birinə çırparaq parçalayır və onların daxilində nələrin olduğunu aşkara çıxarır. Bu nəticə əhəmiyyətlidir, çünki o, tədqiqatçılara kainatın necə işlədiyinə dair yeni və daha əhatəli bir nəzəriyyə hazırlamağa kömək edə bilər.
Buu təcrübədə zərrəciklər yüksək enerjilə bir-birinə çırpıldı və alimlər kənara saçılan maddəni toqquşmalar nəticəsində yaranan qalıqları tədqiq etdilər. Bunlardan biri atomdan daha kiçik olan subatom zərrəciyidir və "gözəllik kvarkı" adlanır.
Zərrəcik qeyri-stabildir və parçalanaraq başqa formalara çevrilməzdən yarım trilyonda bir saniyə mövcud olur. Qısa ömürlü olmasına baxmayaraq, tədqiqatçılar onun milyard trilyonda bir metr miqyasında digər kiçik zərrəciklərlə qarşılıqlı əlaqədə olduğunu aşkar edə biliblər
Bəzi nəzəriyyələrə görə, bu miqyaslarda zərrəciklər qaranlıq maddəyə qarşı daha həssasdırlar və bu, kvarkların qarşılıqlı əlaqəsinə, eləcə də onların parçalanma prosesinə təsir göstərə bilər. Beləliklə, bu kiçik dünyadakı fəallığı müşahidə etmək alimlərə qaranlıq maddəni aşkar etməkdə kömək edə bilər.
Əsmər QARDAŞXANOVA,
“Azərbaycan”