21 May 2024 14:46
549
İDMAN
A- A+

AIJA futbol komandasi Kişinyov-2024 beynəlxalq media kubokunun qalibi oldu

 

Razılıq versək də, ermənilər turnirdə bizimlə qarşılaşmaqdan çəkindilər.  Bunu mediaya açıqlamasında Azərbaycan İdman Jurnalistləri Assosasiyasının (AİJA) prezidenti Eldar İsmayılov idman jurnalistlərindən ibarət minifutbol komandamızın Moldova paytaxtı Kişinyovda keçirilən ənənəvi Beynəlxalq Media Kubokunda çıxışını dəyərləndirərkən deyib. Sonra qeyd edib ki, püşkatmadan öncə bizdən onlarla oynamaq istəyib-istəmədiyimizi soruşdular. Razılıq verdik. Hər halda, beynəlxalq yarışdır. Ermənilər isə çəkindilər. Onlar sonradan heç öz qruplarından da çıxa bilmədilər”.

E.İsmayılov bütün oyunları qələbə ilə bitirib çempion olduqlarını söyləyib: “Çox gərgin yarış keçdi. İlk oyunda Almaniya komandasını böyük hesabla məğlubiyyətə uğratdıq. Daha sonra İsraillə qarşılaşdıq. Bu komandada əsasən ukraynalı jurnalistlər çıxış edirdilər. Aralarında peşəkarlar da vardı. Son dərəcə hazırlıqlı olmalarına baxmayaraq, onları 1:0 hesabı ilə məğlub etdik. Üçüncü oyunda Moldovanı 4:2 üstələyərək yarımfinala yüksəldik. Bu mərhələdə gürcüstanlı həmkarlarımızla qarşılaşdıq və qələbə qazandıq. Finalda isə Rumıniyaya böyük hesabla qalib gələrək tam qələbə qazandıq və çempion kubokunu Bakıya gətirdik”.

0, 2014-cü ildə Kişinyov turnirində ikinci yeri tutduqlarını xatırladıb: “Moldovanın idman jurnalistləri assosiasiyası hər il beynəlxalq Media Kuboku təşkil edir. 2014-cü ildə də həmin yarışda iştirak etmişdik. Komandamızın kapitanı rəhmətlik Elnur Əşrəfoğlu idi. O vaxt finalda Moldova komandası ilə qarşılaşdıq. Rəqibin heyətində o vaxtkı ölkə prezidentinin oğlu da oynadığı üçün nəyin bahasına olur-olsun, qələbə qazanmağa çalışırdılar. Həmin vaxt ikinci olduq. Ötən il sponsor tapa bilmədiyimiz üçün bu yarışa gedə bilmədik”.

Qeyd edək ki, Avropa Media Kubokunun finalında Rumıniyanı 7:3 hesabı ilə məğlub edən Azərbaycan yığması ilk dəfə çempion tituluna yiyələnib.

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video