24 Iyul 2024 13:07
107
DÜNYA
A- A+

Aİ səfirləri Rusiya aktivlərinin dondurulmasını müzakirə edəcəklər

 

Avropa İttifaqına üzv 27 ölkənin səfirləri bu gün Rusiya Mərkəzi Bankının aktivlərinin qeyri-müəyyən müddətə dondurulması barədə Avropa Komissiyasının təklifini müzakirə edəcəklər.

AZƏRTAC “Financial Times” nəşrinə istinadla xəbər verir ki, Rusiyanın Avropadakı 260 milyard avro dəyərində aktivlərinin dondurulması G7 tərəfdaşlarına onlardan əldə edilən gəlirlə 2024-cü ilin sonunadək Ukraynaya 50 milyard dollar kredit ayırmasını yüksək dərəcədə proqnozlaşdırmağa imkan verəcək.

Analitiklərin fikrincə, ABŞ-da Kiyev üçün kredit layihəsinin təsdiqləməsinə məhz aşağı proqnozlaşdırma dərəcəsi mane olub.

Qeyd edək ki, Rusiya Ukraynaya qarşı müharibəyə başlayandan bəri Avropa İttifaqı, Kanada, ABŞ və Yaponiya Moskvaya məxsus təxminən 300 milyard dollarlıq aktivləri dondurub. Dondurulan vəsaitin böyük hissəsi (210 milyard dollar) Belçikadakı beynəlxalq “Euroclear” platformasında saxlanılırdı.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video