03 Noyabr 2026 12:53
195
CƏMİYYƏT
A- A+
Ötən ay dövlət sərhədini pоzduqlarına görə 46 nəfər saxlanılıb

Ötən ay dövlət sərhədini pоzduqlarına görə 46 nəfər saxlanılıb


Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən bu ilin oktyabr ayı ərzində dövlət sərhədinin еtibarlı mühafizəsinin təmin olunması, qaçaqmalçılıq, qеyri-lеqal miqrasiya və narkоtik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri uğurla davam etdirilib.

DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a verilən məlumata görə, ay ərzində narkotik vasitələr və onların prekursorlarını ölkə ərazisinə keçirməyə cəhd göstərən pilotsuz uçuş aparatlarının zərərsizləşdirilməsi istiqamətində kompleks tədbirlər həyata keçirilib.

Dövlət sərhədini pоzduqlarına görə 46 nəfər saxlanılıb, onların 26-sı Əfqanıstan, 6-sı Azərbaycan, 5-i Pakistan, 2-si Türkiyə, 2-si Mərakeş, 2-si Əlcəzair, 2-si Fələstin və 1-i İran vətəndaşı оlub.

Qanunsuz miqrasiya ilə mübarizə tədbirləri nəticəsində saxtalaşdırılmış tarix möhürü və pasportla, özgəsinə məxsus sənədlə dövlət sərhədini keçməyə cəhd göstərən 8 nəfər saxlanılıb.

Sərhəd rеjim qaydalarını pоzduqlarına görə 509 nəfər saxlanılaraq barələrində müvafiq tədbirlər görülüb.

Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində hüquq-mühafizə оrqanları tərəfindən axtarışda оlan 316 nəfər saxlanılaraq aidiyyəti оrqanlara təhvil vеrilib, ölkədən çıxışı qadağan edilmiş 775 nəfərin ölkəni tərk etməsinin, girişi qadağan olan 35 nəfərin isə ölkəyə daxil olmasının qarşısı alınıb.

Narkоtik vasitələrin qеyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 472 kiloqram 225 qram narkоtik vasitə və 16 615 ədəd müxtəlif tərkibli həb aşkarlanaraq dövriyyədən çıxarılıb.

“Dövlət sərhədlərimizin еtibarlı mühafizəsinin təşkili istiqamətində tədbirlər davam еtdirilir”, - deyə məlumatda vurğulanıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan ilə Özbəkistan arasında əbədi dostluq haqqında Müqavilə təsdiqlənib  

13:37
03 Noyabr

Elektromobillərin şarj edilməsi 6 dəqiqə çəkəcək: Çin şirkəti müvafiq danışıqlar aparır  

13:21
03 Noyabr

Sabah hava əsasən yağmursuz keçəcək, bəzi yerlərdə duman olacaq

13:16
03 Noyabr

İntizam Komitəsi klubları 12 min manatdan çox cərimələyib

13:07
03 Noyabr

Rusiyanın Yaroslavl vilayətinə dron hücumu nəticəsində iki nəfər yaralanıb  

13:01
03 Noyabr

Ötən ay dövlət sərhədini pоzduqlarına görə 46 nəfər saxlanılıb

12:53
03 Noyabr

Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib  

12:50
03 Noyabr

Azərbaycanda pul bazası artıb

12:49
03 Noyabr

Milli Məclis 8 Noyabr − Zəfər Günü ilə əlaqədar Bəyanat qəbul edib  

12:48
03 Noyabr

Mərkəzi banklar son 2 ilin ən sürətli tempi ilə qızıl alıblar  

12:41
03 Noyabr

Mərkəzi Bankın valyuta ehtiyatları artıb

12:40
03 Noyabr

Azərbaycan Ordusunda kompüter dəstəkli komanda-qərargah təlimi keçirilir  

12:37
03 Noyabr

Fransada əhali 72 saatlıq fövqəladə vəziyyətə hazır olmağa çağırılıb  

11:45
03 Noyabr

Azərbaycan Prezidenti İlham Əliyev Keniyanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib  

11:36
03 Noyabr

Azərbaycanın turizm potensialı Çində tanıdılır

11:34
03 Noyabr

Panama Respublikasının Prezidenti Zati-aliləri cənab Xose Raul Mulino Kinteroya  

11:29
03 Noyabr

Dövlət Vergi Xidmətinin vəzifəli şəxsi rüşvət almaqda şübhəli bilinərək həbs edilib – BİRGƏ MƏLUMAT

11:28
03 Noyabr

Prezident İlham Əliyev Laosun Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib  

11:26
03 Noyabr

Çindən kosmosa daha 18 peyk göndərilib

11:16
03 Noyabr

Milli Məclisin növbəti plenar iclası: müzakirəyə 10 məsələ çıxarılıb

11:15
03 Noyabr

“Qarabağ” 11 ildən sonra ardıcıl üç heç-heçə edib

11:09
03 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!